GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK

"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK

Tarix: 11-09-2025, 22:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 404

"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Azərbaycan cəmiyyətində kredit borcları artıq təkcə iqtisadi məsələ deyil, sosial və hüquqi faciəyə çevrilməkdədir. Bu gün yüzlərlə insan "Optimal Finance" adlı Bank Olmayan Kredit Təşkilatının (BOKT) fəaliyyəti ilə bağlı ciddi narazılıq içindədir. Bu MMC (dövlət qurumu deyil) təkcə qanuni yollarla deyil, eyni zamanda psixoloji təzyiqlə, ailə üzvlərini, hətta azyaşlı uşaqları hədəfə alaraq, insanları intihar həddinə çatdıracaq qədər ifrat addımlar atır.

BOKT-lar və qanuni icra sisteminin üz-üzə gəlməsi...

Azərbaycan qanunvericiliyi çox açıq şəkildə borc məsələlərinin həllində icra məmurlarının rolunu və səlahiyyətini müəyyən edir. Yəni, məhkəmə qərarından sonra borcun icrası yalnız qanuni icra məmurları vasitəsilə aparıla bilər. Lakin "Optimal Finance" adlı BOKT-un davranışları bu sistemə kölgə salır.

Optimal Finance" adlı BOKT icra məmurlarını və məhkəmə qərarlarını bir kənara qoyaraq, öz diktəsini irəli sürür, borclunun ailə üzvlərinə təzyiq göstərir, hətta azyaşlı uşaqların adını prosesə cəlb etməyə çalışır.

Bu nə deməkdir? Bu, artıq təkcə hüquq pozuntusu deyil, dövlətin hüquqi sisteminə qarşı açıq hörmətsizlik, vətəndaşın şəxsi toxunulmazlığına və ailə hüquqlarına hücum deməkdir.

Azyaşlı uşaqlara qarşı “məsuliyyət” tələbi – hüquqi nonsens

"Optimal Finance" bəzi hallarda azyaşlı uşaqların da məhkəmə proseslərinə cəlb olunmasını, hətta onların üzərinə məsuliyyət qoyulmasını tələb edir. Bu, hüquqi baxımdan tamamilə absurddur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Ailə Məcəlləsinə əsasən, azyaşlı uşaqların hüquqi məsuliyyət daşıması mümkün deyil. Uşaqlar nə borc müqaviləsi bağlaya, nə də kredit öhdəliyinə cəlb oluna bilərlər. Bu səbəbdən, onların hüquqi məsuliyyətə cəlb olunması istənilməsi, hüququn açıq şəkildə təhrif olunması deməkdir.

Vətəndaşlar intihar həddinə çatdırılır

Vətəndaşların bir çoxu artıq özlərini psixoloji sıxışdırma, rüsvayedici zənglər və hədə mesajlarının hədəfində hiss etdir. Dövlətin ali qurumu olan icra məmuları vətəndaşçları başa düşür, onların maddi imkanlarını nəzərər alaraq ödənişləri mümkün qədər az-az ödəmə sistemi ilə tənzimləyir.

"Optimal Finance" adlı BOKT isə aşkar şəkildə deyir ki, get intihar et... Bu BOKT-ların əməkdaşları açıq-aşkar cinayət məsuliyyəti yaradaraq əməlləi ilə vətəndaşları intihara sövq edirlər.

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə "Optimal Finance"lə bağlı onlarla şikayət yer alır. İnsanlar az-az ödəməyə çalışdıqları borclara görə, “bütöv ödə, yoxsa ailəni rüsvay edərik, azyaşlı övladını axtararıq, onu məsuliyyətə cəlb edərik” tipli mesajlar alırlar.

Bu, açıq şəkildə psixoloji şiddət və vətəndaşın insan kimi dəyərini alçaltmaq cəhdidir. Qanunvericilik isə bu məsələdə hələ ki susqundur.

Dövlət bu məsələdə haradadır?

Bu sual birbaşa Ədliyyə naziri Fərid Əhmədova yönəldilməlidir:

Hörmətli nazir, sizin rəhbərlik etdiyiniz ədliyyə sistemi bu cür BOKT-ların qanunsuz hərəkətləri qarşısında niyə susur? Qanuni icra məmurları varkən, niyə özünü dövlətin yerinə qoyan bu şirkətlər insanlara divan tutur?

"Optimal Finance" və oxşar BOKT-lar yalnız borcluların deyil, Azərbaycan hüquq sisteminin də etibarını sarsıdır. Onlar sanki bu ölkədə qanunların küləyə sovrulduğunu, dövlətin aciz qaldığını, qorxudan kimsənin səsini çıxara bilmədiyini düşünərək hərəkət edirlər.

Kimdir bu “Optimal Finance”?

"Optimal Finance" özünü rəsmi olaraq Bank Olmayan Kredit Təşkilatı kimi təqdim edir. Amma fəaliyyəti ilə bağlı şəffaflıq, hesabatlılıq və sosial məsuliyyət baxımından çoxsaylı suallar doğurur:

Hansı qanunla bu qədər sərt və qeyri-insani təzyiqlər edir?

Onların fəaliyyətinə kim nəzarət edir?

Ədliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi bu qurumların davranışını niyə izləmir?

Vətəndaşların hüquqlarını müdafiə edən orqanlar haradadır?

Bu ölkədə qanun var, ya yox?

Əgər bir BOKT istədiyi kimi insanları hədələyə, azyaşlı uşaqları məhkəməyə sürükləyə, borclunun ailəsinə psixoloji zərbə vura bilirsə, bu sual artıq ciddi şəkildə cəmiyyətin qarşısında dayanır: Bu ölkədə doğrudanmı qanunlar var, yoxsa, BOKT-lar dövlət sistemini girov götürüb?

Qeyd edək ki, Optimal Finance BOKT-un rəhbəri Laçın Əliyevdir. Onun əvvəlki fəaliyyəti, hansı qurumlarda çalışdığı ilə bağlı heç bir məlumat yoxdur. Görünür işçilərinə dövlətin qanuni icra məmurundan daha çox icra məmuru olmaq tapşırığını elə onun özü verib. Bu barədə daha ətraflı və geniş məqalə yaxın günlərdə.../"DİA-AZ"/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan BOKT-unun təsisçisi dəyişib

    Azərbaycan BOKT-unun təsisçisi dəyişib ...

    22-12-2018, 11:46

  • 
  • Azərbaycanda 3 kredit təşkilatının lisenziyası ləğv edilib

    Azərbaycanda 3 kredit təşkilatının lisenziyası ...

    4-04-2019, 15:25

  • 
  • “Azərbaycan Mikro-Kredit”in təsisçisi dəyişib

    “Azərbaycan Mikro-Kredit”in təsisçisi dəyişib ...

    2-11-2018, 13:23

  • 
  • "Sevimli Dad" BÖHRAN İÇİNDƏ... - Sahibi kredit borcunu qaytara bilmir

    "Sevimli Dad" BÖHRAN İÇİNDƏ... - Sahibi ...

    8-05-2019, 12:01

  • 
  • «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər...

    «Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini ...

    1-07-2020, 11:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu