GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qaçqın ailəsini kimlər “oyuna salıb?”

Qaçqın ailəsini kimlər “oyuna salıb?”

Tarix: 31-10-2017, 15:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 563
Qaçqın ailəsini kimlər “oyuna  salıb?”


Tamella Musayeva: “Belə bir qərardan sonra, anama verilmiş torpaq sahəsini valideyinlərim daş hasara alırlar və içərisində ev də tikirlər”

Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına 2013-2014-cü illərdən haqqına qovuşa bilməyən Musayeva Roza Şamil qızının adından, onun övladı və nümayəndəsi Musayeva Tamella Gümüş qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayətçi xanım ünvanladığı ərizəsində qeyd edir ki, “məlum 1988-ci il hadisələrindən sonra bizim ailə üzvlərimiz də Qərbi Azərbaycandan deportasiya olundu və belə bir səbəb üzündən də, doğma respublikamıza pənah gətirməyə məcbur olduq. Elə həmin ilin sonlarından Abşeron rayonu ərazisində məskunlaşdıq. Çox keçmədi ki, anam Musayeva Roza Şamil qızı Bakı Mebel Hissələri Kombinatında işə girdi və xeyli müddət də adı çəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul oldu. Kombinatın həmkarlar komitəsinin 16 may 1990-cı il tarixli 9a saylı qərarı ilə, adı çəkilən müəssisədə çalışan 300 nəfər əməkçiyə, kollektiv bağçılıq-bostançılıq təsərrüfatı yaratmaq üçün 22,50 hektar torpaq sahəsi ayrılır. Hər bir nəfərə isə, 500 kvm-lik sahənin verilməsi nəzərdə tutulur. Həmkarlar komitəsinin qərarı ilə anam Musayeva Roza Şamil qızına da (əvvəlki soyadı Nəsirova olub) Bakı-Şamaxı yolunun 15-ci km-də, yəni Xırdalan Südçülük Sovxozunun “ATYALI” ərazisində yerləşən Bakı Mebel Hissələri Kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən 30-cu sahədə 0,05ha torpaq sahəsi verilir. Belə bir qərarından sonra, anama verilmiş torpaq sahəsini valideyinlərim daş hasara alırlar və içərisində ev də tikirlər. Həyətyanı sahədə isə, bağçılıqla bərabər, bostançılıqla da məşğul olurlar. Onlar 2010-cu ilə qədər qeyd olunan ərazidə yaşasalar da, çox keçmir ki, anamın səhhətində müəyyən problemlər əmələ gəlir. Belə bir səbəb üzündən də o, atamla birlikdə rayonun Perəküşkül kəndində bir müddət müvəqqəti yaşamalı olur. Bir neçə ildən sonra isə bəlli olur ki, Bakı Mebel Hissələri Kombinatı həmkarlar komitəsinin qərarı ilə anam Musayeva Roza Şamil qızına verilmiş torpaq sahəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunub. Bu azmış kimi, torpaq sahəsindəki daş hasarın üstünə “satılır” deyə elan da asılır. Elə ki, ərazini zəbt etmiş şəxslərlə problemimiz əmələ gəldi, o halda yaxın qonşularımız torpaq sahəsinin Hökməli bələdiyyəsi tərəfindən kənar şəxslərə satıldığını bildirdilər. Daha faciəli hal o oldu ki, anama verilmiş torpaq sahəsini zəbt edənlər, bizi zəbt etdikləri evimizə yaxın belə buraxmadılar. Belə olan halda aidiyyəti üzrə, o cümlədən Hökməli bələdiyyəsinin rəhbərliyinə müraciət etsək də, müraciətimiz elə müraciət olaraq qaldı. Bu gün də problemimiz həllini tapmayıb. Düzdür, üz-üzə qaldığımız belə bir problemin məhkəmə müstəvisində həllinə nail olmaq üçün, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdik.

Təəssüf hissi ilə qeyd edim ki, keçirilən proseslər zamanı problem mahiyyəti üzrə lazımınca araşdırılmadı, problemin varlığına cavabdehlik daşıyan bəzi dövlət qurumları, ələlxüsus Hökməli bələdiyyəsinin nümayəndəsi məhkəməyə gətirilmədi və 10 dekabr 2013-cü il tarixdə həqiqəti ifadə etməyən məhkəmə hökmü çıxarıldı. Sözsüz ki, biz belə bir ədalətsiz qərarla heç cür barışa bilməzdik və haqqımıza qovuşmaq üçün, müəyyən addımlarımızı atmağa məcbur idik. Belə olan halda Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 10 dekabr 2013-cü il tarixdə iş№ 2-1(85)-504/2013 saylı qərarından Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına, Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verdik. Düzdür, kassasiya şikayətimiz qəbul olundu, amma bu məhkəmədə də keçirilən proseslər zamanı çoxsaylı qanunsuzluqlara qol qoyuldu. Bakı Mebel Hissələri Kombinatı həmkarlar komitəsinin qərarı ilə anam Musayeva Roza Şamil qızına verilmiş 0,05 ha torpaq sahəsinə aid sənədləri əsas tutaraq, bu dəfə də belə bir iddia tələbimizi irəli sürdük ki, Hökməli bələdiyyəsinin nümayəndəsi məhkəmə gətirilsin. Əfsuslar olsun ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında keçirilən məhkəmə prosesləri zamanı da, tələbimiz bu dəfə də yerinə yetirilmədi. Etdiyimiz bütün cəhdlərimizə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 08 iyul 2014-cü il tarixdə iş№ 2-2(105)-93/2014 saylı qərarı ilə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 10 dekabr 2013-cü il tarixdə iş№ 2-1(85)-504/2013 qərarını qüvvədə saxladı. Belə bir qərarların çıxarılması, hələ ki, bizi çoxsaylı problemlərlə üz-üzə qoyub. Vəziyyətin belə bir həddə gəlib çıxması, artıq bizi digər məhkəmə instansiyalarına müraciət etmək zorunda qoyub. Baxmayaraq ki, bu gün qanuni haqqımızı əldə edə bilməmişik, amma ümidimizi də itirməmişik”.
Bəli, bu bir qaçqın ailəsinin yaşadığı anlar, üzləşdikləri problemlərin varlığıdır. Musayeva Tamella Gümüş qızının iddiasına görə, onlara belə bir problemin yaradılmasında əsas tərəflərdən biri də, məhz Hökməli bələdiyyəsinin rəhbərliyi olub. Yaşananlarla bağlı problemin ictimailəşdirilməsi inanırıq ki, adı çəkilən bələdiyyənin bugünkü rəhbərliyini “hərəkətə gətirəcək” və rəhbərlik problemin araşdırılması üçün müəyyən cəhdlər də edəcək.
Bu yöndə araşdırmamız davam edəcək.

Akif
gundemxeber.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Günay Musayeva yeni sevgilisi ilə (FOTO)

    Günay Musayeva yeni sevgilisi ilə (FOTO) ...

    3-03-2015, 14:55

  • 
  • Zərərçəkmiş  xanım nümayəndəsini niyə “topa tutur?”

    Zərərçəkmiş xanım nümayəndəsini niyə “topa tutur?” ...

    25-10-2017, 18:14

  • 
  • "Bütün qadınlar ölümə layiqdir" – Xalası qızını bıçaqlayan oğlan

    "Bütün qadınlar ölümə layiqdir" – ...

    22-01-2015, 21:14

  • 
  • “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də aldatdı...”

    “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də ...

    25-12-2013, 16:06

  • 
  • Bakıda gənc qız itkin düşüb (VİDEO)

    Bakıda gənc qız itkin düşüb (VİDEO) ...

    15-06-2015, 21:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu