GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kamran Əsədov Fenomeni - EKSPERT RƏYİ

Kamran Əsədov Fenomeni - EKSPERT RƏYİ

Tarix: Bu gün, 01:19 Bölmə :GündəmXəbər / Manşet / Ölkə Baxış: 68

 

Bu günlərdə məhkəməsi davam edən və Azərbaycan təhsil tarixinin ən qalmaqallı və önəmli fiqurlarından olan Kamran Əsədov barədə 

Ekspert Rəyi:

Əvvəla, etiraf etməliyik ki, Kamran bəy, doğrudan da, çox savadlı və potensiallı bir insandır. Zatən hələ iyirmi yaşlardan etibarən, vəzifədə olmadığı halda, təhsilin gündəmini müəyyən etməsi də bunu sübut edir. Onun intellektual potensialı, o qədər mühüm və yüksəkdir ki; demək olar, hakimiyyət içərisində bu cür savadlı şəxslərin sayı, maksimum 4-5 nəfər olar. (Misal: Hikmət Hacıyev, Zahid Oruc ).

Heç bir xüsusi media resursu, inzibati dəstək və maliyyə vasitələri olmadan, fikri və mövqeyi, hətta bəzən Təhsil nazirini ya da DİM rəhbərini belə, geridə qoyan bir təsirə sahibdir.

Bu cür perspektivli və effektiv şəxslər isə, əgər eqoistdirlərsə, gec-tez "güc zəhərlənməsi" yaşayırlar. Onlar, inersik durum və nüfuzları ilə qane olmur və beləliklə daha çoxunu istəyir; ya maliyyə, ya da vəzifə olaraq, potensiallarına adekvat bir gözləntiyə qapılır və buna görə də ya hamıdan daha varlı, ya da hamıdan daha "yuxarı"da olmaq istəyir və istedadlarını, bu məqsədə kökləyirlər.

Və əgər gözləntiləri, inzibati olaraq (dövlət baxımından) doğrulmursa və yüksək vəzifə ala bilmirlərsə, ən azından, daha çox maliyyəyə sahib olmağa çalışırlar.

Burda bir haşiyə çıxaq; əslində, Kamran Əsədov, indi çox populyar olan Hikmət Hacıyev qədər, dövlətdə və hakimiyyətdə ciddi təsirə sahib ola bilərdi. Sadəcə olaraq, onun, daha strateji düşünməməsi, tələskən olması və varlanmaq ehtirasının, vəzifə istəyindən daha ön planda olması, karyerasını və aqibətini təyin etmişdir.

Belə ki, hələ 2014-cü ildə, cəmi bir neçə min "qabağa düşmək" üçün yaxalandığı dələduzluq və nüfuzdan sui-istifadə faktından sonra, cinayətə cəlb olunması və "notarial reputasiyası"nın korlanması, dövlət və inzibati seqmentdə karyera şansını, bəribaşdan məhdudlaşdırmışdır.

Əlbəttə, irəliləyən illərdə, o, alternativ inzibati və digər imkanları yoxlamağa çalışmış, bəzi epizodik hallarda müəyyən nəticələr də əldə etmişdir (əlaqəli litseyə lisenziya almaq və s.).

Lakin, yenə də, gözləntiləri tam doğrulmamış; dövlətdən, arzuladığı mövqe və imkanları əldə edə bilməmişdir.

Ki, bunda; reputasiyasındakı cinayət faktı ilə yanaşı, bəzi hallarda təhsil avtoteritləri ilə yaşadığı gündəmlər və konfliktlər də rol oynamışdır.

Zaman-zaman yol verdiyi kəskin mövqe dəyişikliyi və riskli manevrlər, ona, bəlkə, taktiki və qısa vədəli hansısa imkanlar bəxş etsə də, uzun vədədə isə, dövlət nəzərində, "riskli və güvənilməz" obrazını formalaşdırmışdır.

Və bu durum, görünür ki, müəyyən dövrdən sonra; perspektivli, amma səbrsiz Kamranı yormuş və tam taktiki və avanturist meyillərə yönəltmişdir.

Bu isə, birincisi; onun, avtoritetlərə və rəsmilərə qarşı, daha sərt və aşındırıcı mövqe və davranışlarına rəvac vermişdir.

İkincisi və ən əsası; daha qısa yoldan və daha konkret "qazanc"a sıx bağlamışdır.

Təsadüfi deyil ki, 2025-ci ildə; yenidən yol verdiyi, bu dəfə böyük saxtakarlıq və dələduzluq, eləcə də, nüfuzdan sui-istifadə faktı, aşkara çıxmışdır. Hansı ki, bu, 11 il ərzində hələ məlum olan ikinci maxinasiya faktıdır. (Çünki, əvvəlki illərdə, imtahanla bağlı saxtakarlıqlar, texniki imkanların məhdud olması və daha az diqqət səbəbindən, daha az ifşa olunurdu).

Lakin, yol verdiyi aşkar olan ağır cinayətlərə baxmayaraq, o, (əvvəlki nümunədə olduğu kimi) yüngül cəza ilə, hətta, "ev həbsi" ilə də xilas ola bilərdi və görünür ki, son aylarda ETN-ə etdiyi ciddi reveranslar və ilginc çıxışlar da, bu gözləntini reallaşdırmaqla bağlı idi.

Amma, ETN rəhbərindən fərqli olaraq, ona, patoloji antipatiya bəsləyən və keçmişi unuda bilməyən DİM rəhbəri Məleykə Əsədovanın qəti və ardıcıl mövqeyi, görünür ki, bu "qapı"nı da bağlamışdır.

YEKUN

Əvvəldə də qeyd etdiyimiz kimi, Kamran Əsədov, elə bir şəxsdir ki, cəmiyyətimizdə çox nadir olan intellektə və manevr potensialına sahibdir. Və zatən həbsindən qısa müddət öncə belə, "yağlı" vəzifəyə düzələ bilməsi, bunu göstərir.

O, bir neçə il sonra azadlığa çıxacaq və yenə də potensialından və bacarığından istifadə edib, insanları, xüsusən də təhsil ictimaiyyətini çaşdırmağa və yönəltməyə (obrazlı desək: "fırlatmağ"a) davam edəcəkdir. Yenə də on minlərcə sadəlövh təhsilverənin güvənini qazanıb, müəyyən problemləri gündəmə gətirəcək, sonra da həlledici anda, onları, yarıyolda qoyacaqdır.

Amma, artıq ikinci cinayət faktı və məhkumluq; hazırki inzibati seqmentdə, önünü, fikrimizcə, tam kəsmiş olacaqdır və bu da onun, gələcəkdə daha müxalifyönümlü və daha sərbəst olmasına səbəb olacaqdır.

İndiyəqədər, əsasən, təhsil sahəsinə köklənən bu şəxsin; gələcəkdə, daha fərqli, daha universal və daha aktual sahələrə nüfuz etməsi, baş verəcək və K. Əsədov, ən "karlı" və "cəlbedici" sahə olan-ictimai-siyasi platformada, özünün, "yenilənmiş" obrazını qəbul etdirəcəkdir.

İndi onu saxtakarlıqda qınayan on minlərcə insan, bir neçə il sonra, savadlı çıxışlarına və "cəsarəti"nə görə alqışlayacaqdır və bu adamın "ləkəli keçmiş"ini, əsasən, unudacaqdır. Nə qədər qəribə olsa da, 2 dələduzluq və saxtakarlıq hökmünə rəğmən, onun, uzun vədədə, Azərbaycanda ən mühüm postları tutması belə, tamamilə real məsələdir.

Qeyd: K. Əsədovun fürsətcilliyini və avanturistliyini qınamaq; heç də, digərlərinin stratejik, ağıllı və məqbul istiqamətli olmasını söyləmək anlamına gəlmir. Sadəcə olaraq, o, digərlərindən fərqli olaraq, öz qeyri-məşru məqsədlərinə çatmaq üçün belə, daha səbatsız və tələskən vasitələrdən istifadə etmişdir.

"Təhsil Araşdırmaları Mərkəzi"nin eksperti, sosioloq Emin Mirzəli

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyinə qarşı daha bir ittiham: “Formal xarakter daşıyır”

    Təhsil Nazirliyinə qarşı daha bir ittiham: ...

    25-06-2019, 11:13

  • 
  • "Uşağımı bağçaya yazdırmaq üçün 300 manat vermişəm" - Təhsil eksperti

    "Uşağımı bağçaya yazdırmaq üçün 300 manat ...

    13-09-2019, 16:40

  • 
  • Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK Statistika

    Azərbaycanda 40 məktəbli qız abort olunub - ŞOK ...

    21-02-2020, 15:46

  • 
  • Abituriyentlərdən zəif nəticə - MÜQAYİSƏ

    Abituriyentlərdən zəif nəticə - MÜQAYİSƏ ...

    20-07-2017, 14:13

  • 
  • Kamran Əliyev polisə əl qaldıranlardan danışdı

    Kamran Əliyev polisə əl qaldıranlardan danışdı ...

    20-12-2014, 15:10


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (544)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu