Ermənistan parlamentinin sədri Alen Simonyan məşhur podkast aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Bu barədə spikerin mətbuat xidməti məlumat yayıb.
Simonyan tanınmış müxalif bloqerlərin aparıcılıq etdiyi "İmnemnimi" podkastında edilən təhqir və təhdidlərə hüquqi qiymət verilməsini istəyir.
Daha əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bloqerlərin verilişində qonaq qismində iştirak edib.
Bildirilir ki, veriliş yayımlandıqdan sonra Simonyan sosial şəbəkədə müsahibəyə sərt reaksiya verərək, aparıcıları onu təhqir etməyə sövq edib.
Samsonyan və Saqatelyan bu gün səhər İrəvanda saxlanılıb, hər iki şəxs xuliqanlıqda ittiham olunur.
"Datalex" məhkəmə portalının məlumatına görə, parlamentin rəhbəri müxalif bloqerlərdən açıq şəkildə üzr istəmələrini, mənəvi zərər və məhkəmə xərclərinə görə kompensasiya - ümumilikdə 6500 dollar tələb edir.
09:56
Ermənistanın tanınmış "İmnemnimi" podkastının müxalif aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində axtarış aparılıb və saxlanılıblar.
Gundemxeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə saxlanılan şəxslərin vəkili Ruben Melikyan sosial şəbəkə hesabında məlumat verib
Vəkil deyib ki, onun özü də axtarış zamanı Samsonyanın evinə buraxılmayıb
Melikyanın sözlərinə görə, tanınmış aparıcılar "yalan məlumat yaymaq", "xuliqanlıq" kimi maddələrlə təqsirli bilinirlər.
Ermənistan İstintaq Komitəsindən yerli mətbuata bildirilib ki, tanınmış müxalifətçilərin evlərində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Sosial şəbəkələrdə Samsonyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasının görüntülərini əks etdirən video yayılıb.
Saqatelyana gəlincə, onun özü sosial şəbəkədə yazıb ki, evinə maskalı hüquq-mühafizə orqanları əməkdaşları daxil olublar.
Xəbərdə bildirilir ki, ötən həftə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Samsonyan və Saqatelyanın podkastının qonağı olub.
Sorğu
Yeni dizaynımız necədir?