GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » «Ramiz Mehdiyevlə Əhliman Əmiraslanovun yaxınları nazir Vilayət Eyvazovun tapşırıqlarının icrasına mane olur»

«Ramiz Mehdiyevlə Əhliman Əmiraslanovun yaxınları nazir Vilayət Eyvazovun tapşırıqlarının icrasına mane olur»

Tarix: 22-10-2025, 13:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 13

Bakı şəhər sakini Ə.Əliyevin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq əməli törətmiş İlkin Şükürov adlı şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə etdiyi müraciət əsasında AR CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanılmış (242026349 nömrəli cinayət işi) və istintaqı Nərimanov rayon Polis İdarəsinə həvalə edilmişdir.

 Maraqlı olan budur ki, Ə.Əliyevə qarşı etibarından sui-istifadə edən şəxs, yəni İlkin Şükürov vaxtilə Nərimanov RPİ-də çalışmış, hazırda Nizami RPİ-nin 23-cü polis bölməsinin rəisi olan Xəyal Şükürovun qardaşıdır. Məntiqlə, baş verən cinayət əməli zərərçəkmişin xeyrinə dərhal həll edilməli idi. Yəni, kim istəyər ki, özü polis orqanlarında məsul vəzifə tutduğu halda, qardaşı belə bir cinayətdə iştirakçı olsun?! Lakin bu işdə məsələ əksinə cərəyan etməkdədir və elə narahatlıq doğuran da budur… Və ən maraqlısı, Ə.Əliyevin başına gələn bu cinayət hadisəsi ilə bağlı 242026349 nömrəli cinayət işinin istintaqına maneçilik törədən və müdaxilə edən də elə əvvəllər Nərimanov RPİ-də işləmiş polis polkovnik-leytenantı Xəyal Şükürovdur! Ona görə də Nərimanov rayon Polis İdarəsində müstəntiqlərin ötür-ötür oyunu 1 ildir ortada fırfıra kimi fırladılır və tamamlanıb məhkəməyə göndərilmir.

***

Ötən gün redaksiyamızda olan Ə.Əliyevin təqdim etdiyi mötəbər sənəd və sübutları təhlil edərkən inanılmaz fktlarla qarşılaşdıq. Hələlik qısaca olaraq qeyd edək ki, zərərçəkmiş Ə.Əliyev  cənab nazir Vilayət Eyvazovun qəbulunda olarkən Nərimanov RPİ müstəntiqlərinin hərəkətsizliyindən ciddi narahatlığını bildirərək xahiş edib ki, qeyd edilən cinayət işi üzrə obyektiv və ədalətli araşdırma aparılsın, Xəyal Şükürov tərəfindən istintaqa edilən maneçiliyin qarşısı alınsın. Deyir: «…Mən 6 fevral 2025-ci il tarixdə cənab nazir Vilayət Eyvazovun Qusarda keçirilən qəbulunda oldum, ərizəmi təqdim edərək başıma gələnləri yığcam şəkildə, sənəd və sübutlarla nazirin diqqətinə çatdırdım… Təşəkkürlərlə bildirirəm ki, hörmətli cənab nazir dərhal aidiyyəti üzrə tapşırıqlar verdi və bildirdi ki, bəhs etdiyim əməli törətmiş İlkin Şükürovun barəsində obyektiv qanuni tədbir görülməklə, cinayət işinin materialları tamamlanıb tezliklə məhkəməyə göndərilsin… Lakin təəssüflə bildirirəm ki, 8 aydan çoxdur ki, Nərimanov RPİ-nin istintaq şöbəsinin rəisi Bəkir Qarayev cənab nazir Vilayət Eyvazovun göstərişlərinin icrasını təmin etmir. Hansı ki, istintaqa İ.Şükürovun dələduzluğunu sübut edən videoçəkilişləri, səs yazılarını, SMS-ləri, 423 vatsap yazışmasını və s. təqdim etmişəm…».

Zərərçəkmişin sözlərindən o da bəlli oldu ki, İlkin Şükürov əvvəllər də dələduzluq əməlinə görə məsuliyyətə cəlb olunmuşdur, barəsində məhkəmə hökmü də var. Hazırda isə Ə.Əliyevdən başqa daha bir neçə nəfərə qarşı da oxşar əməli törətməyinə görə haqqında şikayətlər vardır, bu əməllərdə şübhəlidir. Çox maraqlıdır ki, Nərimanov RPİ-də cinayət işinin istiqtaqını aparan müstəntiq Şahmar Qurbanov və İstintaq Şöbəsinin rəisi Bəkir Qarayev isə bu qədər mötəbər maddi sübutlar olduğu halda, cinayət işinə əsassız olaraq xitam vermişlər. Zərərçəkmiş Ə.Əliyevin mütəmadi şikayətlərindən sonra Nərimanov rayon Prokurorluğu Şahmar Qurbanovun həmin qərarını ləğv etmişdir. Cinayət işi DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılmış, Nərimanov RPİ-nin İstintaq Şöbəsinə müvafiq yazılı tapşırıqlar verilmişdir.

