GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... –Araşdırma (II hissə)

Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... –Araşdırma (II hissə)

Tarix: 4-02-2020, 16:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 464
Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... –Araşdırma (II hissə)


Gözlədiklərimiz və gözləmədiklərimiz baş verir. İlk məqaləmizdən sonra Qafar Əliyevin və onun “qızğın” tərəfdarlarının narahatlıq keçirəcəklərini gözləyirdik. Amma narahatlıqlarını açıq formada birüzə verəcəklərini, hətta bir az da uzağa gedərək bizə qarşı təhdid, təhqir və şantaja əl atacaqlarını gözləmirdik.



Gundemxeber.Az stimulxeber.az-a istinadla bildirir ki, müxtəlif mənbələrdən sifarişlərin göndərilməsi, redaksiyamıza açılan telefon zəngləri və baş verənlərlə bağlı məsləhətləşmələrin aparılması daxil olan məlumatlar sırasındadır. Bir daha əmin olduq ki, ölkədə həyata keçirilən inqilabi islahatlar, mövcud ictimai-siyasi şərait “feodal təfəkkürlü” insanları qəflət yuxusundan oyatmayıb. Beləliklə...

Azad Azərbaycan radiosunun və qəzetinin redaksiyasında əməkdaşlara maaş verilməsi prosesi, üzərində möhürü və digər rekvizitləri olmayan adi kağız parçası vasitəsilə həyata keçirilirdi. Əməkdaşlar sadəcə həmin kağız parçasına imza atmaqla işlərini bitmiş hesab edirdilər. Daha sonralar anlamağa başladıq ki, bu boyda radioda və qəzetdə qanunsuz olaraq fəaliyyət göstəririk. Yəni, əməkdaşların sosial müdafiə hüquqları, vergi ödəmələri barədə heç bir qeydiyyat aparılmırdı. Deməli, onlarla əməkdaşa gündəlik tələbatlarını belə ödəməyəcək qədər vəsaitlər verilirdi ki, jurnalistlər haqlı olaraq narazılıqlarını ifadə edirdilər. Təsəvvür edin ki, 2000-ci illərdə bəşəriyyət qloballaşmağa doğru gedir, beynəlxalq tələblərə uyğun media sisteminin yaradılması zərurəti ortaya çıxır, ölkəmizə Qarabağ boyda probleminin mövcudluğu və haqq səsimizin dünyaya çatdırılması istiqamətində yeni yanaşmaların tələb olunduğu bir zamanda, iqtidarı təmsil edən media qurumu Sovet dövründən qalma, köhnəlmiş və heç nəyə yaramayan primitiv siyasətlə idarə olunurdu. Beləliklə, bir müddətdən sonra Azad Azərbaycan radiosu fəaliyyətini dayandırdı. Bu o demək idi ki, orada çalışan əməkdaşlar iş yerlərini itirmək təhlükəsilə üzləşdilər. Yuxarıdan ayrılan pul vəsaitlərinin, aşağılarda çalışan sıravi əməkdaşlara qəpik-quruş şəklində çatdırılması bir çoxlarının illərdir fəaliyyət göstərdikləri iş yerlərini tərk etmələrilə nəticələndi. Təcrübəli, savadlı, perspektivli və ən əsası əqidələri saf olan bir çox jurnalistlər başqa qəzetlərdə və televiziyalarda iş yerləri taparaq, Azad Azərbaycan qəzetindən uzaqlaşdılar. Adıçəkilən qəzetin ictimai rəydə nüfuzunun aşağı olması, qəzetə rəhbərlik edən şəxslər barədə cəmiyyətdə mövcud olan mənfi imic artıq öz sözünü deməkdə idi. Azad Azərbaycan radiosundan gələn gəlirlərin kəsilməsi, eyni adlı qəzetdə pul və nüfuz uğrunda mübarizəni daha da kəskinləşdirirdi. Dövlətin ideoloji təbliğatından başqa, bu qəzetdə demək olar ki, hər şeylə məşğul olurdular. Təki pul olsun... Ötən məqaləmizdə qeyd etdiyimiz abunə kampaniyası adı altında “pul toplanılması” siyasəti özünün yeni mərhələsinə qədəm qoyurdu. Əslində, hər bir media orqanının abunə və reklamdan gəlir əldə etməsi normal və qanunidir. “Azad Azərbaycan”da isə ...

Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... –Araşdırma (II hissə)


İllik bir nüsxə üçün 100 manat dəyərində abunənin neçə faizi əməkdaşa çatırdı , ümumiyyətlə abunə olunan qəzetlər ünvana yetişirdimi?... Abunə edən şəxslər özlərinə çatacaq vəsaiti niyə ala bilmirdilər?...

Qafar Əliyev qəzetin rəhbəri kimi hər əməkdaşın qarşısına il ərzində yüzə yaxın abunə etdirmək kimi absurd bir tələb qoyurdu. Bu da on min manata yaxın vəsait demək idi. Hər iclasda ölkədəki ictimai-siyasi vəziyyəti analiz edib, şəraitə uyğun yazıların ictimaiyyətə təqdim olunması əvəzinə abunə işinin təşkili aparıcı mövzuya çevrilirdi. Qəzet mətbu orqan kimi öz imicini tamamilə itirmişdi. Savadlı jurnalistlərin baş verənlərə etiraz əlaməti olaraq, redaksiyanı tərk etməsi anormal bir vəziyyət yaratmışdı. Əsasən, pul vəsaitlərinin hesaba köçürülməsi zamanı ciddi narazılıqlar baş qaldırırdı. Idarə, müəssisə və təşkilatların qapılarlnda boyun bükərək abunə elətdirən əməkdaşlar özlərinə çatacaq 40 faiz pulu almaq üçün aylarla Qafar Əliyevin çalışdığı Prezident Administrasiyasının qarşısındakı parkda onu gözləməli olurdular. Hər dəfə müxtəlif bəhanələrlə əməkdaşları yola verir, onların son ümidlərini puç edirdilər. Bütün bunlar azmış kimi abunə olunmuş qəzetlər ünvanlarına çatmadığı üçün ciddi narazılıqlar yaranırdı. Əməkdaşlar idarə, müəssisə və təşkilatlarda nüfuzdan düşür, onlara “dələduzlar” kimi baxırdılar. Məlumat üçün bidirək ki, bu günə qədər həmin qəzetə köçürdükləri vəsaitlərdən özlərinə çatacaq pulu ala bilməyən əməkdaşlar var və Qafar Əliyevin mərhəmət hissinin haçan oyanacağını səbirsizliklə gözləyirlər. Məntiqi sual meydana çıxır - əgər əməkdaş abunə edibsə və həmin vəsait qəzetin hesabına köçürülübsə, nəyə görə əməkdaşın haqqı ödənilmir və qəzetlər ünvanlara çatmır? Baş verənlər maliyyə maxinasiyalarından xəbər vermirmi? Növbəti yazılarımızda haqqı mənimsənilən bir neçə əməkdaşın mövqeyi ilə ətraflı tanış olacağıq.

İctimai-siyasi şöbənin üzərindən ictimaiyyətə vurulan siyasi zərbələrin ideoloji fəsadları...

Bütün bunlar mövcud hakimiyyətin ideoloji ruporlarından biri olan iqtidaryönlü mətbuat orqanında baş verirdi. Zaman-zaman hiss edirdik ki, maddi maraqlar və vəzifə hərisliyi dövlət və milli mənafeləri üstələməklə onları ayaqlar altına atır. Həm də, baş verənlər hakimiyyətin yuxarı eşalonları tərəfindən idarə olunaraq, qarşısıalınmaz prosesə çevrilirdi. Proseslər elə ustalıqla idarə olunurdu ki, ən ülvi hisslərlə və sədaqətlə hakimiyyətə xidmət göstərməyə hazır olan insanlar qısa müddət ərzində pərişan olmaqla bərabər, mövcud hakimiyyətə qarşı olan inamlarını zaman-zaman itirməyə başlayırdılar. Əgər prezidentin yaxın ətrafında olan şəxslər insanları incidərək, onları dövlətdən narazı salırlarsa, göz görə-görə, qulaq eşidə-eşidə ədalətsiz və qanunsuz əməllərə yol verirlərsə, bu, cəmiyyət tərəfindən ikrahla və nifrətlə qarşılanmalı idi. Böyük ümidlərlə və inamla Ulu Öndərin ideyalarına sadiq olan insanlar baş verənləri seyr etməklə dərin məyusluq hissi keçirirdilər. Hakimiyyətin ictimai-siyasi sferasına cavabdeh olan şəxslər yavaş-yavaş tutduqları vəzifəyə biznes obyekti kimi baxmaqla oliqarxlara çevrilirdilər. Pul və nüfuz uğrunda ölüm-dirim mübarizəsinə başlayanlar insanları narazı salaraq hakimiyyətə qarşı qaldırdıqlarını nəinki görmürdülər, hətta onları ələ salırdılar. Sadə insanlara yuxarıdan aşağı baxmaqla ləyaqətlərini alçaldır, şikayətlərini qulaqardına vurur, haqqın tərəfində olmaq əvəzinə nahaqqın müdafiəsinə qoşulur, vəzifə və pul əldə etmək üçün əxlaqi, mənəvi və mental dəyərləri tapdalamaqdan çəkinmirdilər. Bu, açıq-aşkar Şərin Xeyr üzərində "qələbəsi" idi.İnsanlar yavaş-yavaş mövcud hakimiyyətdən soyuyur, dövlətdən narazı salınırdılar. Məmur özbaşınalıqları, rüşvət və korrupsiya, vətəndaşların haqq səslərinə biganə münasibət, bu azmış kimi insanlara göz dağı verərək haram yolla topladıqları pullar hesabına dəbdəbəli həyat tərzi keçirmələri ölkədəki ictimai-siyasi şəraiti gərginləşdirməyə yönələn siyasət idi. Prezidentin etimad göstərərək vəzifələrə təyin etdiyi insanlar sanki, Onu nüfuzdan salmaq üçün yarışa girişmişdilər. Bütün baş verənləri ürək ağrısı ilə seyr etməkdən başqa çarəmiz qalmamışdı. Cəmiyyəti narahat edən problemləri araşdırıb, tənqidi və yaxud analitik məqalə hazırlamaq müşkülə çevrilmişdi. Palaz-palaz, reallığı əks etdirməyən mənasız yazılar, yaltaqlığı və simasızlığı təbliğ edən məqalələr nəinki ictimaiyyət tərəfindən qəbul olunmur, hətta ikrah hissi oyadırdı. Bu, Prezident Administrasiyasında əyləşən Əli Həsənovun və ətrafının ölkədə yaratdığı dözülməz vəziyyətin acı mənzərəsi idi...
Məqalədə adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...



Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... – Araşdırma (I hissə)

    Tarixin qara ləkəsi, qara ləkənin tarixi – ...

    29-01-2020, 14:24

  • 
  • XXI əsrdə feodal idarəetmə

    XXI əsrdə feodal idarəetmə ...

    8-04-2013, 10:22

  • 
  • Ziya Məmmədovun adı “qara siyahı”da

    Ziya Məmmədovun adı “qara siyahı”da ...

    17-12-2012, 23:37

  • 
  • Mehman Əliyev:“Prezident seçkisindən sonra aktiv islahatlar həyata keçiriləcək”

    Mehman Əliyev:“Prezident seçkisindən sonra aktiv ...

    7-04-2018, 12:52

  • 
  • Azərbaycanda 10 milyon olduq - Prezident İlham Əliyev təbrik etdi

    Azərbaycanda 10 milyon olduq - Prezident İlham ...

    6-04-2019, 12:15


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu