GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi güclüdür, yoxsa “Leyla Medical Center”in “başında turp əkən” Sevda Kurbanova?: Alibek Kurbanovla bağlı “32 Beauty”idəki “Sadval” təhlükəsi və…

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi güclüdür, yoxsa “Leyla Medical Center”in “başında turp əkən” Sevda Kurbanova?: Alibek Kurbanovla bağlı “32 Beauty”idəki “Sadval” təhlükəsi və…

Tarix: 4-06-2026, 21:44 Bölmə :Cəmiyyət Baxış: 138


Ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının — Səhiyyə Nazirliyinin qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə apardığını danmaq olmaz. Bu mübarizənin effektiv aparılması üçün qanunvericilik, aidiyyatı dövlət qurumları arasında koordinasiyalı fəaliyyətlərin gücləndirilməsi, səhiyyə qurumları ilə pasiyentlərin arasında inamın formalaşdırılması, nəzarət və ictimai iştirakçılıq amillərinin əsas olaraq götürüldüyü də göz qabağındadır. Keçirilən bu istiqamətli tədbirlərdə Səhiyyə Nazirliyinin rəsmilərinin, həmçinin nüfuzlu hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin  fəal iştirak etməsi də deyilənlərin sübutudur.

Qanunsuz tibb fəaliyyətinin  qarşısının alınmasını hərtərəfli şəkildə özündə əks etdirən ölkənin səhiyyə siyasəti bu istiqamətdə aparılan və heç vaxt gündəmdən düşməyən ictimai və media müzakirələrini də əsas şərt kimi irəli sürür, bu sahədəki mövcud problemlərin aradan qaldırılması üçün birgə səylərin göstərilməsini əsas olaraq önə çəkir. Çünki bu amillər mübarizənin effektivliyinin artırılmasında, dövlət qurumları ilə özəl sektorlar arasında sıx dialoqun formalaşdırılmasında, özəl klinikaların reputasiyasının və ictimai məsuliyyətin artırılmasında, ələlxüsus ictimaiyyət etimadının möhkəmləndirilməsində başlıca rol oynayır.

Bu səbəbdəndir ki, Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibb fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi üçün, hüquqi çərçivəyə aid məsuliyyət mövzusunun ictimai və media müzakirəsi səviyyəsinə qaldırılmasında həmişə maraqlı olub. Həm özəl tibb müəssisələrinin, həkimlərin və pasiyentlərin öz hüquq və vəzifələrini bilmələri, mövcud qanunvericilyin tələblərinə mütləq qaydada riayət etmələri üçün, həm də qanunsuz tibb fəaliyyətinin pasiyentlərin sağlamlığına ciddi təhlükələr yaratdığına görə…

…Bir müddətdir Arazpress.com da yuxarıda qeyd olunan mövzu ilə bağlı yazılar dərc edir. Həmin yazılarda xüsusi olaraq vurğulanıb ki, əslən Quba rayonunun Digah kəndindən olan Rusiya vətəndaşı Alibek Kurbanovun nəzarətindəki cinayətkar şəbəkənin ən fəal üzvü Sevda Alibekovna Kurbanova (Ağazadə) “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Leyla Medical Center”də qanunsuz tibb fəaliyyəti ilə məşğuldur və o, burada həkim libasına bürünmüş qorxulu kabus təsiri bağışlayır. Yaxşı ki, bununla nə demək istədiyimizə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də aydınlıq gətirdi. Rəsmi adı “Dünya Estetik Azərbaycan” olan həmin özəl tibb şirkətində müəyyən etdiyimiz təhlükənin mahiyyətinə uyğun ciddi yoxlama tədbiri keçirdi. Apardığı yoxlama nəticəsində klinikanın fəaliyyətində biz yazdığımızdan da betər nöqsan və qüsurlar aşkar etdi. Tibb xidmətlərinin təşkili zamanı burada tibbi tələblərin ciddi şəkildə pozulmasına dair faktlar aşkarladı.

Yoxlama nəticəsində təsdiq olundu ki, stomatoloji klinikada lisenziyada nəzərdə tutulmayan qanunsuz xidmətlər göstərilir. Yəni, tibbi normalara görə irinli yara və göbələk infeksiyaları ilə məşğul olan podoloq kabinetinin cərrahi steril zona tələb edən stomatologiya kabinetləri ilə qonşuluğu, konkret desək, eyni mərtəbədə yerləşməsi, üstəlik, belə xəstələrin belə bir yerdə qəbulu xarakteri yolverilməzdir. Beləcə, klinikanın stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilən əsas günahkar Sevda Alibekovnanın sertifikatsız özəl praktik tibbi fəaliyyətlə məşğul olmasıyla bağlı aşkar etdiyimiz ciddi faktlar rəsmən təsdiqini tapdı.

Həkim adı altında fəaliyyət göstərən Sevda Alibekovnanın günahı ucbatından, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərildi, Məhkəmə qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələndi. Sevda Kurbanova barəsində isə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə protokol tərtib edildi. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olmuş Sevda Kurbanova kimi.

Onu da qeyd edək ki, bu yoxlamaya qədər diplomu, habelə sertifikasiya şəhadətnaməsi olmayan bu şəxsin pasiyentlərə tibbi xidmət göstərməsi və əməliyyatlar icra etməsi barədə məlumatlar media vasitəsi ilə dəfələrlə ictimailəşdirilib. Lakin fəaliyyəti dövründə inzibati xəta ilə bağlı heç bir məsuliyyətə cəlb olunmadığı üçün, səsləndirilən bu fikirləri saya salmayıb. İndi də elədir. Baxmayaraq ki, tibb sahəsi üzrə qanunvericiliyin tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi rəsmən təsdiqlənib. (Arazpress.com-un linki bu olan yazısı da deyilənləri özündə əks etdirir:
https://arazpress.com/?p=16571– red.).

Bir daha qeyd edirik ki, aşkarlanan qanunsuz əməllərinə baxmayaraq, kosmetik adı “Leyla Medical” olan “Dünya Estetik Azərbaycan”ın rəhbər şəxsləri Sevda Alibekovnanın xətrinə dəymək istəmirlər. Sanki onları 6000 manat cərimə də narahat etmir. Onda belə çıxır ki, doğrudan da, adını çəkdiyimiz cinayətkar şəbəkənin başçısı — atası Alibek Kurbanov kimi, onun özünün də hər yerdə qorxub-çəkinmədən dedikləri düzdür — arxalarında dağ kimi dayananlar var və heç kəs onlarla bacarmaz.

Bir daha deyək ki, vaxtilə Rusiyanın ayrı-ayrı yerlərində və Azərbaycanda törətdiyi qatı cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən, hətta zorlamaya görə ittiham olunaraq, real həbs həyatı yaşayan, buna görə hər iki ölkənin tanınmış televiziya proqramlarında, məşhur “Pust qovoryat” verilişində tamaşaçılar qarşısında rüsvayçı şəkildə ifşa olunan Alibek Kurbanov kimi, qızı Sevdanın da atasından betər qanunsuz əməllər sahibi olduğunu mətbuatda dərc edilən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi  məlumatı bir daha təsdiq etdi. İctimaiyyətdə tam əminlik yarandı ki, atası və Sevda Alibekovnanın özü barəsində yazdıqlarımız həqiqətdən uzaq deyil. Quba və Bakı arasında yaradılan bu qorxulu şəbəkənin əməllərində görünməyən tərəflər də sırf qanunsuzluqdan xəbər verir. Çünki Digahdakı Alibek Kurbanovun və onun Bakıda fəaliyyət göstərən qızı Sevda Kurbanovanın ətrafında baş verənlər artıq adi dələduzluq çərçivəsindən də çıxaraq, qorxu dolu təhlükə müstəvisinə keçib.

Alibek Kurbanovun nəzarətindəki cinayətkar şəbəkənin müxtəlif qanunsuz əməlləri barəsində Arazpress.com-un dərc etdiyi ayrı-ayrı yazılarda şəbəkənin ən fəal üzvü Sevda Alibekovnanın adı saxta dərman istehsalı təhlükəsində də hallandırılır. Yəni, əldə etdiyimiz məlumata görə, indi də Alibek Kurbanov qızı ilə bərabər paytaxtın tibb sektoruna və nüfuzlu brendlərinə qarşı reket hücumuna başlayıb. Saxta ümidli dərman vasitəsi — “Bi-balzam” barəsində ötən yazımızda xüsusi olaraq qeydlər vermişik. “Gizli laboratoriya” istehsalının görünməyən tərəflərini də az da olsa ictimaiyyətin diqqətinə çatdırmağa nail olmuşuq. Demişik ki, saxta dərmanlar tərkibi uyğunsuz təhlükəli maddələrdən hazırlanır və  insan həyatı üçün ciddi təhlükələr yaradır. Bu qlobal problem əsasən onlayn platformalar və ya nəzarətsiz təchizat zəncirləri vasitəsilə yayılır.

Ümumiyyətlə, atasının cinayət yolunu “layiqincə” davam etdirən, adını çəkdiyimiz klinikada qeydiyyatçı kimi rəsmiləşdirilən bu şəxsin, farmakologiyadan bixəbər olsa da, “tibb mütəxəssisi obrazı” arxasında gizlənərək, “Leyla Medical Center”də 2000 manata (?!) kirayəyə götürdüyü obyektdə özünü tanınmış bir podoloq —  ayaq mütəxəssisi kimi pasiyentlərə sırıması, burada internet üzərindən götürdüyü tərkibdə mənşəyi məlum olmayan saxta dərman istehsalı ilə məşğul olması birbaşa törədilən cinayət, daha dəqiq desək, pasiyentlərin, xüsusən də, uşaqların sağlamlığını riskə atan təhlükəli sanitar-epidemioloji terrordur. “Bi-balzam” adlı saxta dərman preparatının qanunsuz istehsalına və alverinə  girişməsi isə, həm vergi cinayəti, həm də insanların zəhərlənməsinə yol aça biləcək ciddi bir təhlükədir. Çünki belə dərman preparatları bizim kor-koranə etibar etdiyimiz, canımızı tapşırdığımız elementlərdir. Bu və buna bənzər digər elementlər lisenziyasız, nəzarətsiz və qanunsuz şəkildə hazırlandıqda dəhşət doğuran nələrin baş verdiyi həmişə göz qabağında olub.

Onu da demək istəyirik ki, təhlükəli bu cinayətkar şəbəkə başçısının və onun qızının adları kiminlə və hansı qurumla bir yerdə çəkilib, o zaman onların ətrafında qalmaqal yaranıb. Bir vaxtlar Kurbanovların fəaliyyəti Bakının tanınmış klinikalarından birinin — “32 Beauty”-nin (“Billur Dent” MMC) adını gündəmə gətirib. Yəni, bu MMC də bu şəbəkəni idarə edən fırıldaq ustasının hədəfinə tuş gəlib. “Bu stomatoloji klinika bizə və ən yaxın qohumlarıma məxsusdur” — deyən Alibek Kurbanov özünə toxunulmazlıq imici yaratmaq üçün əlindən gələni edib, Rusiyadakı qorxulu təşkilatların ən fəal üzvü olduğunu dilə gətirməkdən belə çəkinməyib. Beləcə, adını çəkdiyimiz klinikanın gəlirlərini belə ələ keçirib.

Hələ bu nədir ki?! Bir vaxtlar Alibek Kurbanovun ölkəmizdə qanunla qadağan olunmuş terror və separatizm meyilli “Sadval” təşkilatının üzvü və təbliğatçısı olması barədə yayılan xəbərlər bu məsələnin ən qorxulu tərəfi kimi yaddaşlarda qalıb. Özü isə, “Sadval”-ın başında duranların onun ən yaxını olduqlarını deməklə, yəni, bu iddia hesabına qanunsuz hərəkətlərinə etiraz edənlərə hox gəlib. Əgər fırıldaqçının bu iddiaları sadə bir yalan deyilsə, ortada dövlət təhlükəsizliyinə qarşı qorxulu bir ssenari mövcud olub.

Belə çıxır ki,  “32 Beauty” klinikasının rəsmi təsisçi və rəhbər şəxsləri, özləri də bilmədən, antiazərbaycan qüvvələrin və separatçı “Sadval” qruplaşmasının gizli maliyyələşdirilməsində alətə çevrilib. Klinikadan əldə olunan leqal qazancın bir hissəsi qeyri-qanuni yollarla dövlət əleyhinə yönəlmiş fəaliyyətlərə ötürülüb. Rəhbər şəxslərin avamlığı hər cür cinayətin törədilməsinə imkan verib.

Alibek Kurbanov Digah kəndində və rayon ərazisində vətəndaşların etibarını qazanmaq və onlardan külli miqdarda pul, borc qoparmaq üçün unikal fırıldaq metodu seçib. O,  addımbaşı Bakıdakı məşhur “32 Beauty” (Billur Dent) stomatoloji klinikanın və digər böyük bir tibb mərkəzinin onlara və yaxın qohumlarına məxsus olduğunu iddia edir. Bu yalanın arxasında isə istək və məqsəd dayanır: Həm insanlarda özünün böyük biznesmen olması təəssüratını yaradaraq, pullarını ələ keçirmək, həm də sabit fəaliyyət göstərən “32 Beauty” kimi tanınmış brendlərin adının arxasında gizlənərək, öz çirkin pullarını leqallaşdırmaq.

Doğrudan da, saxta həkim rüsvayçılığı və rəsmi cərimə ilə üzləşən şəbəkənin Bakı qolu daha təhlükəli bir ssenari ilə işləyir. Mediada nikah fırıldaqçısı kimi də ad çıxaran Sevda Alibekovna Kurbanovanın (Məmmədyarova, Süleymanova) paytaxtın elit tibb müəssisələrindən olan “Leyla Medical Center” ə sızmağı bacarmaqla, orada vətəndaşlara qarşı aparılan tibbi fırıldaqçılığı və qanunsuz qiymət şişirdilməsini də bacarıb. Bu faktlar artıq dövlət orqanlarının da diqqətini çəkib. Çünki cinayətkar şəbəkə başçısının bir vaxtlar terror təşkilatı “Sadval”ın üzvü olduğu danılmaz fakt kimi ictimaiyyətin diqqətindədir. Bu ailə podratının ən qorxulu tərəfi isə, törətdikləri cinayətləri ört-basdır etmək üçün seçdikləri hədə-qorxu metodudur. Alibek Kurbanov məhkəmə icraçılarını, şikayətçi vətəndaşları və dövlət məmurlarını susdurmaq üçün, özünü nüfuz sahibi tanınmışların, “Sadval” rəhbərlərinin yaxını kimi “gözə soxur”. “32 Beauty”-nin ona məxsus olduğunu deyir. “Bizə toxunanı məhv edərik” — deyərək, açıq şəkildə dövlətə və cəmiyyətə meydan oxuyur. Yəni, ortada mütəşəkkil cinayətkar dəstənin olduğu bir daha təsdiqlənir.

Kənddə üzə çıxan bu var-dövləti Alibek Kurbanov həmkəndlilərinə: “Bakıdakı “32 Beauty” klinikamın gəlirləridir” — deyərək, külli miqdarda pulunun real cinayətkar mənşəyini gizlədir, ətrafında qorxu mühiti yaradır. Aldatdığı insanlar qorxudan polisə şikayət edə və pullarını geri tələb edə bilmirlər. Bir sözlə, Alibek Kurbanov kənddə insanları soymaq, qorxutmaq və dövlət cəzasından yayınmaq üçün bu iyrəncliklərdən bir silah kimi istifadə edir.

Bu yerdə mövzuya aid “32 Beauty” rəhbəri ilə və nüfuz sahibi tanınmışlara sual yaranır: “Sadval” nümayəndəsi ilə əlaqələri necə yaranıb və onunla qohumuluqları necə ola bilər?! Bu klinikanın və onların adları Alibek Kurbanov üçün realdır, yoxsa uydurma?

Elə bu suallar ətrafında araşdırmamızı davam etdiririk. Bizi izləyin./Araz.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? - Açıqlama

    Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı ...

    30-06-2020, 23:01

  • 
  • Səhiyyə Nazirliyi “Doktor Davud” klinikasını cərimələyib

    Səhiyyə Nazirliyi “Doktor Davud” klinikasını ...

    13-03-2021, 12:13

  • 
  • 376 qanunsuz tibb müəssisəsi aşkar edilib

    376 qanunsuz tibb müəssisəsi aşkar edilib ...

    27-12-2013, 01:48

  • 
  • Səhiyyə Nazirliyi xəstə qızın ittihamlarına cavab verdi

    Səhiyyə Nazirliyi xəstə qızın ittihamlarına cavab ...

    23-09-2016, 13:54

  • 
  • Səhiyyə Nazirliyi vətəndaşları tibbi əlcəkləri yerə atmamağa çağırdı

    Səhiyyə Nazirliyi vətəndaşları tibbi əlcəkləri ...

    1-04-2020, 22:27


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu