GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahib Məmmədovdan ANTİ -XALQ və ƏDALƏTSİZ QƏRAR- Prezidentə müraciət...

Sahib Məmmədovdan ANTİ -XALQ və ƏDALƏTSİZ QƏRAR- Prezidentə müraciət...

Tarix: Bu gün, 18:21 Bölmə :GündəmXəbər / Manşet / Ölkə Baxış: 0

Azərbaycanda gecəyarısı, ya da qeyri-iş günü qiymətləri qaldıran qurumun yalnız Tarif Şurası olduğunu bilirdik. Demə, siam əkizi kimi, Tarif Şurasının da şəriki var imiş. Buna bir medalın iki üzü də demək olar. Söhbət Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) bu ilin mayında qəbul etdiyi qərardan gedir. Belə ki, AHİK Tarif Şurası kimi xəlvəti iş görərək kurort zonalarına göndərişlə (putyovka) bağlı absurd addımlar atıb, yeni əsassız qaydalar müəyyən edib.

Gizli qiymət artımına gedən qurumun biri az idi, indi ondan geri qalmayan AHİK putyovkalarla bağlı hamını narazı salan qərarlar qəbul edib.

Redaksiyamıza verilən məlumata görə, Sahib Məmmədovun quruma sədr gəlişindən sonra AHİK əvvəlki rəhbərliyə şükür etdirməyə başlayıb. Belə ki, putyovkaların verilməsində yeni absurd qaydalar kütləvi narazılığa səbəb olub. AHİK yeni qaydalara əsasən, göndərişi bundan sonra yalnız işləyənlərin özünə şamil edəcək. Yəni həmin şəxsin ailə üzvlərinə heç bir güzəşt nəzərdə tutulmur. Halbuki əvvəllər ailə üzvünə və ümumiyyətlə 15 faiz güzəşt olunur, 18 yaşa qədər uşaqlara pulsuz göndəriş verilirdi. Sahib Məmmədov isə belə qərara gəlib ki, göndəriş yalnız bir nəfərə aid olmalıdır, yerdə qalanlar isə kurort mərkəzində tam ödəniş etməlidirlər. Daha dəqiq desək, həm həyat yoldaşı, həm də 12 yaşdan yuxarı uşaqlar üçün tam ödəniş olunmalıdır. Hərçənd ötən ilə qədər belə deyildi. İndi yalnız 12 yaşadək yalnız ailədən olan iki uşaqa ödənişsiz putyovka nəzərdə tutulub.

Bu da AHİK rəhbərliyinin tam absurd , gülünc və əsası olmayan yanaşmasıdır. Bununla Sahib Məmmədov və komandası 18 yaşına çatmamış şəxslərin - yəni uşaqların əməyə cəlb olunmasını təşviq edir. Faktiki isə bu yanaşma qanunvericiliyə qarşı çıxmaq, 18 yaşa çatmamış şəxsləri işləməyə məcbur etməkdir. Necə ola bilər ki, 12 yaşdan yuxarı uşaq, icbari təhsil alan yeniyetmə bu güzəştli göndərişlərdən məhrum edilsin? Məgər o yaşda uşaqlar işləyirlər ki, AHİK onlar istisna edir? Onsuzda dövlətdən az məvacib alan valideyin iki övladı üçün yüz faizli ödənişi necə etsin? Axı onlar da məktəblidirlər. Bir sözlə, birbaşa qanuna və dövlət başçısının qərarlarına qarşı kütləvi narazılığ yarada bilən addımlardır. Eyni zamanda, ailənin bütün üzvlərinin güzəştdən məhrum olunması və göndərişin yalnız bir nəfərə aid edilməsi il ərzində bu quruma axan vəsaitlərin hara xərcləndiyini aktuallaşdırır.

