İsgəndər Həmidov Türkiyədə əməliyyat olunaraq, Azərbaycana qayıdıb. Az sonra sonrakı müayinə və müalicə üçün yenidən Türkiyəyə uçmalı olub. Təyyarənin uçuş vaxtını gözləyib. Əlində olan bilet 10 gün etibarlı olub.
Vaxt olduğu üçün, İsgəndər bəy dostları ilə görüşmək üçün oğlu ilə Şamaxıdan Bakıya gələr və təmiz havada Nərd oynamaq üçün Mətbuat prospektindəki “Azərbaycan” nəşriyyatı yaxınlığında yerləşən “Qaçqınlar çayxanası” deyilən yerə gəlib. Ölümündən 2-3 gün əvvəl həmin çayxanada olarkən, tanışlarından biri Ağasi Şakiroğlunun ona qarşı olan təhqiramiz çıxışını video görüntülü göstərib. Bu zaman İsgəndər bəy videoda ünvanına iftira və təhqir dolu çıxışı görüb. Əsəbiləşib və yerə yıxılıb. Nəticədə, o, komaya düşüb və 2-3 gün sonra Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
Bu hadisədən öncə İsgəndər bəylə Tural arasında dava həddinə çatan mübahisə düşübmüş - Tural Abbaslı və Ağasi Şakiroğlu xüsusi sifarişlə İsgəndər bəyin ünvanına böhtan xarakterli fikirlər səsləndirirdilər. Bunlar, doğrudan da, Bəyə çox təsir edirdi. Nəticəsi də, ağrılı oldu.
"İsgəndər bəyin ölümünə Tural Abbaslı və Ağasi Şakiroğlu səbəb oldu!" -- deyə, dostları bu barədə hər yerdə öz ciddi sözlərini dedi.
Baxmayaraq ki, İsgəndər bəy əsl xalq hərəkatının müəlliflərindən, həm də yaradıcılarından biri idi. Tural Abbaslı ilə Ağasi Şakiroğlu isə, yeni yaradılmış Azərbaycan Xalq Hərəkatında (AXH) parçalanma yaratmaq üçün üzərlərinə götürdükləri xüsusi missiyanı yerinə yetirirdilər. Bəhs etdiyimiz bu ciddi məsələlərdən birini təsdiqləyən qısa videonu təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?