GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mövzu başlığını düzgün yaza bilməyən saytlar Əhmədin yanında bənd alırlar - TƏFƏRRÜAT

Mövzu başlığını düzgün yaza bilməyən saytlar Əhmədin yanında bənd alırlar - TƏFƏRRÜAT

Tarix: 8-07-2023, 13:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 930

  Hörmətli oxucular! Təqribən ayyarım bundan öncə redaksiyamıza Cəlilabad rayonu, Qarağac kənd sakinlərindən bir neçə nəfərinin şikayət ərizəsi daxil olmuşdu. Daxil olan şikayət ərizəsində sakinlər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlini qeyri-qanuni əməllərə qol qoymaqda ittiham edirdilər. Yəni, onlar iddia edirdilər ki, Mədət Nəzərli Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini və sakinlərin istifadəsində olan örüş sahəsini kənar şəxslərə satıb. Örüş sahələrinin müəyyən hissəsi Mədət Nəzərlinin “xeyr-duası” əsasında Qarağac kənd sakini Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən zəbt olunub. Hətta, Pərviz Ağacanov Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsini metal torla da çəpərləyib. Şikayətçi şəxslərin daha bir iddiası ondan ibarət idi ki, Mədət Nəzərli Qarağac kəndi ərazisində təqribən 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və o, həmin ərazidə özü üçün üzüm bağları və taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Düzdür, sakinlərin ünvanladıqları şikayət ərizəsinin varlığını əsas tutaraq 05 may 2023-cü ildə gundemxeber.com saytında “Cəlilabadda icra nümayəndəsinin hökmü qanundan keçərlidir- NARAZILIQ” başlıqlı məqalə yayımladıq. Məqalə yayımlandıqdan bir neçə gün sonra isə, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi redaksiyamızla əlaqə saxladı və o, iddia olunan problemlərlə bağlı yerində jurnalist araşdırmaları aparmağımızı məsləhət bildi. Bəli, əslində bu belə də oldu. Yəni, redaksiyamızın iki nəfər əməkdaşı Cəlilabad rayonuna ezam olundular və onlar iddia olunan problemlərlə bağlı yerində jurnalist araşdırmaları apararkən bəlli oldu ki, qeyd olunan faktların heç biri həqiqəti ifadə etmir. Yəni, aparılan araşdırmalar zamanı bəlli oldu ki, Pərviz Ağacanov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və ona 1997-ci ildə həyata keçirilən torpaq islahatı zamanı komissiyanın qərarı ilə 0,36 ha həyətyanı torpaq sahəsi verilib və hazırda həmin sahə bu şəxsin şəxsi istifadəsindədir. Sadəcə olaraq kadast idarəsinin əməkdaşları 0,36 ha həyətyanı torpaq sahəsini qərbdən vurduqları üçün, həmin sahə rəsmi sənəddə örüş sahəsi olaraq qeyd olunub. Yəni, kadast idarəsi əməkdaşlarının günahı ucbatından həmin sahə bu gün xəritədə örüş sahəsi kimi göstərilir. Sual oluna bilər ki, bu məsələdə Pərviz Ağacanov hansı günahın sahibidir? Əslində, kadastr idarəsi əməkdaşları etdikləri səhvi qaydaya salmalı və həmin sahə xəritədə həyətyanı torpaq sahəsi kimi  göstərilməlidir.


  Şikayətçilərin digər iddialarında qeyd olunurdu ki, Pərviz Ağacanov sakinlərə məxsus örüş sahəsində tövlə inşa etdirmiş və orada özləri üçün mal-qara təsərrüfatı da yaratmışlar. Aparılan araşdırmalar zamanı isə bəlli oldu ki, şikayətçi şəxslərin iddia etdikləri mübahisəli torpaq sahəsində bu şəxsin ailə üzvlərinə məxsus fərdi yaşayış evi var və evin həyətində mal  tövləsi yerləşir. Onu da bildirək ki, Pərviz Ağacanovun oğlu Elnur Ağacanov Vətən müharibəsi başlayarkən o, RF-dan ölkəmizə qayıdır və könüllü olaraq hərbi xidmətə yola düşür. Bu şəxs müharibə dövründə həyata keçirilən döyüş əməliyyatlarında yaxından iştirak edir və 2021-ci ilin yanvar ayında ordu sıralardında təxris olunur. Az sonra o, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Kəlbəcərin azad olunmasına görə” və “Vətən Müharibəsi”  medalı ilə təltif olunur.  Şikayətçi şəxslər daha bir iddialarında bildirirdilər ki, Mədət Nəzərli kənd ərazisində təqribən 10-15 ha torpaq sahəsini zəbt etmiş və o, orada özü üçün üzüm bağları, taxıl sahəsi yaratmışdır. Qeyd olunan əraziyə baxış keçirilən zaman isə bəlli oldu ki, həmin sahədə Mədət Nəzərlinin ailə üzvlərinə məxsus fərdi yaşayış evi yerləşir və evin yerləşdiyi sahənin ətrafında isə, cəmi 1,50 ha sahəni əhatə edən üzüm bağı var. Bütün bunlara baxmayaraq, son günlər bəzi media qurumları  iddia olunanlarla bağlı lazımi araşdırmalar aparmadan məsələni bir daha gündəmə gətirir və yayımladıqları paylaşımlarında RİH başçısı cənab Rafiq Cəlilovun şəkilini yerləşdirməklə hansısa məqsədlərinə nail olmaq istəyirlər. O halda sual oluna bilər ki, kadast idarəsi əməkdaşlarının etdikləri səhvin rayon rəhbərliyinə nə aidiyyatı var? Axı, həmin qurumun əməkdaşları etdikləri səhvin yaxın vaxtlarda qaydaya salacaqlarını bildiriblər. Belə olan halda RİH başçısının adını hallandırmağın, yaxud da yayımlanan mövzuya rayon rəhbərliyinin şəklini yerləşdirməyin nə mənası var?

  Bütün bunlardan əlavə, onu da dərk etmək lazımdır ki, qanunvericiliyin tələbinə görə örüş-otlaq sahələri bələdiyyələrin mülkiyyəti hesab olunur və ərazi nümayəndəliklərinin həmin torpaq sahələrini satmağa, yaxud da icarəyə verməyə ixtiyarları yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsindən əldə olunan məlumata əsasən, yaxın vaxtlarda Qarağac kəndində elektron uçot işləri həyata keçiriləcək. Yəqin ki, həmin işlər yekunlaşdıqdan sonra mövcud torpaq mübahisəsi öz həllini tapacaq. Bu gün də bəzi saytlar tərəfindən ortaya əsassız iddialar irəli sürülür və adicə yayımladığı paylaşımın başlıq hissəsini düzgün yazmağı bacarmayan və digər media qurumları isə, bu yöndə əsası olmayan yazıları yaymaqla məşğul olurlar.


 Əslində bu cür yanaşmalar qərəzçilikdən başqa bir şey deyil. Məsələn, təqribən beş-altı gün bundan öncə adının çəkilməsini istəmədiyimiz bir media qurumunun tiktok profilində “Celilabada kenderinde örüş sahəsi satılır talayib saxta senetne” başlıqlı paylaşım yayılıb və həmin paylaşımın başlıq hissəsinə diqqət yetirdikdə, məhz yazı qabiliyyəti olan hər kəsə hər şey güntəki aydın olur. Unutmaq olmaz ki, həmin media qurumu iddia olunanlarla bağlı mövzunu gündəmə çıxararkən, heç də hansısa fantaziyasını yaratmır. Yalnız yaratdığı “fantaziya” o olur ki, vaxtilə gündemxeber.az saytının ərsəyə gətirdiyi mövzunun müəyyən hissələrinə “əl gəzdirir” və bununla da hansısa niyyətini “çin etməyə” çalışır. Adının çəkilməsini istəmədiyimiz sayt tiktok proflindəki rəyində qeyd edib ki, “Bütün kenderdə bu baş verir tek bir iki deyir day sosial şebekelerde ancaq orş saheleri satılır gahda qazılır kərpic zavoda gedir”, “bel videoları paylaşmaq celilabada öz başinaliqdi baş alıb gedir örüş sahəsi satılır talayib belələri saxta sen hazrayir onların ucbatin kənd sakinləri”. Bəli, yayılan paylaşımın başlıq hissəsinin və yazılan rəylərin necə yazılması, bu gün istənilən oxucunu düşünməyə sövq edir. Çünki, əldə etdiyimiz məlumatlara görə həmin media qurumu da Əhməd İsmayılovun rəhbərlik etdiyi  Medianın İnkişafı Agentliyinin  (MİA-nin) reyestrindən keçən və xalqımıza “sırınan” media qurumlarındandır. Diqqət yetirək ki, möhtərəm Prezidentimiz Azərbaycan mətbuatının problemlərinə daim diqqət yetirir və bu məqsədlə büdcədən hər il xeyli vəsait də ayrılır. Ölkə rəhbərinin belə bir yanaşmasına baxmayaraq, sonuncu təyinatına qədər Azərbaycan mətbuatı ilə heç bir bağlılığı olmayan Əhməd İsmayılov, bu gün belə bir göstəriciləri özündə cəmləşdirən neçə-neçə media qurumlarını reyestrdən qeydiyyatdan keçirməklə və büdcə vəsaitlərini həmin media qurumlarına “paypüş” etməklə məşğul olur. Diqqət yetirmək lazımdır ki, vaxtilə Əli Həsənov da, Vüqar Əliyev də oxşar addımlarını atırdılar. Amma, zaman gəldi ki, zamanında “burcutmalar”a qol qoyanlar zamanın hökmü ilə də cəzalandırıldılar. Yəqin ki, yeni bir zaman da gələcək ....!

 Eheyyyy, Əhməd İsmayılov! İnan ki, yeni bir zaman da gələcək və Allah-Təala aylıq 50 min manat icarə haqqı verdiyin ofisini başına uçuracaq. Çünki sən büdcə pullarını, adicə paylaşım etdikləri mövzunun başlıq hissəsini, yaxud da yazdıqları rəyləri düzgün yazmağı bacarmayan saytlara “paypüş” edirsən. Bəli, bu da MİA-nın reyestrdən keçirdiyi, yaxud da maliyyə dəstəyi verdiyi saytların fəaliyyətlərini ortaya çıxarmağa imkan verir.

Mövzunu diqqətdə saxlayacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabadda icra nümayəndəsi qeyri-adi  hökm sahibidir- NARAZILIQ

    Cəlilabadda icra nümayəndəsi qeyri-adi hökm ...

    5-05-2023, 17:26

  • 
  • Araşdırmalarımız bir çox həqiqətləri üzə çıxartdı - FOTOLAR

    Araşdırmalarımız bir çox həqiqətləri üzə çıxartdı ...

    26-05-2023, 17:51

  • 
  • "Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb" - İDDİA

    "Örüş yerimiz rayon rəhbərliyi tərəfindən ...

    23-06-2020, 10:15

  • 
  • İcra başçısı kəndlilərin əkin sahəsini zəbt edib - PREZİDENTƏ ŞİKAYƏT

    İcra başçısı kəndlilərin əkin sahəsini zəbt edib ...

    10-11-2022, 12:46

  • 
  • Cəlilabadda başçının adamı meydan sulayır… – Şikayət

    Cəlilabadda başçının adamı meydan sulayır… – ...

    26-06-2020, 12:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu