Gundemxeber.az » İqtisadiyyat » Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.
Eyni zamanda, 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub.
Gundemxeber.org
6-08-2026, 18:32
8-11-2021, 10:39
15-06-2017, 19:10
19-01-2021, 15:22
6-08-2026, 22:16
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?