Gundemxeber.az » GündəmXəbər » Siyasi Təzyiq və ya İdarəetmə Böhranı: Pakistanda Nələr Baş Verir?
Pakistanın eks-baş naziri İmran Xanın həbsi və onun ətrafında cərəyan edən hadisələr ölkənin içində və beynəlxalq müstəvidə kəskin müzakirələrə səbəb olmaqdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi və Pakistanın hazırkı baş naziri Şahbaz Şəriflə təmaslarından sonra İmran Xanın məhkəmə qərarı ilə xəstəxanada müalicə alması üçün azadlığa buraxıldığı bildirilir.
Lakin bu addıma baxmayaraq, siyasi gərginlik səngimək bilmir. İmran Xan verdiyi açıqlamada məhkəmənin azadlıq qərarına rəğmən hərbçilərin tərəfindən təzyiqlərin davam etdiyini qeyd edir. Ölkə daxilindəki tənqidçilər və müxalif dairələr bu cür kəskin mövqenin birbaşa baş nazir Şahbaz Şərifin göstərişi ilə həyata keçirildiyini iddia edirlər.
Ölkənin beynəlxalq nüfuzunu qaldırmış bir siyasi xadimə qarşı sərgilənən bu kəskin münasibət ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Baş verənlər Şahbaz Şərif hakimiyyətinin dövlət idarəçiliyində avtoritar metodlara üstünlük verməsi və ölkəni sərt rejim qaydaları ilə idarə etməsi barədə tənqidlərin artmasına yol açır.
Gundemxeber.org
Bu gün, 07:53
23-12-2022, 17:27
26-11-2025, 22:07
3-12-2025, 11:52
20-11-2018, 10:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?