Gundemxeber.az » İqtisadiyyat » Qlobal neft tələbatının artım tempi bu il yavaşlayacaq - PROQNOZ
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.
Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,9 mln. barel olacaq (öncəki proqnoz göstərici – 107,88 mln. barel) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 2,16 mln. barel çoxdur.
Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 105,74 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz göstərici - 105,94 mln. barel), bu da 2025-ci ilin göstəricisi (105,16 mln. barel) ilə müqayisədə 0,58 mln. barel çoxdur.
Xatırladaq ki, 2024-cü ildə qlobal gündəlik neft tələbatı ortalama 103,84 mln. barel olub.
Gundemxeber.org
9-08-2023, 14:24
18-01-2023, 13:58
9-09-2020, 10:12
10-01-2020, 21:16
28-06-2021, 11:04
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?