Zərərçəkmiş Ə.Əliyev onu da deyir ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsində bu cinayət işinin istintaqı başlanan gündən, sən demə,  qanuni qərar qəbul etməli, cənab nazir Vilayət Eyvazovun göstərişlərini yerinə yetirməli olan istintaq şöbəsinin rəisi Bəkir Qarayevin mövqeyi belə olub: “Mənim İlkinin qardaşı Xəyal Şükürovla haqq-salamım var, vaxtilə burda bir idarədə işləmişik, mən onun qardaşı İlkin Şükürovu necə məsuliyyətə cəlb edim?”.

“İlkin və Xəyal Şükürov qardaşları Ramiz Mehdiyevlə deputat Əhliman Əmiraslanovun sayəsində müdafiə çəpəri ilə əhatələniblər…”

Təsəvvür edirsinizmi, bu necə istintaq şöbəsinin rəisidir ki, Prosessual Qanunvericiliyin tələblərini, cənab nazirin göstərişlərini bir kənara qoyaraq, vaxtilə bir yerdə çalışdığı iş yoldaşı ilə olan hansısa münasibətlərindən keçə bilmir!  

İndi bir suala cavab tapmağa çalışaq: axı, necə olur ki, ortada bu qədər maddi sübutlar olduğu, hətta cənab nazir Vilayət Eyvazov İlkin Şükürov  barəsində qanuni tədbirlər görülməsinə dair göstəriş verdiyi halda, axı, hansı gözəgörünməz qüvvədir ki, müstəntiqlərin ötür-ötür oyunu ilə bu cinayət işinin aqibətinə nöqtə qoyulmasına imkan vermir?

Araşdırdıq, görün ortaya nələr çıxır: məlum olur ki, İlkin və Xəyal Şükürov qardaşları Ramiz Mehdiyevlə deputat Əhliman Əmiraslanovun sayəsində müdafiə çəpəri ilə əhatələniblər. «Təzadlar» araşdırmalarında yanılmadı. O da məlum olur ki, İlkin Şükürovun qardaşı, Nizami RPİ-nin 23-cü polis bölməsinin rəisi Xəyal Şükürov Ramiz Mehdiyevin hələ əvvəllərdən məlum komandasında yer almış deputat, keçmiş rektor Əhliman Əmiraslanovun qardaşının kürəkənidir! Bu kürəkənin qardaşı İlkin Şükürov isə həmişə Ramiz Mehdiyevlə Əhliman Əmiraslanovun iş və əməl birliyindən bəhrələnən qardaşının bölmə rəisliyindən gen-bol, hətta qürurla danışırmış!

***

 İndi gəl bu istintaq dolaşıqlığından, 1 ildir zərərçəkmiş Ə.Əliyevin pozulmuş əsəb gərginliyindən, mal-mülkündən, külli miqdarda pulundan olmasının əsas səbəbinin mahiyyətindən baş aç! Bizcə, əlavə suala yer qalmadı. Amma çox istərdik ki, nə qədər gec deyil, 1 ildir bu cinayət işini Ramiz Mehdiyev və Əhliman Əmiraslanovla olan dostluq-qohumluq əlaqələrinə güvənərək əsassız yerə uzadıb zərərçəkmişi çərlədən müstəntiqlər və istintaq şöbəsinin rəisi Bəkir Qarayev göydə Allahı, yerdə isə cənab nazir Vilayət Eyvazovun məlum göstərişini diqqətə alsınlar, ədalətin bərpasını təmin etsinlər! Çünki redaksiyamızda zərərçəkmiş Ə.Əliyevin cənab Prezident İlham Əliyevə “Açıq məktub”u və müraciəti də var! Daha ətraflı növbəti yazıda bəhs ediləcək.

Elçin Məmmədli

P.S.Beləliklə, indi bildinizmi ki, İlkin Şükürovun qanunsuz əməllərinə niyə nöqtə qoymaq mümkünsüz görünür?! Sual yaranır: əgər Ramiz Mehdiyevin məlum «dəstəsində» yer almış deputat Əhliman Əmiraslanovun adı hələ də istintaq qaydalarından və cənab nazirin tapşırıqlarından üstündürsə, daha sözümüz yoxdur…

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BAKIDA DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN MÜSTƏNTİQ HƏBS OLUNDU

    BAKIDA DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN MÜSTƏNTİQ HƏBS ...

    23-10-2013, 11:35

  • 
  • BAKIDA 4 RAYONUN POLİS RƏİSİNİN YERİ DƏYİŞDİRİLDİ

    BAKIDA 4 RAYONUN POLİS RƏİSİNİN YERİ DƏYİŞDİRİLDİ ...

    22-12-2014, 21:34

  • 
  • Deputatlığa namizəd olan şəxs dələduzluqla həbs olundu - Bakıda

    Deputatlığa namizəd olan şəxs dələduzluqla həbs ...

    27-03-2018, 18:22

  • 
  • Vilayət Eyvazov bu rəislərin yerini dəyişdi - Mayora vəzifə verdi

    Vilayət Eyvazov bu rəislərin yerini dəyişdi - ...

    15-04-2020, 14:55

  • 
  • Bakıda holdinq rəhbəri tutuldu

    Bakıda holdinq rəhbəri tutuldu ...

    18-11-2015, 18:32


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu