Gundemxeber.az » Xəbərlərin siyahısı: İyul 2018 illər » Səhifə 44
İranın bütün dövlət strukturları ABŞ sanksiyalarına qarşı hökumətin hazırladığı iqtisadi siyasəti dəstəkləməlidirlər.
Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilənlərin məhkəməsi davam etdirilir.
Polis əməliyyatı zamanı qaçdığı deyilən və Adnan Oktarın ən məşhur “kedicik”lərindən olan Tülay Kumaşçı saxlanılıb.
Dövlət Statistika Komitəsi demoqrafik hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycan əhalisinin sayı 2018-ci ilin əvvəlindən 0,3 faiz artaraq iyun ayının 1-nə 9 milyon 929 min 513 nəfərə çatıb. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlar olub, hər 1000 kişiyə 1005 qadın düşüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – “Aslanlar” tərəfindən məhv edilib.
Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək məqsədi ilə rəsmi səfərdə olduğu Böyük Britaniyadan Finlandiyaya səfər edib.
Gürcüstan polisi Marneuli şəhərində Azərbaycan vətəndaşı olan qadını şəxsi həyata müdaxilə və hədə-qorxu yolu ilə pul tələb etmək ittihamları ilə saxlayıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
2018-ci il iyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?