GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…

Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…

Tarix: 9-10-2025, 18:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 15

Adlarının hallanmasını hələləik istəməyən Bakı şəhər sakinləri, təmizlik xidmətinin işçiləri hələ sentyabr ayının 18-də redaksiyamıza müraciət edərək üzləşdikləri problemi ictimailəşdirməyimizi, aidiyyatı dövlət qurumlarının diqqətinə çatdıqmağı və Şamaxı rayon Mərkəzi Xəstəxanasında gördəkliri işə görə zəhmət haqqlarının alınmasında köməklik göstərməyimizi istəyirdilər. Bununla bağlı elə sentyabr ayının 18-də aktualinfo.org “Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur” başlıqlı məqalə yaydı. Məqalədə göstərilən məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin və TƏBİB-in mətbuat xidmətinə, ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət ünvanladıq. Lakin bu qədər vaxt keçməsinə baxmayaraq hər iki qurum məqalədə göstərilənlərə münasibət bildirmədi. Odur ki, sözügedən məqaləyə bəzi əlavələr edərək bir daha diqqətinizə çatdırırıq. 

Xatırladaq ki, şikayətçilər qeyd edirlər ki, bir neçə gün əvvəl (1o-15 sentyabr tarixi aralarında) Şamaxı rayon Mərkəzi Xəstəxanasının fasadının yuyulmasına görə sifarış alıblar. Qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək bir gün səhər saat 7-dən axşam 10-a kimi Xəstəxanın şüşə fasadını yuyublar. İş bitdikdən sonra Xəstəxananın direktoru Natiq Əliyev baxış keçirib və yaxşı yuyulmadığını bəhanə edərək, xidmət üçün əvvəlcədən razılaşdıqları 1200 manatı verməkdən imtina edib. Çox mübahisədən sonra Xəstəxanasının şüşə fasadının ikinci dəfə yuyulmasına razılaşıblar. İki gün sonra isə qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək səhər saat 7-dən axşam 6-ya kimi Xəstəxanın şüşə fasadını yenə yuyublar. Xəstəxananın direktoru Natiq Əliyev yenə baxış keçirib və bu dəfə də bəyənməyərək işçilərin pulunu verməkdən imtina edib. Səbəb isə onu göstərib ki, “mən buranı cibimin pulu ilə yuduzdururam, yaxşı iş görməmisiniz, cibimin pulunu sizə niyə verməliyəm”.

Məsələyə aydınlıq gətirmək məqsədi ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsinin müdiri Ziyadxan adlı şəxslə əlaqə saxladıq. O, qeyd etdi ki, mən bilmirəm o işi direktor özü danışıb, özündən soruşun. Ondan xahiş etdik ki, məsələ ictimailəşmədən öncə direktorun diqqətinə çatdırın.Bir neçə saatdan sonra yenidən əlaqə saxladıqda Ziyadxan müəllim dedi ki, “direktorun diqqətinə çatdırdım, amma heç nə demədi”.

Gundemxeber.az bildirir ki, aktualinfo.org Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin fəaliyyəti barədə araşdırma apardı. Məlum oldu ki, Natiq Tahir oğlu Əliyev TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına 2025-ci ilin iyulun 29-da direktor təyin edilib. Natiq Əliyev daha əvvəl Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib. Ondan əvvəl isə Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri və TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü kimi fəaliyyət göstərib. Natiq Əliyev 02.07.1995-ci ildə Şirvan şəhərində anadan olub, 2012-ci ildə Şirvan şəhər Məftun Osmanov adına 20 saylı orta məktəbi bitirib. 2013 -2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsində təhsil alıb. İxtisasca infeksionist olan Natiq Əliyev gənc həkimdir.

Göründüyü kimi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsini yeddi il əvvəl bitirmiş bir şəxsi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edib. (Azərbaycan Tibb Universitetini bitirənlər karyera pillələrini belə sürətlə niyə qalxa bilmir?)  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Natiq Əliyevi hələ 2023-cü ildə, 28 yaşında Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə çəkmişdir.

Sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?

Mediada yayılmış avtobioqrafiyasında göstərilir ki, 2013-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018-2022-ci illər ərzində isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb. 2019-2020-ci illərdə Türkiyənin “Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində, 2020-2022-ci illər ərzində “Marmara Üniversitesi”ndə təhsilini davam etdirib. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə ikinci ali təhsil alır.

N.Əliyev 2018-2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant, 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. 2020-2022-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist, yeni təyinatınadək isə Sənaye Təbabət bölməsinin müdiri vəzifəsində çalışıb. N.Əliyev 2018-2019-cu illərdə Naxçıvan Tibb Kollecində müəllim, 2023-cü ildən etibarən isə UNEC Biznes Məktəbində (MBA) səhiyyənin idarə edilməsi ixtisası üzrə müəllim vəzifəsində çalışır.

Avtobioqrafiyasından da göründüyü kimi, Natiq Əliyev 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. Bəs necə olub ki, bu sanitar həkim bir ildən sonra Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb? Yenə sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?

Əldə etdiyimiz məlumatlara görə Natiq Əliyevin anası Şirvan şəhərində tanınmış bir həkimdir. Çox güman ki, Natiq Əliyevin karyerasındakı yüksəliş də buradan qaynaqlanır.

Qayıdaq təmizlik xidmətinin işçilərinin pulunun verilməməsi məsələsinə. Qeyd etdiyimiz kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev məsələyə heç bir münasibət bildirmədi. Odur ki, suallarımızı buradan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanlayırıq.

Şamaxı rayon Mərkəzi Xəstəxanası kimi mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-ə tabeli dövlət qurumudur?

TƏBİB-ə tabeli dövlət qurumu olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanası təmizlik kimi xidmətlərin görülməsi üçün nə üçün müqavilə bağlamır?

Satınalmaların portalına yerləşdirilmiş məlumata görə Şamaxı rayon Mərkəzi Xəstəxanası 18.12.2024-cü ildə balansında olan binalarda və həyətyanı sahələrdə cari təmir işlərinin satınalınması  üzrə “LOKAL GROUP” MMC ilə 135.606,66 manat məbləğində müqavilə bağlayıb.

Düzdür, bu müqavilə Natiq Əliyevin dövründə bağlanmayıb. Satınalmaların portalına yerləşdirilmiş məlumata görə 04.11.2024-ci ildə başlanan açıq tender 18.12.2024-cü ildə yekunlaşdırılıb. Satınalma müqaviləsi isə çox güman ki, 2025-ci ilin əvvəllərində bağlanılıb. Məlumatlara görə isə sentyabr ayında Şamaxı rayon Mərkəzi Xəstəxanasının texniki işçiləri həyətyanı sahələrdə oturacaqları rəngləyiblər. Xəstəxananın həyətyanı sahələrdə cari təmir işlərinin satınalınmasına ayrılmış 135 min manat haralara xərclənib?

Qeyd edək ki, 26.07.2025-ci ildə isə Şamaxı rayon Mərkəzi Xəstəxanası sanitariya-gigiyena və digər xidmət haqqı xərclərinin (dezinfeksiya işlərinin görülməsi) satınalınması üzrə “ECOMEDİ” QSC ilə 17.886,44 manat məbləğində müqavilə bağlayıb.

Qazanxana və cillerin ehtiyat hissələrinin təmiri xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusu isə 30.09.2025-ci ildə yekunlaşdırılıb və “GUE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 62.279,22 manat məbləğində müqavlə bağlamağı planlaşdırır.

Belə olan halda Natiq Əliyevin direktoru olduğu Şamaxı rayon Mərkəzi Xəstəxanası şüşə fasadın yuyulması üzrə niyə müqavilə bağlamayıb?

Natiq Əliyev Xəstəxanada abadlıq işlərinə niyə cibindən pul xərcləyir? Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev aylıq əmək haqqı nə qədərdir ki, Xəstəxanada abadlıq işlərinə cibinin pulunu xərcləyir?

TƏBİB-ə tabeli dövlət müəssisələrində rəhbər vəzifəli şəxslərin mühafizəçi ştataı varmı? Gənc kadr Natiq Əliyevin yanında gəzdirdiyi mühafizəçilərə maaşı kim verir, TƏBİB, yoxsa direktor?

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova və Səhiyyə naziri Teymur Musayevə ünvanladığımız suallara cavab verilmədi. Belə çıxır ki, gənc kadrı Natiq Əliyevdi elə onlardan biri himayə edir edir, arxasında dayanır ki, o da bu kimi özbaşınalıqlara yol verir. Müqavilə bağlamadan iş sifariş verir, sifariş etdiyi işin zəhmət haqqını isə ödəmir.

Bir də, əldə etdiyimiz yeni məlumatlara görə Natiq Əliyevin karyerasında belə sürətli yüksəlişə səbəb başqa bir nəfər də var. Onun da yüksək çinli bir məmur olduğu söylənilir. Pandemiya dövründə, Natiq Əliyevin Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist işlədiyi zaman həmin məmurun yaxının qayğısına çox qaldığı soylənilir. Bu barədə də növbəti yazılarımızda.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanov cavab versin

    Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin ...

    18-09-2025, 23:42

  • 
  • “Şamaxı təhsilinin Səadətli günləri” başlıqlı yazıya təkzib

    “Şamaxı təhsilinin Səadətli günləri” başlıqlı ...

    29-11-2013, 20:31

  • 
  • Məcid Əliyev Şəki xəstəxanasının baş həkimliyindən niyə çıxarılmışdı və həmin vəzifəyə necə qayıtdı

    Məcid Əliyev Şəki xəstəxanasının baş ...

    3-08-2022, 16:26

  • 
  • TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM

    TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə ...

    25-07-2020, 12:40

  • 
  • Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin vəziyyəti ağır-stabildir, ürəyinə stendlər qoyulub

    Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin ...

    4-06-2017, 17:52


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu