Gundemxeber.az » GündəmXəbər » Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanan Qax rayon icra başçısı Musa Şəkiliyev sayca həbs edilən neçənci belə korrupsioner məmurdur. Son illər həyata keçirilən antikorrupsiya əməliyyatları nəticəsində həbs olunanlar arasında icra başçıları da yer alır. Şəkiliyev də onlardan biri oldu. Çünki regionlarda rüşvətalma, mənimsəmə əndazəni aşmaqdadır. İcra başçıları sahibkarları incidir, əraziləri satır, "ölü can"lar saxlayır, tenderlər vasitəsi ilə maxinasiyaya yol verir, bu da günün birində əməliyyatla nəticələnir. Bu günə kimi Ağstafa, Şəmkir, Yevlax, Biləsuvar, İmişli, Neftçala rayon icra başçıları eyni ittihamlarla həbs olunublar. İndi də Qaxın icra başçısı. Bu nəyi bir daha sübut edir? - həbslərdən dərs çıxarmayanlar var və yenə də özbaşınalıqları, qanunsuzluqları davam etdirirlər. Əminliklə demək mümkündür ki, bu proses Qax rayonu ilə yekunlaşmayacaq. Çünki hansı rayon rəhbərini silkələsən, altından milyonlar, əmlaklar, biznes xanimanı çıxacaq. Ona görə həbslərin davamı şəkk-şübhə doğurmur. Əksinə, fəaliyyəti araşdırılmayan və istintaqa cəlb olunması gecikən bəzi İH rəhbərlərini qeyd etmək mümkündür.8-10-2014, 14:01
20-04-2020, 10:27
28-12-2019, 12:30
20-06-2025, 19:04
8-07-2021, 10:37
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?