Ona görə də Prezident İlham Əliyevə müraciətdə bu məsələnin ciddi şəkildı nəzarətə götürülməsi xahiş olunur. AHİK sədri Sahib Məmmədovun rəhbərliyi altında verilən bu qərarın heç bir insanlığa və qanunlara sığışmadığı vurğulanır. Müraciətdə prezidentdən xahiş edilir ki, AHİK rəhbərliyinin fəaliyyətinin yoxlanılmasına tapşırıq verilsin. Çünki təftiş nəticəsində maliyyə mənimsəmələri, putyovka biznesi , bayram biletləri və bu işdə böyük maxinasiyalar, korrupsiya oyunları üzə çıxa bilər. Prezidentə müraciətdə deyilir ki, Sahib Məmmədov və AHİK heç bir məntiqlə uzlaşmayan qərar qəbul edib. Əvvəla, il ərzində AHİK xəzinəsinə axan maliyyə əvvəlki qaydalarla, yəni ailənin bütün üzvlərinə güzəşt olmaqla göndəriş verilməsini ehtiva edir. Yəni həmkarlara maaşlardan tutulan pullar və s. hesabına böyük vəsait daxil olur. Bu da imkanların olduğunu deməyə əsas verir. İkincisi, icbari təhsil alan 12 yaşdan yuxarı uşaqlar üçün kurort bölgəsində bütün pulun ödənilməsini ailənin boynuna qoymaq qanunlara tüpürməkdir. Eyni zamanda, 15 faizlik güzəştin tamamilə göstərilən qaydada ləğvi özbaşına bir qərardır.

Odur ki, cənab Prezidentin və yaxud Mehriban xanımın məsələni nəzarətə götürməsi təxirəsalınmaz məsələdir. Belə çıxır ki, AHİK adı putyovka, özü "kababtirovka" kimi hoqqabazlıq olan əməllərin sahibidir. Bu əməllərin sahibi isə sədr Sahib Məmmədovdur. Məlumatlarda bildirilir ki, 2024-cü ildən bu posta gətirilən Məmmədov təxminən iki ilə qurumu elə günə qoyub ki, görünən dağa nə bələdçi. Fakt budur ki, yüzlərlə vətəndaşın hüquqlarının pozulmasına səbəb olan qərarlar verilib.

İndi yaxşı olar ki, AHİK rəhbərliyi bu məsələlərə aydınlıq gətirsin və əsaslandırmağa çalışsın. Çünki edilən şikayətlər, vətəndaş müraciətləri ciddi narahatlıqdan xəbər verir. Yüzlərlə insanın hüquqları tapdanıb və məsələyə izah verilməlidir.

Əvvəlcə, AHİK aşağıdakı şikayətlərlə bağlı suallarımıza münasibət bildirməklə yaxşı olardı ki, bu məsələlərə bir izah versin:

1 .Hansı əsasla qanunvericiliyə zidd addım atılıb?

12 yaşdan yuxarı uşaqlara güzəştlərin ləğvi barədə qərar hansı meyarlar və qanunlar əsasında verilib?

2 .AHİK bu qaydanın tətbiqində vətəndaşların maddi şəraitini , aylığ məvacibini nəzərə alıbmı?

3 .İl ərzində quruma gələn vəsaitlər və xərclər barədə hesabatlılıq varmı və ictimaiyyətə dürüst məlumatlar açıqlanıbmı?

4.Göndərişlər, yəni putyovkalar verilərkən vətəndaşın hansı göstəriciləri əsas götürülür, siz bu qaydanı ədalətli sayırsınızmı?

Göründüyü kimi, bu və ya digər suallar, çoxdur, açıq qalır. Cəmiyyətdə dövlət başçısına müraciətdə AHİK-lə bağlı yaranmış gərginliyə, qurumun özbaşına və ədalətsiz qərarlarına dair araşdırmalar aparılmasına reaksiya, gözləyir. Vətəndaşlar dövlətə güvənir, prezident İlham Əliyevə inanır,amma məmurlar görünən iş kimi, bu şəkildə xalqı narazı salırlar...

Nicat Mahmudov 


Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AHİK-in ucuz "Putyovka" fırıldağı - müraciət edənlər aldadılır?

    AHİK-in ucuz "Putyovka" fırıldağı - ...

    5-08-2025, 23:45

  • 
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38

  • 
  • Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?

    Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ? ...

    1-08-2025, 23:58

  • 
  • AHİK qazilərə anında pulsuz yollayış verir, SXA 15 faiz haqq tutur – SƏBƏB?

    AHİK qazilərə anında pulsuz yollayış verir, SXA ...

    17-03-2023, 21:00

  • 
  • Tarif Şurası: "Dizel yanacağının qiyməti dəyişməyəcək"

    Tarif Şurası: "Dizel yanacağının qiyməti ...

    16-07-2017, 11:08


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (504)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu