34 il öncə -1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib.
Xatırladaq ki, o zaman dövlət müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat isə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. (Digərləri isə iclasa qatılmayıb)
Dövlət müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik:
1. Arif Rəhimzadə – Milli Məclisin sabiq komitə sədri,
2. Yaşar Əliyev – Azərbaycanın Çindəki sabiq səfiri,
3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,
4. Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov – sabiq nazir, vəfat edib
6. Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sabiq sədri,
7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı
9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat
10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğul olub
11. Zeynəb Xanlarova – xalq artisti, sabiq deputat
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?