GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Respublikanski"nin işçiləri HƏYƏCAN TƏBİLİ çalır - Prezidentə və Mehriban Əliyevaya FÖVQƏLADƏ müraciət var...

"Respublikanski"nin işçiləri HƏYƏCAN TƏBİLİ çalır - Prezidentə və Mehriban Əliyevaya FÖVQƏLADƏ müraciət var...

Tarix: 3-06-2024, 16:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 280

"Vüqar Qurbanov, Prezidenti, Vətənini, dövlətini və nəhayət vətəndaşını sevirsinizsə,  "Respublikanski"nin  köçürülməsində təyin olunan yerlə bağlı qərarınızda dəyişiklik edin. Milləti qürürunuzun qurbanı etməyin!".


Respublika Klinik Xəstəxanasının həkim və tibb işçiləri heyəti həyəcan təbili çalır. Onların bu fövqəladə çağırışına yüzlərlə vətəndaş da qoşulmaqdadır. Bu narahat doğuran vəziyyətə səbəb xəstəxananın Terapiya şöbəsinin təmirlə əlaqədar Bilgəh ərazisinə köçürülməsi qərarının verilməsidir. Mərkəzdən xeyli uzağa, üstəlik, Bilgəhin özündə ictimai nəqliyyatın olmadığı, avtobus dayanacağından 1 kilometr aralıda yerləşən müəssisəyə tibbi personalın köçürülməsi əmri ciddi narazılıq yaradıb. Artıq bununla bağlı Respublika Klinik Xəstəxanasında etirazlar eşidilməkdədir. Çünki xəstəxananın Cərrahiyyə və Travmatologiya şöbələrinin yerində saxlanması, Terapiya şöbəsinin isə Bilgəhə göndərilməsi açıq-aşkar ədalətsizlik, həm həkim və tibb işçilərinə, həm də minlərlə xəstəyə işgəncə vermək, zülm etməkdir. Halbuki Bakıda modul tipli xəstəxanalar var və müvəqqəti olaraq onlardan birində fəaliyyəti davam etdirmək mümkündür. Misal üçün onlardan biri Tbilisi prospektində yerləşir. Amma TƏBİB rəhbərliyi və Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov şöbəni uzaq Bilgəhə köçürməkdə israrlıdır. Onu da demək lazımdır ki, təmir işləri ən azından üç  il davam edəcək, istifadəyə verilməsi isə daha uzun müddət olacaq, nəticədə təxminən 4 il insanlar Bilgəhə gedib-gəlmək məcburiyyətindədirlər. Bu xoşagəlməz və özbaşına addımlarla əlaqədar tibbi heyət və onlara dəstək verən yüzlərlə vətəndaş təcili surətdə tədbir görülməsi, qərarda dəyişiklik edilməsi  üçün Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Şikayətçilər müraciətlərinin icrasına şəxsən Anar Ələkbərovun  nəzarət etməsini tələb edirlər. Müraciətdə deyilir ki, şəhərdə ayrı-ayrı yerlər olduğu halda, Bilgəhə köçmək qərarı açıq şəkildə insanları incitməkdir: "Cənab Prezident və hörmətli Mehriban xanım, Bilgəhdə yerləşən həmin müəssisə olduqca uzaq məsafədə yerləşir, eyni zamanda ora  birbaşa avtobus getmir, yəni hər gün 1 kilometr o başa, 1 kilometr bu başa piyada getməliyik ki, dayanacağa gəlib çıxaq. Axı bunun soyuq qışı, bürkülü, dəhşət istili yayı var. Yaxşı, biz həkim və tibb işçilərini bir kənara qoyduq, yüzlərlə xəstə bura necə gedib-gəlsin? Bunun yol xərci, soyuqda, istidə  1 kilometr piyada getməsi var. Xəstə insan üçün nə qədər dəhşətli bir əzab olduğunu çox yaxşı başa düşürük. Xəstəxana rəhbərliyi çox qəribədir ki, özünə yaxın adamları, direktor Elviz Qasımovla əlaqəli işçiləri 2-ci korpusdan 1-ci korpusa gətirir. 1-ci korpusu isə Bilgəhə sürgün edir. Maraqlıdır ki, 3-4 kiçik şöbələrdən başqa bütün şöbələr öz işini 1-ci korpusda davam etdirəcək, bəs, bizə qarşı bu ayrı-seçkilik nədir? TƏBİB rəhbərliyi belə izah edir ki, guya Bakının özündə olan modul tipli yerlərdə lazımı şərait yoxdur. Amma bu da bəhanədir.

Cənab prezident və hörmətli Mehriban xanım, əgər şərait yoxdursa, o zaman bunu təşkil etmək lazımdır. Hərçənd, TƏBİB rəhbəri Vüqar Qurbanovun və xəstəxananın direktoru Elviz Qasımovun buna gücü də çatar. Yəni istəsələr o şərait təmin və təşkil oluna bilər. Hətta həkimlər həmin şəraitin şəxsi hesabları gücünə edilmısinə etiraz etmirlər, həttda deyərdim ki bundan çox məmun olarlar. Axı harada görünüb ki, vətəndaşların kütləvi şəkildə müraciət etdiyi, tələbat olan şöbələr şəhərdən çox kənara köçürülsün? Bilgəh elə yerdir ki, şəhərdən azı 25-30 km aralıdadır. Orada uzaqbaşı pansionat yerləşə bilər. Amma hər dəqiqə xəstənin müraciət etdiyi bir korpusu ora köçürmək yanlış seçimdir. Ona görə də bizi gözləyən bu ağır, zülm dolu addımın dərhal aradan qaldırılması üçün ölkə rəhbərliyindən kömək istəyirik. Ölkə başçısına, Mehriban xanıma güvənirik, inanırıq və əminik ki, bu fövqəladə vəziyyətlə bağlı təcili bir addım atılacaq, müvafiq qərar veriləcək və bizə şəhərdə işimizi davam etdirmək üçün yer ayrılması tövsiyə olunacaq. Biz xəstəxanada təmir işlərinin aparılmasının əleyhinə deyilik, əlbəttə ki, yenidənqurma, müasirlik vacibdir, amma bu işləri görərkən bizi də Bilgəhə, əlçatmaz yerə göndərmək ədalətsizlikdir. Biz hər gün saatlarla bu yolları getməliyik, dayanacaqdan 1 km piyada işə tərəf yollanmalıyıq, axı, bu nə dərəcədə düzgün və məntiqli addımdır? 

Odur ki, möhtərəm Prezidentin və Mehriban xanımın bizə dəstək olacağına inanırıq. Bizim xahişimiz ondan ibarətdir ki, şəraitindən aslı olmayaraq şəhərin özündə, lap elə Tbilisi prospektində olan modul tipli məntəqəyə köçürsünlər, yəni indiki iş yerimizdən çox uzağa getməyək. Bunu etmək çətin deyil və müvafiq şəraitin orada qurulması da mümkündür. Yetər ki, bununla bağlı istək olsun. Biz görürük ki, direktor Elviz Qasımov belə bir niyyətdən uzaqdadır, o zaman ümidimiz ölkə rəhbərliyinə qalıb. Sizə həyəcan dolu çağırış edərək təcili şəkildə bu problemin yoluna qoyulması üçün tapşırıq verməyinizi xahiş edirik".

Müraciətdə əlavə edilir ki, verilən qərar həm də işçilərə və vətəndaşlara hörmətsizlikdir: "Bu qərarı verənlər özləri nə rəva bilməzlər ki, gedib avtobus dayanacağı uzaqda olan, şəhərdən 30 kilometr aralıda bir yerdə illərlə işləsinlər. Biz hər şeyin asanlaşan, əlçatan olduğu dövrdəyik, insanlar onlayn xidmətlərə üstünlük verir, uzaq qitələrlə internet üzərindən kommunikasiyalar qurulur, ticarət aparılır və belə bir vaxtda xəstəxana rəhbərliyi öz adamlarını yanında saxlayıb, özünki bilmədiyi zəhmətkeş insanları çox uzaqlara göndərir. Bu da haqsızlıq və hörmətsizlikdir, Elviz Qasımovun işçilərinə fərq qoyması, onları incik salmasıdır. Biz bununla görürük ki, xəstəxana rəhbərliyi artıq məsələlərə necə yanaşır. Belə münasibət isə nə mehribanlıq yaradar, nə işdə keyfiyyət, nə inkişaf... 

Cənab Prezident, bizim bu müraciətimiz çox əhəmiyyətlidir, çünki yaxın zamanda təmir başlaya, qərarın icrasına keçid oluna bilər. Ona görə tək pənahımız, yeganə söykənəcək yerimiz Sizsiniz! Xahiş edirik ki, kütləvi narazılıq yaradan bu qərarı durdurasınız və bizə şəhərdə normal yer ayrılmasına müvafiq tapşırıq verəsiniz. Bu həm dövlətimiz üçün, həm də vətəndaşlarımız üçün müqayisə olunmayan qədər faydalı olar"./7news.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BMT həyəcan təbili çalır: “Dünyada qida ehtiyatı tükənə bilər”

    BMT həyəcan təbili çalır: “Dünyada qida ehtiyatı ...

    31-03-2020, 12:02

  • 
  • Ucar rayonunda yaşıllıqlara kim qənim kəsilib – Rayon sakini həyəcan təbili çalır – Yaşıl soyqırımdan “xatirə fotoları”...

    Ucar rayonunda yaşıllıqlara kim qənim kəsilib – ...

    22-12-2014, 22:16

  • 
  • "Respublikanski"nin baş həkimi işdən çıxarıldı - TƏBİB-dən təyinat

    "Respublikanski"nin baş həkimi işdən ...

    28-04-2021, 15:31

  • 
  • Respublika Klinik Xəstəxanasında korrupsiya mərəzi

    Respublika Klinik Xəstəxanasında korrupsiya mərəzi ...

    29-09-2016, 16:04

  • 
  • Sosioloqlar-dan həyəcan təbili: Ölkədə hər gün 45 nəfər boşanır

    Sosioloqlar-dan həyəcan təbili: Ölkədə hər gün 45 ...

    21-06-2019, 13:26


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu