GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mehdiyevsayağı “QKÇP”

Mehdiyevsayağı “QKÇP”

Tarix: 17-10-2025, 10:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 79

Azərbaycan PA-nın sabiq rəhbərinin yaddaşının bir küncündə ilişib qalmış 90-cı illərin qaranlıq ölkəsi deyildi, bəs niyə o...

Tibb elmi çoxdan sübuta yetirib ki, insan övladının sosial statusundan, necə yaşamasından və ya yaşlanmasından asılı olmayaraq, qocaldıqca beyininin fəaliyyəti zəifləyir və ya pozulur.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı gündəmi zəbt etmiş mövzuya həm də bu tibb yanaşma məncə, istintaq üçün faydalı ola bilər.

Mehdiyev əlbəttə ki, 100 yaşında da dünya siyasəti üçün faydalı olmağa çalışan ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer (1923-2023) deyil, amma o rəhmətlik də həyatının son aylarında bəzi məsələləri qarışdırırdı, məsələn, Ukrayna müharibəsi ilə bağlı qəbuledilməz təkliflər verirdi. Mehdiyevin uzun illərə dayanan dövlət xidməti haqda rəy vermək məhz indi doğru anlaşılmaya bilər, çünki 87 yaşlı keçmiş dövlət məmur çox ağır maddələrlə ittiham olunur. a5f3aa5d94dd6f0e708fa5d3daba19c8.jpg (30 KB)Tanınmış yerli xəbər agentliyinin bugünkü ilginc məlumatını Mehdiyevsayağı “QKÇP” adlandırmaq da olar, onun “ÇP”-si də. 1991-ci ilin avqustunda Mixail Qorbaçovun idarəçiliyindən narazı qalmış Kremlin köhnə qvardiyası Dövlət Fövqəladə Vəziyyət Komitəsi (rusca “QKÇP”) elan edərək, hakimiyyət çevrilişinə cəhdi etdilər. Amma bu absurd teatr yalnız üç gün davam etdi, çünki SSRİ adlı rejimi “reanimasiyaya sürümək” olardı, amma onu “həyata qaytarmaq”, keçmişi bərpa etmək mümkünsüz idi. Ona görə Gennadi Yanayevin başçılıq etdiyi qrup üzvləri, DTK sədri Kryuçkov, müdafiə naziri Yazov və digərləri həbs olundu. Daxili işlər naziri Boris Puqo isə intihar edərək həbsxanadan qurtuldu. SSRİ-nin də, Qorbaçovun da sonrası məlum.

İndiki məlumat budur ki, 87 yaşlı Mehdiyev AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva gərginliyini nədənsə, hansısa məntiqləsə, ən əsası hansısa ağıllasa Kreml kabinetlərinə yol axtarıb, Azərbaycanda hakimiyyət dəyişikliyi(?!) etmək üçün dəstək istəyib. Məlumata görə, Mehdiyev Azərbaycanda özünün rəhbərlik edəcəyi Dövlət Şurası yaratmağı da planına daxil edib. Bildirilir ki, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Belə bir siyahı varsa, olaylar daha maraqlı yön ala bilər. Əcaba, Mehdiyev oraya kimlərin adını yazıb? rusiya_azerbaycan_22.jpg (95 KB)


Rusiya Ramiz Mehdiyevi yaxşı tanıyır. O, bu ölkədə indi də hakimiyyətdə olan bir çox yüksək vəzifəli şəxslərlə- güc strukturları, kəşfiyyat, eləcə də təhlükəsizlik orqanlarının rəhbərləri ilə şəxsən görüşmüş biridir. Mehdiyevi əlbəttə ki, Rusiyaya 25 ildir rəhbərlik edən prezident Vladimir Putin də tanıyır. Ona görə də mümkündür ki, Mehdiyev o korşalmış və geriləmiş ağlı ilə Azərbaycan-Rusiya xətində yaranmış, təxminən də 10 ayadək davam edən gərginlikdən faydalanmaq niyyətinə düşüb. Həm də təəssüf ki, bunu Azərbaycan dövlətinin maraqlarını düşünərək deyil, məhz şəxsi ambisiyalarına təslim olaraq etmək istəyib. Diqqətçəkən faktdır ki, AZAL təyyarəsinin vurulması da daxil, Mehdiyev bu aylar ərzində bir dəfə də olsun YAP-ın Ağsaqallar Şurasının üzvü, bu dövlətin ən yüksək ordenlərini sinəsində daşıyan vətəndaş kimi hadisələrə mövqe bildirməyib!


Son iki gündə yayılan xəbərlərdən “pazlı yerlərinə toplasaq”, görünən mənzərə məncə, budur: Mehdiyev həddini aşıb, ağlı çaşıb! Onun yenidən bu cür hakimiyyət iddiasına düşməsi absurddurmu? Əlbəttə! Azərbaycan Mehdiyevin yaddaşının bir küncündə ilişib qalmış 90-cı illərin qaranlıq ölkəsi deyil axı... O ölkənin ki, hakimiyyətini illər öncə Rusiya, İran, hətta Türkiyənin başıpozuq dairələri yıxmağa həvəslənirdilər. İndi isə bunu ən qüdrətli dövlətlərin belə xəyal etmələri mümkün deyil. Azərbaycanın son beş illik tarixinə ötəri baxmaq hər şeyi deyir.

Rusiyanın Azərbaycan hakimiyyəti ilə çözə bilməyəcəyi məsələ, problem yoxdur. Qoca Mehdiyev agentliyin yazdığı kimi “artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib”. Ona görə də “heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb. Nöqtə. Bəlkə də son atəş! 17473910266827123247b217.31633917.jpg (232 KB)


İnanmıram ki, Mehdiyevlə bağlı bu gəlişmələri Prezident Əliyev eşidəndə narahat olsun. Mümkündür ki, Mehdiyevin bu yaşda hansısa mifik Dövlət Şurasına rəhbərlik etmək istəyini təəssüflə qarşılasın. Əlbəttə, qəzəblənmək, hakimiyyətdə birgə keçirilən illərə görə bəlkə təəssüflənməyin də yeri var. Çünki Mehdiyev hakimiyyətdən təqaüdə hörmətlə, “İstiqlal”la şərəfləndirilərək yola salınıb. Ramiz-Mehdiyev-0131.jpg (119 KB)Mehdiyevin aşırı hakimiyyət, kreslo ehtirası olmasaydı, Prezident Administrasiyasındakı kabinetindən çıxıb, məsələn, bir vaxtlar yaxın dostu sabiq baş nazir Artur Rəsi-Zadə kimi bağına çəkilib, nəvələri ilə oynamaqla, nə bilim, bəlkə də korşalmış xatirələrini yazmaqla məşğul olsaydı, indi bu cür gülünc, miskin vəziyyətə düşməzdi...

Atalar nahaqdan “Allah adamın ağlını alınca, canını alsın” deməyiblər./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: - “Hamısı qaraniyyətli adamlardır”

    Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə ...

    11-08-2020, 15:53

  • 
  • Mehdiyevin adı AMEA-nın sabiq prezidentləri siyahısından çıxarılıb

    Mehdiyevin adı AMEA-nın sabiq prezidentləri ...

    21-07-2023, 09:30

  • 
  • Səfər Mehdiyevlə Əli Həsənovun ilginc İŞ BİRLİYİ... - HƏLƏ DƏ DAVAM EDİR

    Səfər Mehdiyevlə Əli Həsənovun ilginc İŞ ...

    8-09-2020, 09:43

  • 
  • Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI

    Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş ...

    3-08-2020, 14:34

  • 
  • Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - Son anda Ramiz Mehdiyev...

    Rasim Məmmədovun həbsi ilə bağlı İLGİNC İDDİA - ...

    2-02-2021, 11:52


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu