GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölüm saçan “MedAura” klinikası – Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır? -DETALLAR

Ölüm saçan “MedAura” klinikası – Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır? -DETALLAR

Tarix: 13-11-2025, 12:43 Bölmə :--- Baxış: 5

Xəbər verdiyimiz kimi, bu il aprelin 30-da Bakıdakı “MedAura” klinikasında burun əməliyyatı keçirən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma (kliniki ölüm) vəziyyətinə düşüb.


Onun yaxınlarının sözlərinə görə, əməliyyatı həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.

6 aydır ki, koma vəziyyətində olan N.Budaqlının yaxınları həkimlərin cəzasını çəkməsini və dəymiş ziyanla bağlı öhdəliklərinin yerinə yetirilməsini istəyirlər.

Bu, “MedAura”a xəstəxanasında baş verən ilk belə hal deyil. Bundan öncə də dəfələrlə klinika barədə şikayətlər olub, əməliyyat zamanı ölüm halları yaşanıb.

                              

Anesteziya edildikdən sonra ölüb…


Bizim.Media klinikada baş verən bu hadisələri araşdırıb.

25 oktyabr 2019-cu ildə “MedAura” klinikasında estetik əməliyyat olunan 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb.

2024-cü ilin aprelində paytaxt sakini Lətafət Məmmədovanın yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yaranıb. Septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədovanın əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

Nəticədə o, ikinci dəfə əməliyyata girməli olub. İkinci dəfə əməliyyat isə adətən 4-5 mindən başladığından şikayətçiyə ikiqat ziyan dəyib.

                             

 Onu  “MedAura”nın həkimi Kəmalə Mirzəyeva əməliyyat edib.


6 avqust 2024-cü ildə Bakıda şikayət əsasında “MedAura” klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Pasiyentin şikayəti əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “MedAura” klinikasında yoxlama aparılıb.

Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.

                                     

  İki əməliyyatı da uğursuz olub…


18 dekabr 2024-cü ildə özü ixtisasca həkim olan pasiyent “MedAura” klinikasının baş həkimi, Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyib.

Nəticədə onun burnu atrofiya olub, əyilib, toxumada nekrotik hal yaranıb.

Bir müddət mübarizədən sonra ikinci əməliyyat elə həmin xəstəxanada baş tutub. İkinci əməliyyat lor-həkim Yaqub Əhədi tərəfindən edilib. Lakin ikinci əməliyyat da uğursuz olub.

Bundan sonra qadın bir müddət tibbi maskada həyatını davam etdirməli olub. Üçüncü əməliyyat üçün isə digər xəstəxanalar 7-8 min pul istəyib. Şikayətçi klinikadan kompensasiya istəsə də, onun tələbinə baxılmayıb.

                                         

  Bədəni çürüyüb…


Bu il yanvarın 14-də Fərizə Hacıyeva adlı vətəndaşı sözügedən klinikanın həkimi Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah işləyir.

                                 

 Üzü tanınmaz hala düşüb…


Bu ilin 24 fevralında  Günay  Məmmədova adlı pasiyenti  “MedAura” klinikasının baş həkimi plastik cərrah Nigar Məhəmmədova əməliyyat edib. Nəticədə pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb.

Şikayətçi bildirir ki, Nigar Məhəmmədova və köməkçisi Yaqub onu aldadıb. Ona 1 saatlıq korreksiya əməliyyatı deyib, 4 saat narkozda saxlayıb əməliyyat ediblər. Bir ay ərzində pasiyenti iki dəfə əməliyyata salıblar, ona deyilmədən həyati əhəmiyyətli orqanlarına müdaxilə (qabırğasına) müdaxilə olunub.

                  

Çoxsaylı pasiyenti şikəst edən və ölümünə səbəb olan Nigar Məhəmmədova iş başında?


12 iyun Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah, eyni zamanda “MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədova tərəfindən abdominoplastika və liposaksiya əməliyyatına salınıb.

Arzu Sadıqovanın abdominoplastika əməliyyatından bir gün sonra halı pisləşib və onu yenidən əməliyyata salıblar. Qanaxmaya düşən Arzu ikinci əməliyyat sırasında dünyasını dəyişib. Ailəsi onda heç bir əlavə xəstəliklərin olmadığını, ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.

*Bu ilin oktyabrında xəstəxana ilə bağlı daha bir detal üzə çıxıb. Belə ki,  “MedAura” Klinikasında külli miqdarda vergi borcu yarandığı aşkarlanıb. Klinikanın hazırda dövlətə 241 min 690.82 manat vergi borcu olduğu məlum olub.

              

 Uğursuz əməliyyatları ilə seçilən klinika niyə bağlanmır?


Qeyd edək ki, “MedAura”  Klinikası  2010-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi 2 dəfə adını dəyişdiyi göstərilir. İlk adı “Nihat Klinika” MMC olub. 2018-ci ildən isə “MedAura” Klinika  MMC adlandırılır.

Klinikaya qarşı 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021,2022, 2023, 2024-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi məlum olub.

Klinikanın qanuni təmsilçisinin  İsbiyev Mübariz Qabil oğlu olduğu bildirilir. Klinikanın sahibi isə Nihat Zeynallıdır.

Onu da qeyd edək ki, haqqında kifayət qədər şikayət olan Nigar Məmmədovanın adı Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almayıb.

Xatırladaq ki, Nigar Məhəmmədovanı vəzifəsində bu ilin yayında Mirəzim Zaidov əvəzləyib.

Faktlardan göründüyü kimi, xəstəxanada  uğursuz əməliyyatların sayı kifayət qədərdir. Lakin bununla belə klinika fəaliyyətini davam etdirir./bizim.media

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “MedAura” klinikasında yoxlama - Qanunsuz plastik əməliyyat aparılıb - VİDEO

    “MedAura” klinikasında yoxlama - Qanunsuz plastik ...

    7-08-2024, 10:42

  • 
  • Nihad Zeynallının rəhbəri olduğu “MedAura” klinikasının əmlakına həbs qoyuldu

    Nihad Zeynallının rəhbəri olduğu “MedAura” ...

    15-10-2025, 22:39

  • 
  • Bakıda özəl klinikada ölüm hadisəsi baş verib

    Bakıda özəl klinikada ölüm hadisəsi baş verib ...

    9-04-2019, 14:13

  • 
  • Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür” - Foto

    Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim ...

    24-07-2025, 23:55

  • 
  • “MedAura”nın həkimi Kəmalə Mirzəyevanın yanlış əməliyyatı problem yaradıb – VİDEO

    “MedAura”nın həkimi Kəmalə Mirzəyevanın yanlış ...

    21-02-2025, 10:09


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu