GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputatın obyekti sakinləri narahat edir - GİLEY

Deputatın obyekti sakinləri narahat edir - GİLEY

Tarix: 12-07-2022, 15:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 452

“Boğuluruq, gecələri yata bilmirik. Üfunət, qoxu həyatımıza qənim kəsilib. Fermalar axırımıza çıxır. Ekologiya bərbad vəziyyətə düşüb, çirkab, zibil çaya axıdılır. Çay da iylənib. Belə davam etsə, yaxın kəndlərdə sağlam insan qalmayacaq. Bu kəndlərdə insanlar sürətlə müxtəlif xəstəliklər tapır. Yaşamaq mümkünsüzdür artıq buralarda…”

Gundemxeber.az bildirir ki, Lənkəranın Şovu və Təngivan kəndlərinin sakinləri Meydan TV-yə çayın o üzündəki iri quşçuluq təsərrüfatının ekologiyaya və insanlara vurduğu zərərdən danışırlar. Çayın o üzü Lerikin Piran kəndidir. Həmin kənddəki quşçuluq fermaları həm piranlıları, həm qonşu kəndlərdəki sakinləri, həm də çayın o tərəfindəki kəndlərin sakinlərini narahat edir. Təngivan sakinləri iddia edirlər ki, fermalar deputat İqbal Məmmədovundur, ailəsi idarə edir.

Əvvəl dedilər, şirə sexi tikirik, açılanda gördük fermadır

Təngivan sakini Rasim Əliyev deyir, fermaların tullantılarının çaya axıdılması, leş qoxusu, ekoloji çirkablıq sakinlərin sağlamlığına zərər vurur:
“Əvvəlcə kəndin ortasında, dağların təmiz bulaqlarından toplanıb şır-şır axan çayın yanında yekə bir toyuq ferması tikdi. Əhalinin etirazı, narazılığı nəzərə alınmadı. Çoxu da qul əməyinə cəlb olundu, günəmuzd işlədi o fermaların tikintisində, əli pula nadir hallarda dəyən kəndlilər günəmuzd qazanclarına görə başlarını aşağı salıb işlədilər, etiraz etmədilər. İndi o fermaların cəzasını bir neçə kənd çəkir. Toyuq-cücəni kəsib qanını çaya axıdırlar. Fermanın qoxusu evlərimizin içindədir, boğuluruq, gecələri yata bilmirik. Əsasən də yay aylarında vəziyyətimizdən danışılası deyil”.

Yüzlərlə toyuq cəsədi, içalatlar kəndin ortasında yandırılır

Sakin deyir, ölmüş toyqların cəsədləri, kəsilmiş toyuqların içalatları gecələr Piran kəndindəki üstüaçıq “bunker”ə yığılaraq yandırılır. Tüstü və qoxu kəndə və qonşu kəndlərə yayılır. Bu da insanların yuxusuna haram qatır:
“Səhhətimizə təsir göstərir, ciyərlərimizi sıradan çıxarır. Böyüklü-kiçikli, hamı həkim qapılarında qalıb. Prezidentə, müvafiq nazirliklərə müraciət etmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlirlər, guya tədbir görürlər, bir müddət fasilə verilir, sonra yenə də ferma öz işindədir”.

Şovu sakini İradə Məmmədova:

“Adamları aldatdılar ki, burda şirə sexləri tikilir, fəaliyyətə başlayanda gördük ki, quşçuluq fermalarıdır. Torpaqlarımızda ferma tikib, bu, azmış kimi, nəfəsimizi də kəsir”.
Sakinlər deyir, fermalardakı toyuq kəsimi nəticəsində qanlı su onların təsərrüfatlarına və Bəşəru çayına axıdılır. Bütün bunlar baş verməmişdən əvvəl kəndlilər bu çayın suyundan həm təsərrüfatda, həm də məişətdə istifadə edirlərmiş. İndi isə “qan çanağına” dönən çayın suyu ekoloji cəhətdən heç bir işə yaramır.
“Kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olur”.

Rəsmi qurum: “Ora güclü nəzarət var”

Sakinlərin sözlərinə görə, ərazidə 20-dən çox ferma var, hər birinin uzunluğu 100 metrdir, hər birində minlərlə toyuq-cücə saxlanılır.
Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, “Lerik Broyler” quşçuluq təsərrüfatı deputata yox, bir iş adamına məxsusdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti, Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Xidməti və daha bir neçə müvafiq qurum fermalara nəzarət edir. Fermaların fəaliyyəti insaların sağlamlığı və ətraf mühit üçün heç bir problem yaratmır:
“Fermada ətraf kəndlərdə yaşayanlar işləyir, maaş alır. O fermalar işsiz kəndlilər üçün iş yerləridir. Ancaq yenə də müvafiq qurumlara bildirərik, fermaların ətraf mühitə zərər vurması ilə bağlı şikayətlər araşdırılar”.
1 il əvvəl Lerikin Piran kəndində ərazisindəki “Lerik Broyler” MMC-də insan ölümü ilə nəticələnən partlayış baş vermişdi. Həmin vaxt deputat İqbal Məmmədov da hadisə yerinə getmişdi. Baş vermiş partlayışla bağlı sualları isə onun köməkçisi Rəsul Nəbiyev cavablandırmışdı. O da müəssisənin deputata məxsus olmadığını demişdi.
Bir müddət əvvəl elə Piran kəndinin öz sakinləri də fermaların fəaliyyətindən narazılıq etmişdilər. İndi isə bildirirlər ki, bu, azmış kimi, hazırda kənddəki məktəbin yanında iri daş karxanası tikilir.
“Bir sözlə, bir azdan fermanın çirkabıyla toz birləşib kəndlilərə toy tutacaq”, – deyə sakinlər gileylənir.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - GİLEY

    Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - GİLEY ...

    20-04-2022, 14:28

  • 
  • Xaçınçayla gələn ölüm

    Xaçınçayla gələn ölüm ...

    14-06-2016, 19:53

  • 
  • Deputatın broyler fabrikində dəhşətli partlayış: Ölən və yaralananların adları bilindi - YENİLƏNİB 2

    Deputatın broyler fabrikində dəhşətli partlayış: ...

    27-07-2017, 14:05

  • 
  • "Belə getsə, bu kəndlərdə adam qalmayacaq" - GİLEY

    "Belə getsə, bu kəndlərdə adam ...

    25-07-2019, 14:31

  • 
  • “İcra hakimiyyəti orqanları, bələdiyyələr hara baxırlar?!” - Şabranda RƏZALƏT

    “İcra hakimiyyəti orqanları, bələdiyyələr hara ...

    7-07-2020, 17:35


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu