Gundemxeber.az » İqtisadiyyat » SOCAR: Ötən il iki layihəsi nəticəsində 63,7 min tonadək CO₂ ekvivalenti istixana qazı emissiyası azaldılıb
2025-ci il ərzində həyata keçirilmiş iki karbon layihəsi nəticəsində 63 min 697 tCO₂e həcmində istixana qazı emissiyalarının azaldılması təmin edilib.
Gundemxeber.org xəbər verir ki, bu barədə SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında deyilir. Bildirilir ki, Laçında həyata keçirilən SOCAR Hydro Bundle-3 bərpaolunan enerji layihəsi çərçivəsində 5872 tCO₂e həcmində emissiyanın qarşısı alınıb. Layihə 7,1 MVt gücündə kiçik su elektrik enerjisi istehsalı hesabına qalıq yanacaq əsaslı elektrik enerjisinin bərpa olunan enerji ilə əvəzlənməsini təmin edir.
“Neft Daşları”da həyata keçirilən Advanced LDAR layihəsi vasitəsilə 57 min 825 tCO₂e həcmində metan emissiyalarının azaldılması təmin edilib. Layihə sızmaların sistemli şəkildə aşkarlanmasını, kəmiyyətinin müəyyən edilməsini və vaxtında təmirini dəstəkləyir.
Xəzər regionunda su ekosistemlərinin dayanıqlığına töhfə vermək məqsədilə nərə və Xəzər qızılbalığı populyasiyalarının mühafizəsi və bərpasına yönəlmiş təşəbbüslər dəstəklənib.
Gundemxeber.org
6-12-2019, 11:52
Dünən, 20:11
22-06-2015, 18:42
22-06-2015, 18:42
20-02-2020, 14:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?