Gundemxeber.az » Daha bir postsovet ölkəsi NATO standartlarına keçəcək
Moldova 2027-ci ilin sonuna qədər NATO standartlarını qəbul etmək istəyir.
Gundemxeber.org xarici mediaya istinadla xəər verir ki, bu, hökumətin saytında dərc edilmiş 2024-2034-cü illər üçün Moldova Respublikasının “Milli müdafiə strategiyasının həyata keçirilməsi proqramı”nda bildirilir.
Sənəddə deyilir: "Ordunun NATO tərəfdaş ölkələrinin silahları, avadanlıqları və xüsusi avadanlıqları ilə təchiz edilməsi nəzərdə tutulur".
Qeyd olunur ki, müdafiə strategiyasının müddəaları Moldovanın Avropa İttifaqına qoşulmaq məqsədi ilə uzlaşır. Bu, Moldovanın Aİ təhlükəsizlik arxitekturasına yaxınlaşmasını nəzərdə tutur.
Strategiyanın 2026-2030-cu illər üçün icra proqramı Moldova hökuməti tərəfindən 5 avqustda təsdiqlənib.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında NATO nümayəndə heyəti və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Alyans standartlarına uyğunluğun yoxlanılması üçün keçirilən məsləhətləşmə görüşü barədə məlumat yayılıb. Görüşdə xarici ekspertlər də iştirak ediblər.
Gundemxeber.org
Dünən, 22:41
5-12-2019, 15:07
13-02-2018, 20:00
1-10-2018, 13:31
23-05-2018, 15:54
Sorğu
Yeni dizaynımız necədir?