GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Servis+” MTK qalmaqalı: Təsisçilər Bakı Kommersiya Məhkəməsinin qərardadına qəti etiraz edirlər

“Servis+” MTK qalmaqalı: Təsisçilər Bakı Kommersiya Məhkəməsinin qərardadına qəti etiraz edirlər

Tarix: 15-07-2026, 17:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 320

“Servis+” Mənzil-Tikinti Kooperativi (MTK) ətrafında uzun müddətdir davam edən məhkəmə çəkişməsi yeni mərhələyə keçib. Kooperativin əsas təsisçiləri Bakı Kommersiya Məhkəməsinin son qərardadının qanunsuz olduğunu iddia edərək Ali Məhkəmənin sədri və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, ədliyyə naziri Fərid Əhmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əhmədova və digər aidiyyəti dövlət qurumlarına müraciət ünvanladıqlarını bildirirlər.


Təsisçilərin sözlərinə görə, “Servis+” MTK-nın nizamnamə kapitalının 71,2 faizinə sahib olan əsas investorlar təxminən bir il əvvəl kooperativin idarəçiliyindən kənarlaşdırılıblar. Onlar iddia edirlər ki, bundan sonra layihənin keçmiş rəhbəri Arzu Kazımov kooperativ üzərində faktiki nəzarəti ələ keçirib, nəvəsi Kamal Məmmədovu MTK sədri kimi təqdim edərək yaşayış kompleksində mənzillərin satışını davam etdirib.

Müraciətdə qeyd olunur ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa edilən 8 bloklu, 16 mərtəbəli yaşayış kompleksi ilə bağlı məhkəmə çəkişmələri davam etdiyi halda mənzillərin satışı dayandırılmayıb. Təsisçilər hesab edirlər ki, bu vəziyyət həm onların əmlak hüquqlarının pozulmasına, həm də mənzil alan vətəndaşlar üçün gələcəkdə ciddi hüquqi problemlərin yaranmasına səbəb ola bilər.

Onların bildirdiyinə görə, Bakı Kommersiya Məhkəməsi 2026-cı ilin yanvar ayında iddianın təmin edilməsi tədbiri kimi kooperativdə mənzillərin satışı və digər sərəncam əməliyyatlarının dayandırılması barədə qərardad qəbul edib. Bu qərarın icrası üçün Qaradağ Rayon İcra Şöbəsi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xəbərdarlıqlar edildiyi qeyd olunur.

Təsisçilər iddia edirlər ki, buna baxmayaraq satış prosesi davam edib. Onların sözlərinə görə, icra məmurları tərəfindən aparılan yoxlamalar nəticəsində bu hal müəyyən edilib, Kamal Məmmədov barəsində inzibati protokol tərtib olunub və Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati məsuliyyət tədbiri tətbiq edilib. Bildirilir ki, sonradan Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

Müraciətdə daha sonra qeyd edilir ki, kooperativin ümumi yığıncağında Kamal Məmmədov vəzifədən uzaqlaşdırılıb, Zəka Zeynalov yeni sədr seçilib və bu dəyişiklik dövlət reyestrində də qeydə alınıb. Lakin təsisçilər iddia edirlər ki, dövlət reyestrində qanuni təmsilçi kimi qeydiyyata alınmasına baxmayaraq, Zəka Zeynalov bu günədək kooperativin inzibati binasına daxil ola bilmir və faktiki idarəetməni həyata keçirə bilmir.

Onların sözlərinə görə, bu səbəbdən Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək yeni seçilmiş sədrin fəaliyyətinə maneələrin aradan qaldırılması, kooperativ sənədlərinin mühafizəsi və qanuni idarəetmənin təmin edilməsi üçün müvəqqəti təminat tədbirlərinin görülməsi xahiş olunub. Lakin təsisçilər hesab edirlər ki, məhkəmənin 14 iyul tarixli son qərardadı bu tələbləri təmin etməyərək mövcud vəziyyətin dəyişmədən qalmasına səbəb olub.

Təsisçilər bildirirlər ki, son qərardad məhkəmənin bu ilin yanvar ayında qəbul etdiyi və mənzil satışlarını qadağan edən qərardadla ziddiyyət təşkil edir. Onların fikrincə, bu vəziyyət qanunsuz hesab etdikləri fəaliyyətin davam etməsinə hüquqi zəmin yarada bilər.

Müraciətdə həmçinin iddia olunur ki, Arzu Kazımov və onun vəkili müxtəlif məhkəmə instansiyalarında əlaqələrinin olduğunu bildirirlər. Bu iddialarla bağlı redaksiyamızın müstəqil təsdiqləyici məlumatı yoxdur və adı çəkilən şəxslərin mövqeyi təqdim olunan materialda yer almır.

Təsisçilər hüquq-mühafizə orqanlarını, Məhkəmə-Hüquq Şurasını və digər aidiyyəti dövlət qurumlarını Bakı Kommersiya Məhkəməsinin əvvəlki qərardadlarının icrasının təmin edilməsinə, kooperativin sənədlərinin və əmlakının qorunmasına, mübahisəli mənzil satışlarının dayandırılmasına və qanuni idarəetmənin bərpasına kömək göstərməyə çağırırlar.

Qeyd: Məqalədə yer alan ittiham və iddialar “Servis+” MTK-nın təsisçilərinin müraciətinə əsaslanır. Arzu Kazımovun, vəkili Ruslan Umudovun, Bakı Kommersiya Məhkəməsinin və adı çəkilən digər şəxslərin bu iddialarla bağlı mövqeyi təqdim edilməyib. Onların cavabı daxil olduğu təqdirdə dərc olunmağa hazırdır.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Cənnət MTK"-nın 2 milyonluq İŞTAHASI... - QALMAQAL

    "Cənnət MTK"-nın 2 milyonluq ...

    14-07-2021, 12:04

  • 
  • “Olimpus-az” MTK-nın işini baş prokurorluq araşdıracaq

    “Olimpus-az” MTK-nın işini baş prokurorluq ...

    11-03-2019, 16:27

  • 
  • "Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu

    "Sevil Massivi" MTK-nın vəzifəli ...

    11-07-2017, 12:25

  • 
  • “Şərur” MTK-nın rəhbəri qanunları necə pozur? - ETİRAZ

    “Şərur” MTK-nın rəhbəri qanunları necə pozur? - ...

    23-06-2020, 12:18

  • 
  • Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR

    Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır ...

    26-09-2020, 17:03


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu