GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 20 saylı məktəb-liseydə direktor dəyişikliyinin sirli pərdəarxası

20 saylı məktəb-liseydə direktor dəyişikliyinin sirli pərdəarxası

Tarix: 4-12-2017, 12:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 186
20 saylı məktəb-liseydə direktor dəyişikliyinin sirli pərdəarxası


Təhsil Nazirliyinin unutduğu keçmiş - yoxsa məhv etdiyi gələcək ?

Səadət Veyisovanı “əvəzedilməz kadr” edən səbəblər


Azərbaycan təhsil sistemi hər zaman cəmiyyətin əsas müzakirə predmeti olaraq qalır. Çünki, bu sahədə uzun illər kök salmış problemlər təhsilin inkiçşafına mane olur, rüşvətin və korrupsiyanın şaxələnməsinə səbəb olur.
Bütün dövlətlərdə sosial-iqtisadi sahədə inkişafın arxasında ilk növbədə insan kapitalı durur. İnsan kapitalının yetişdirilməsi isə təhsilin üzərində dayanır. Təbiidir ki, korrupsiyanın və rüşvətin hökm etdiyi bir şəraitdə keyfiyyətli insan kapitalından söhbət gedə bilməz.

Təhsil sistemində təhsillə bağlılığı olmayan kadrlar

Təhsil sahəsində uzun illərdir ki, davamlı islahat proqramları haqqında məlumatlar verilir və islahatların aparılması görüntüsü yaradılır. Lakin, fakt odur ki, hələ də ciddi nəticələr əldə olunmayıb. Çünki, istənilən islahat proqramının həyata keçirilməsində əsas rolu insan faktoru- kadr seçimi həll edir.
Dünyanın bütün ölkələrində aparılan islahatların əsas faktoru kadr seçimidir. Ən ideal islahat modelləri ilə səriştəsiz kadrlarla gedib hansısa nəticə əldə etmək mümkün deyil. Amma orta səviyyəli hansısa bir islahat modeli daha güclü və səriştəli kadrlarla müəyyən mərhələyə qədər aparmaq olar. Bu gün hər bir sadə Azərbaycan vətəndaşı çox gözəl bilir ki, hazırda təhsil sistemində təhsillə heç bir bağlılığı olmayan kifayət qədər kadr vardır və onlar əksər hallarda şəxsi marağı milli mənafeydən daha üstün tuturlar. Bu da təhsil sistemində xaosu yaradan əsas səbəblərdəndir.

Səadət Veyisovanın təhsil sistemində “!silinməz izləri”

Bu günlərdə Bakının məşhur məktəblərindən biri olan 20 saylı məktəb-liseyə yeni direktor təyin olundu. İlk baxışdan qeyri-adi bir hadisə olmasa da təyinatı dərindən araşdıranda maraqlı məqamlar üzə çıxır. Belə ki, 20 saylı məktəb-liseyə direktor təyin olunan Səadət Veyisovanın təhsil sistemində “silinməz izlər”ini xatırladıqca yeni təyinatın bu qədim məktəb-liseyə nələrə başa gələcəyini indidən proqnozlaşdırmaq olar.

Şamaxı təhsilinin “səadətli günləri”

Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Amma, yuxarıda qeyd etdiyimiz kimi bütün karyera yüksəlişləri dönəmində özündən sonra “silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar. Onun rəhbərliyi Şamaxı təhsilinə “səadətli günlər” yaşatmasa da vurduğu zərbələrin yaraları hələ də sağalmır.
Şamaxı RTŞ-nin müdiri vəzifəsində çalışdığı zaman Səadət Veyisovanın hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyması, onun rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinə zərərli müdaxiləsi adi hal almışdı. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ müdirinin o vaxtlar tətbiq etməyə çalışdığı “yenilik və təkmilləşdirmələr”i isə rayonun pedaqoji ictimaiyyəti hələ də unutmayıb,
Digər tərəfdən isə S.Veysovanın fəaliyyəti həm də müxtəlif qanun pozuntuları ilə müşayiət olunub. Xüsusilə S. Veyisovanın RTŞ müdiri olduğu dönəmdə orta məktəblərə müəllimlərin işə qəbulu zamanı yol verdiyi qanun pozuntularının fəsadlarını hələ də tam aradan qaldırmaq mümkün olmayıb. RTŞ müdiri olduğu zamanlar S. Veyisova qeyri-qanuni yolla, imtahandan keçməyən müəllimləri işə qəbul edirək bu kadrlara digər həmkarları ilə müqayisədə müəyyən imtiyazlar da verirmiş. Belə ki, Səadət xanımın “öz kadrlarını” işlə təmin etmək məqsədilə attestasiyadan keçməyən müəllimlərdən o zaman “qarşılıqlı maraqlar” əsasında digər müəllimlərin dərs saatlarından kəsib onlara verməsini Şamaxıda hələ də unutmayıblar.Ümumiyyətlə S. Veyisovanın RTŞ-nə rəhbərlik etdiyi dönəmdə müəllimlərin qanunsuz işə qəbulu ilə bağlı belə faktların sayı yüzlərlədir. Şamaxı 5 saylı məktəbdə, digər təhsil ocaqlarında onun xeyli belə “kadr”larının olduğu məlumdur. Bunun fəsadlarını isə hələ də aradan qaldırmaq mümkün deyil.

“60 minlik qalmaqal”

S. Veyisovanın RTŞ müdiri olduğu zaman baş verən maliyyə pozuntuları Hesablama Palatası tərəfindən üzə çıxarılmışdı. O vaxt aşkarlanan “60 minlik qalmaqal” barədə faktlar isə rayonda indi də dillər əzbəridir. Baş verən korrupsiyanın izlərini isə S. Veyisova Şamaxı Şahmat Məktəbində “itirməyi” bacardı. Belə ki, RTŞ müdiri Şahmat Məktəbinə 50 manatlıq avadanlıqları 500 manata imzalatdıraraq 60 mini yoxa çıxarda bilmişdi.
Səadət Veyisovanın RTŞ müdiri olarkən Bakıda yerləşən və fəaliyyət göstərən Avropa Litseyində dərs dediyi üçün həftənin 3 gününü Bakıda keçirməsi haqqında da zamanında çox yazılmışdı.
RTŞ müdiri olarkən yol verdiyi qanunsuzluqlar və korrupsiya faktları səbəbindən işdən azad olunan S. Veyisovanın gedişi də bir xeyli səs-küylü olmuşdu.Aparılan ciddi yoxlamalar nəticəsində Səadət Veyisova aşkarlanan faktlardan sonra vəziyyətdən çıxmaq və öz postunu qorumaq üçün aylarla bülletenə çıxaraq “xəstəxanalıq olmuşdu”. Lakin, heç bir “xəstəlik” onun Şamaxı rayon təhsilinə vurduğu zərbələrdən güclü ola bilməzdi və “bülletenlərin” sonunda S. Veyisova vəzifədən uzaqlaşdırıldı. Bütün bu faktlara baxmayaraq Təhsil Nazirliyi belə bir “kadr”ı itirməmək üçün ona nazirlikdə məsul bir vəzifə verdilər. Bu günlərdə isə Bakının qədim və xüsusi ənənələrə malik olan 20 saylı məktəb-liseyinə direktor təyin olunub. Aldığımız məlumata əsasən, onun bizim də hörmət bəslədiyimiz bir ali şəxslə yaxınlıq əlaqələrinə güvənərək, onun kölgəsində gizlənərək imza atdığı qanunsuzluqların sayı yüzlərlədir. Belə bir “kadr”ı yenidən böyük bir təhsil ocağında rəhbər vəzifəyə gətirmək hansı məntiqə sığışır? Aldığımız məlumatlara əsasən, S. Veyisova 20 saylı məktəb-liseydə özünəməxsus islahatlara start verəcəyini bildirib. Artıq öz komandasını formalaşdırmağa hazırlaşan yeni direktorun tezliklə hansı yeniliklərə imza atacağı qənaətinə isə yəqin ki, bu yazını oxuyandan sonra özünüz gələcəksiniz. Amma, Təhsil Nazirliyi S. Veyisovaya qarşı yaman “unutqanlıq” edir, onun keçmiş “xidmətlərini” xatırlamır. Yəqin ki, tezliklə həmin faktları yeni çalarlarla S. Veyisova 20 saylı məktəb-liseydə özü nazirliyin yadına salacaq.
Araşdırımamız davam edəcək.

Akif
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    26-02-2014, 10:58

  • 
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    3-03-2014, 17:19

  • 
  • Təhsilimizdəki problemlərin kökündə nələr dayanır?

    Təhsilimizdəki problemlərin kökündə nələr dayanır? ...

    9-03-2014, 14:55

  • 
  • "Azərbaycanda universitetlər yeni formada idarə olunacaq" - Mikayıl Cabbarov

    "Azərbaycanda universitetlər yeni formada ...

    14-06-2017, 11:31

  • 
  • Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

    Azərbaycanın ali təhsil sistemində radikal ...

    17-05-2013, 16:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu