Gundemxeber.az » GündəmXəbər » Sabiq bələdiyyə sədri indi də məscid torpaqlarına göz dikib - ETİRAZ
Abşeron rayonunun Novxanı kəndinin sabiq bələdiyyə sədri Məhərrəm Əvəzov və onun yaxınlarının qanunsuz əməlləri ilə bağlı ölkə mediasıda zaman-zaman müxtəlif məqalələr yayımlanıb, konkret faktlara diqqət çəkilib. (https://aknews.az/index.php?newsid=5209 ).
Bugünlərdə adıçəkilən şəxslə bağl gundemxeber.org-un redaksiyasına yeni məlumat daxil olub. Məlumatlı mənbənin sözlərinə görə, bir neçə il bundan öncə vəzifəsindən azad edilməsinə baxmayaraq, bu gün də sabiq bələdiyyə sədri kənd ərazisindəki bəzi torpaqlarını “çəpərləmək”, bu torpaqlara sahib çıxmaqla məşğuldur. Belə ki, bugünlərdə keçmiş bələdiyyə sədrinin Novxanı kəndində “köhnə məscid” deyilən ərazidə yeni torpaq sahələrini zəbt etməyə başlayıb. “Köhnə məscid”in qarşsındakı torpaqları “işarələyən” Məhərrəm Əvəzov, məlum üsulla bu torpaqları özününküləşdirməyə başlayıb. Həmin torpaqların yaxın günlərdə sabiq bələdiyyə sədri tərəfindən satışa çıxarılacağı gözlənilir.
Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyəti torpaqların qanunsuz mənimsənilməsinə qarşı mübarizə aparmasına, bu məsələdə prinsipial mövqe sərgiləməsinə baxmayaraq, hələ də keçmiş məmurlar tərəfindən oxşar hərəkətlərin baş verməsi müşahidə edilməkdədir. Ümid edirik ki, əlaqədar instansiyalar bu kimi özbaşınalıqların qarşısını alacaq və hər hansı özfəaliyyətə yol verməyəcək.
Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
Gundemxeber.org
18-08-2015, 18:09
19-09-2017, 15:43
4-02-2014, 22:03
22-12-2015, 18:31
9-09-2020, 12:02
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?