GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI

Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI

Tarix: 12-09-2025, 22:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 556

Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI

Gundemxeber.az bildirir ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 3 A, mənzil 32 ünvanında yaşayan Quliyev Elman Əmiralı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Vaxtilə Müdafiə Nazirliyində çalışdığını bildirən şikayətçi bəzi qanunsuzluqlarla bağlı saytımıza açıqlama verib. Onun məktubunu oxucularımıza təqdim edirik:

“Diqqətinizə çatdırım ki, mən 1990-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında işə qəbul olunmuşam və 30 il orada sürücü işləmişəm.

2012-ci ilin fevral ayında mayor vəzifəsində olan Yəhyayev Eldəniz anbara rəis təyin edildikdən sonra orada rüşvətxorluq və korrupsiya faktları geniş yayıldı. Bu barədə hərbi prokuror Xanlar Vəliyevə şikayət etdiyimə görə, rəhbərlik tərəfindən mənə təzyiqlər edildi. Mən bu təzyiqlərə dözə bilmədiym üçün 2020-ci ilin fevral ayının 6-da iş yerində vena damarlarımı kəsərək, intihara cəhd etmişəm.

Həmin dövrdə artıq ərzaq xidmətinin rəisi olan Eldəniz Yəhyayevin göndərdiyi təhqiqatçı Həsənov Saday, rəis Kərimov Camal və saxta diplomlu hüquq məsləhətçisi Pənahov Azərlə əlbir olaraq, məni Maşdağada yerləşən “dəlixana”ya salmaq istədilər. Lakin orada daimi fəaliyyət göstərən həkim komissiyası məni müayinə etdikdən sonra buna razı olmadı.

Bundan sonra Hüquq İdarəsinin rəisi Əliyev Elçin də onlara qoşuldu və kollektivi üzümə durdurub, məni şərləyərək işdən qovdular.

Eldəniz Yəhyayev Kərimov Camalı rəis təyin edərkən onun yanında mənə demişdi ki, “Camal mənim öz adamımdır, onu bura mən gətirmişəm və hər zaman onun arxasında duracağam. Əgər onun döründə şikayət etsən, artıq işə şəxsən mən özüm qarışacağam və bunun nəticəsi sənin üçün çox pis olacaq”.

Zavodun müəyyən etdiyi normaya əsasən, mənim idarə etdiyim avtomobil 100 km məsafəyə 28 litr yanacaq sərf edir. Lakin hər dəfə Gəncə şəhərinə gedib-qayıtmaq üçün faktiki sərf edilən 200 litr əvəzinə, 500 litr yanacaq silinirdi. Bu barədə Xanlar Vəliyevə etdiyim şikayət araşdırılarkən müəyyən olunmuşdur ki, bütün hərbi texnikaların sərf etdiyi yanacaq müdafiə nazirinin qərarına əsasən silinir və zavodun müəyyən etdiyi norma 21 litr artırılaraq 49 litrə çatdırılmışdır.

Nəzərə alsaq ki, hər bir avtomobilin illik yürüş norması 25 000 kilometr, bir litr yanacağın qiyməti isə bir manatdır, deməli, təkcə bir avtomobilə bir il ərzində artıq yanacaq silinməsi nəticəsində dövlət büdcəsinə 5 250 manat məbləğində zərər vurulur. Həmin məbləğ isə bir qazinin beş il beş ay ərzində aldığı pensiya məbləğinin cəmindən çoxdur.

Hərbi texnikalar isə yalnız maşınlardan ibarət deyildir və buraya tanklar, BTR-lər, BMP-lər və digər ağır döyüş texnikaları da daxildir. Lakin cinayət əlamətləri aydın görünsə də, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, xüsusilə ağır cinayəti gizlətmişdir.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə elektron qaydada və şəxsən yazılı ərizə də təqdim etmişəm. Lakin şikayətim araşdırılmadan, birbaşa Ali Məhkəməyə göndərilmişdir. Halbuki, Ali Məhkəmə onları araşdırmaq kimi bir vəzifə daşımır.

Sonra Ombudsman Səbinə Əliyevaya müraciət etdim. Həmin müraciət isə nazirliyin özünə göndərildi. Nazirlikdən isə mənə verilən cavabda göstərilir ki, “sizin müraciətinizə baxılmışdır. Əsaslı dəlillərin qeyd olunmamasını nəzərə alaraq, yenidən müraciət etməyiniz tövsiyyə olunur”.

Məktubu oxuyanda adama elə gəlir ki, guya, onların heç nədən xəbərləri yoxdur. Halbuki məktubu imzalayan, həmin idarənin - Arxa Cəbhə İdarəsinin rəisi Abdullayev Vüqar və onun birbaşa rəisi general-mayor Yəhyayev Eldəniz Telman oğlu bu vəzifəyə gəlməzdən əvvəl biri digərinin ardınca Mərkəzi Ərzaq Anbarının rəisi olduqları üçün həmin cinayətin birgə iştirakçılarıdırlar.

Konstitusiya günü olduğunu və Gəncə bölməsinin anbarında yer olmadığını bildiyi halda, Yəhyayev 2014-cü ilin noyabr ayının 12-də məni ezamiyyətə göndərdiyi üçün həmin gün maşında gecələməli oldum. Yatmazdan əvvəl yaxınlıqda yerləşən mülki yeməkxanadan şam yeməyindən çıxarkən “Qazel” markalı bir yük avtomobili məni vurub, hadisə yerindən qaçdı. Zərbə nəticəsində döş qəfəsim tamamilə əzilmiş, qabırğalarım 13 yerdən sınmış və ürəyimi də zədələyərək ağ ciyərlərimə batmışdı.

Bölmə rəisi mayor Fuad Mehrəliyev öz şəxsi vəsaiti hesabına həkim nəzarəti altında xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş reanimobillə məni təcili olaraq Bakıya - Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırmışdır. Reanimasiya şöbəsində 8 sutka komada qalmışam və uzun müddət müalicə olunmuşam. Həkimlər bütün səylərini ortaya qoyaraq məni ölməyə qoymadılar. Lakin xəstəxanadan çıxdıqdan sonra Yəhyayev mənə bildirdi ki, sən artıq yararsızsan və daha sürücü işləyə bilməzsən.

Nəhayət, çox çətinliklə mən yenidən öz işimə qayıda bildim. Lakin bölmə rəisi mayor Fuad Mehrəliyev əvvəl vəzifəsindən, sonra isə ərzaq təminatı sahəsindən tamamilə uzaqlaşdırıldı.

2017-ci ildə Yəhyayev Eldənizin göstərişi ilə yaradılmış daxili komissiya normalara yenidən baxdıqdan sonra onun öz doğma əmisi oğlu Elxanın idarə etdiyi avtomoblə bu gün də digər bütün avtomobillərdən artıq yanacaq silinir. Etibarlı mənbələrdən mənə verilən məlumata görə, Yəhyayev orada olanlar haqqında ona vaxtaşırı məlumatlar çatdıran, lakin Qarabağı xəritədə belə göstərə bilməyən Elxana və bir neçə şəxsə saxta “Vətən Müharibəsi Veteranı” vəsiqəsi verdirməsi nəticəsində dövlətə əlavə maddi zərər vurulur.

2025-ci ildə Kərimov Camalı da öz yanına aparıb, Müdafi Nazirliyinin ərzaq xidmətinin rəisi təyin etməklə, Yəhyayev Eldəniz Telman oğlu oranı artıq tamamilə öz əlinə keçirərək, bütün ətrafı yalnız öz adamlarından ibarət şəxsi şirkətinə çevirmişdir və ində artıq öz ürəyi istədiyi kimi hərəkət edir.

Qanunverciliyin tələbinə əsasən, Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlər, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda həmin işlər barədə cinayət təqibini DTX həyata keçirməlidir. Lakin həmin normaya riayət olunmur və qeyd olunan sahədə cinayətkarlığa qarşı qətiyyən mübarizə aparılmır. Bunun nəticəsində yaranmış şəraitdən məhz yalnız vəzifəli şəxslər istifadə edərək, dövlət büdcəsini çox rahat şəkildə talan edirlər.

Buradan dövlətimizin başçısı cənab İlham Əliyevə müraciət edərək, qeyd edilən faktlara hüquqi qiymət verilməsi barədə

Dövlət Təhlükəsizliyi Xidmətinə xüsusi göstəriş verməsini xahiş edirəm”.
Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATORİAD KANTORU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT TƏLƏB EDİR

    NATORİAD KANTORU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT ...

    24-12-2014, 12:14

  • 
  • 1991-ci ilin bu günü Azərbaycan Respublikası Müdafiə Nazirliyi formalaşdırılıb

    1991-ci ilin bu günü Azərbaycan Respublikası ...

    5-09-2018, 15:19

  • 
  • Zakir Həsənovdan daha bir kadr dəyişikliyi

    Zakir Həsənovdan daha bir kadr dəyişikliyi ...

    15-05-2014, 17:58

  • 
  • Mədət Quliyev generalı özünə müşavir təyin etdi

    Mədət Quliyev generalı özünə müşavir təyin etdi ...

    5-12-2019, 12:55

  • 
  • Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib

    Müdafiə Nazirliyində kadr dəyişikliyi edilib ...

    6-08-2013, 18:29


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu