Gundemxeber.az » "Mənə şillə vururdu, amma halal etmişəm" – Fədayə Laçından ŞOK sözlər
Müğənni Fədayə Laçın ata mövzusunda muğam ifa etməkdə çətinlik çəkdiyini açıqlayıb.
Gundemxeber.org bildirir ki, sənətçi bu barədə “AStar TV”yə müsahibəsində danışıb.
Fədayə Laçın ata haqqında muğam oxuya bilməməsinin səbəbini belə izah edib:
"Deyirlər, "Ata başa tac imiş, hər dərdə əlac imiş" və yaxud "Hər bir övlada şərəf-şöhrəti ilə şan atadır". Mənim bir dəfə də olsun ata haqqında muğam oxuduğum yadıma gəlmir. Çünki qəzəl oxuyuram ki, muğam oxuyum, amma görürəm ki, axı elə deyil, o hiss məndə yoxdur. Amma ana muğamı oxuyanda toyda hamı ağlayır, sonra da çıxıb rəqs etmirlər. Görürsən ki, eləcə qulaq asırlar. Özüm gedib onları bir-bir rəqsə çağırıram. Yəni ana muğamını o qədər hissiyyatla çatdırıram ki, anası olmayanlar da, olanlar da ağlayırlar. Amma atanı mən elə çatdıra bilməyəcəyəm. Ata muğamı oxusam, alınmayacaq. Hətta istəyirlər, deyirəm ki, yox, alınmayacaq. Çox israr edəndə artıq izah edirəm niyə".
Sənətçi daha sonra atasının vaxtilə ailəni tərk etdiyini və bunun onun həyatında dərin iz buraxdığını bildirib:
"Atam universitetdə Bakıda oxuyurdu. Anamı qaçırıb gətirmişdi bibimgilə. Bir sözlə, ailə qurdular. Bacım da oldu, mən də anamın bətnində idim. Anam artıq kənddə idi, qayınanasıgil ilə yaşayırmış. Atam isə Bakıda universitetdə oxuyurdu. Oxuyarkən başqa bir qadına aşiq olur. Anam da razı imiş. Deyirmiş ki, sevdiyi adamdır, olsun. Anam nə deyərdi ki? Deyərdi ki, evlənibsə, eybi yoxdur. Lakin anamın ata-anası buna etiraz edir və anamı boşandırırlar. Anam deyirdi ki, "məni atam boşadırtdı". Atam sonra Rusiyada, Belarusda yaşayıb. Oradan gələndə görüşərdik. Bizi götürürdü, gedirdik dəniz qırağına, restoranlara. Belə görüşərdik haradasa”.
Müğənni anasının da sonradan ailə qurduğunu, lakin bu evliliyin onun üçün xoşbəxt olmadığını söyləyib:
"Anam da ailə qurmuşdu. Amma özü istəmədən. Onda mən onun bətnində olmuşam. Anamın 20 yaşı olub, çox gözəl qadın olub. Xalası onu evləndirib. Anam da istəyib ki, ailəsi olsun, amma heç ürəkaçan ailə olmadı. Yoldaşı həm ona, həm də bizə əziyyət verirdi. Rəhmətə gedib. Amma mən hər şeyi ona halal etmişəm. Mənə şillə vururdu, amma belinə alıb gəzdirdiyi vaxtlar da olub. Həm də təkcə mənə yox, anama qarşı da zorakı davranırdı".
Gundemxeber.org
25-12-2019, 16:19
13-11-2015, 17:45
7-04-2018, 16:56
9-03-2018, 18:03
21-03-2016, 18:58
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?