GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!

Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!

Tarix: Bu gün, 13:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1


Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Beyləqan Rayon İcra Hakimiyyəti Maşın və avadanlıqların, eləcə də, Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı müqavilələr imzalayıb. 02.09.2026-cı il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, bu məqsədlə birinci epizodla bağlı "APO RM GROUP" MMC ilə 7998 manatlıq, ikinci epizodla bağlı isə "ALBARO" MMC ilə 5200 manatlıq razılaşmalar rəsmiləşib.

Hər iki müqavilədə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Hər iki satınalma bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

Elə bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var... Yuxarıda qeyd etdiyimiz kimi, Beyləqan Rayon İcra Hakimiyyəti müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb.

Bu sözün bəlli mənasında maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: Beyləqan Rayon İcra Hakimiyyətinin Maşın və avadanlıqların, eləcə də,  Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Yoxsa, Beyləqan Rayon İcra Hakimiyyətini müvafiq Maşın və avadanlıqlarla, eləcə də, Dəftərxana və təsərrüfat malları ilə təmin edə biləcək başqa şirkətlər yoxdur...(?) Baxın, ən aktual və cavablandırılması vacib sual da, məhz budur!

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...

***

Digər vacib bir məqam Beyləqan Rayon İcra Hakimiyyətinin Maşın və avadanlıqlar aldığı (Yaxud alacağı. Red.) "APO RM GROUP" MMC ilə bağlıdır. İnternet üzərindən apardığımız araşdırmalarla məlum oldu ki, bu şirkət müxtəlif dizaynlı hovuzların tikintisi üzrə ixtisaslaşıb. Təsəvvür edirsiniz hovuz tikən şirkət və maşın və avadanlıqlar...(?)

"ALBARO" MMC ilə bağlı isə internet üzərində geyim modelləri ilə rastlaşmaq mümkündür...(?)

***

Biz “Yenixeberorg” olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)

Haşiyə: Əziz Əzizov icra hakimiyyəti strukturunda təcrübəli kadr kimi tanınır... Xatırladaq ki, cənab Əzizov 8 avqust 2006- 2 fevral 2018-ci illərdə Cəlilabad rayonuna, 2 fevral 2018-12 noyabr 2019-cu illərdə Yasamal rayonuna, 12 noyabr 2019-28 iyun 2024-cü illərdə Suraxanı rayonuna rəhbərlik edib. 8 iyul 2024-cü ildən isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısıdır...

              Və son əvəzi...

Əvvəla, hörmətli icra başçısına xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.biz)

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...

    Laçında Bərpa-tikinti adı ilə milyonlar bir ...

    5-08-2026, 23:52

  • 
  • “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -Elektron satınalma olmadan, bir şirkətlə 2 müqavilə(?)!

    “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət ...

    10-10-2025, 11:02

  • 
  • Mingəçevirdə tender maxinasiyaları - İlham İsmayılov dövlət büdcəsini belə dağıdır

    Mingəçevirdə tender maxinasiyaları - İlham ...

    1-06-2021, 16:56

  • 
  • Neftçalada ŞÜBHƏLİ ANLAŞMA... - Gənc başçı yaxşı başlayıb...

    Neftçalada ŞÜBHƏLİ ANLAŞMA... - Gənc başçı yaxşı ...

    21-05-2021, 16:52

  • 
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ

    Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində ...

    13-05-2026, 17:53


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (602)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu