GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

Tarix: 28-01-2026, 18:58 Bölmə :--- Baxış: 5

 

Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir


Yenixeber.org: QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinə baxdıqca aydın olur ki, söhbət şəffaf və rəqabətli mexanizmdən deyil, yaxşı qurulmuş formal bir sistemdən gedir. Bu sistemdə qaydalar kağız üzərində mövcuddur, amma real qərarlar tamam başqa prinsiplərlə verilir. Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir.

Agentlik təmsilçiləri isə çıxışlar edir, məqalələr yazır, pafoslu cümlələrlə ictimaiyyəti inandırmağa çalışır ki, guya bütün layihələr Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına uyğun seçilir. Halbuki faktlar tam əksini deyir.

                 

  Qaydalar niyə yalnız kağız üzərində qalır?


Nazirlər Kabinetinin təsdiq etdiyi məlum qrant qaydalarının 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində  açıq şəkildə göstərilir ki, layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır.  Amma reallıqda nə baş verir? Məsələn: Reklam yönümlü QHT erkən nikah kimi dərin sosial problemlərlə bağlı layihələr icra edir. ( Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/195661-qht-lərə-dövlət-dəstəyi-agentliyi-ifşa-olunur-reklam-təşkilatının-nikah-layihəsinə-dəstək.html )  Bu nə dərəcədə peşəkarlıqdır? Yoxsa əsas meyar layihənin məzmunu deyil, kimin təqdim etməsidir?

Bu faktlar göstərir ki, Agentlik üçün nizamnamə tələbi prinsip deyil, sadəcə bəhanədir. Lazım gələndə xatırlanır, lazım gəlməyəndə isə görməzdən gəlinir.

                   

 “Təkrar layihə olmaz” – növbəti mif


Agentliyin ən çox təkrarladığı tezislərdən biri də budur: guya bir təşkilat eyni layihəni dəfələrlə icra edə bilməz. Amma, Yenixeber.org-a ötürülən faktlarla tam başqa mənzərə ortaya çıxır. Elə təşkilatlar var ki, Agentliyin yarandığı son beş il ərzində hər il eyni layihə ilə qrant qazanıb. Bu artıq təsadüf deyil, sistemli yanaşmadır.

Əgər eyni mövzu, eyni məntiq, eyni hədəf qrupları ilə layihələr illərdir maliyyələşdirilirsə, bəs rəqabət haradadır? Yeni ideyalar, yeni təşkilatlar, alternativ yanaşmalar niyə bu sistemə buraxılmır?

              

   Konkret fakt: eyni təşkilat, eyni layihə, eyni ssenari


Bu gün diqqətə çatdırdığımız nümunə “Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi” adlı QHT-dir. Təşkilatın profili, əvvəlki fəaliyyəti və maraq dairəsi açıq mənbələrdə mövcuddur. İstəyən hər kəs internet üzərindən araşdıra bilər.

Lakin sual doğuran əsas məqam budur: bu təşkilat QHT- lərə Dövlət Dəstəyi  Agentliyindən hər il eyni layihə – cəzaçəkmə müəssisələrində İİV/QİÇS-ə qarşı mübarizə layihəsi üçün qrant alır. Beş il ardıcıl olaraq eyni mövzuya, eyni formada maliyyə ayrılması hansı meyarla əsaslandırılır?

Bu layihə təşkilatın nizamnaməsinə birbaşa uyğun gəlirmi? Alternativ təşkilatlar niyə eyni sahədə şans qazana bilmir?

                             

     Şəffaflıq haradadır?


Daha maraqlısı isə odur ki, adıçəkilən QHT-nin layihə icrasına dair ciddi və açıq internet resurslarında demək olar ki, heç bir məlumata rast gəlinmir. Nə hesabatlar, nə foto-materiallar, nə də ictimai təqdimatlar mövcuddur.

Əgər layihələr real icra olunubsa, bəs bu məlumatlar niyə ictimaiyyətə açıq deyil? Dövlət vəsaiti hesabına həyata keçirilən layihələrin nəticələri gizlədilirsə, burada hansı şəffaflıqdan danışmaq olar?

                       

       Agentlik əvvəlcə özünü yoxlamalıdır!


QHT-lərə Dövlət Dəstəyi  Agentliyi bu ildən etibarən dublikat, təkrar və plagiat layihələrlə mübarizə aparacağını bəyan edir. Amma sual yaranır: Agentlik əvvəlcə öz daxilindəki mexanizmləri, QHT-lərə qarşı selektiv münasibəti nə vaxt düzəldəcək?

İllərlə eyni təşkilatlara, eyni layihələrə qrant verən qurumun indi birdən-birə “təkrarla mübarizə”dən danışması ən azı inandırıcı görünmür. Bu, problemi həll etmək deyil, problemi ört-basdır etmək cəhdidir.

                               

Nəticə: suallar çoxdur, cavablar isə yoxdur!


Bir QHT-nin beş il ardıcıl olaraq eyni layihə ilə qrant qazanması qrant sisteminin necə işlədiyini açıq şəkildə göstərir. Bu sistemdə əsas olan ictimai fayda, innovasiya və nəticə deyil, münasibətlər və vərdişlərdir.

Pafoslu bəyanatlarla, şablon açıqlamalarla nə QHT-ləri, nə də ictimaiyyəti aldatmaq mümkün olacaq. Qarşıdakı günlərdə daha konkret faktlar, sənədlər və müqayisəli təhlillərlə QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin qrant müsabiqələrinin real mənzərəsini təqdim etməyə davam edəcəyik./yenixeber.org/

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43

  • 
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

    QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı ...

    30-01-2026, 13:07

  • 
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” - 2-3 min manatlıq layihəyə 1000…

    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə ...

    9-12-2025, 12:57

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • MTN Prezident yanındakı QHT Şurasını da, öz poliqonuna çevirib

    MTN Prezident yanındakı QHT Şurasını da, öz ...

    20-11-2015, 18:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu