Gundemxeber.az » İqtisadiyyat » BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib
Bank olmayan kredit təşkilatlarının (BOKT) öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd - 1, 3 və 10 misli hədləri müəyyənləşdirilib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Mərkəzi Bankın "BOKT-lər: Tənzimləmə çərçivəsi və bazar transformasiyası" mövzusunda təlimdə deyib.
O qeyd edib ki, hazırda 53 BOKT fəaliyyət göstərir, 14 BOKT-də xarici kapital iştirak edir. 32 BOKT-də filial şəbəkəsi mövcuddur. Bunlardan 84 faizi Bakıdan kənardadır. Bu da banklarla müqayisədə daha geniş təmsil olunma deməkdir.
X.İsmayılov bildirib ki, ölkədə BOKT-lərin istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35 faizdir. Məqsəd isə cəlb olunan vəsaitin daha yüksək faizlərlə müştərilərə təqdim edilməsinin qarşısını almaqdır: "BOKT-lərin kifayət qədər kapitalı olmalıdır. Belə ki, BOKT-nin kapitalı 5 milyon manatdırsa, onun öhdəlikləri 5 milyon manat və ya 15 milyon manat səviyyəsində olmalıdır".
22-12-2018, 11:46
1-07-2020, 11:56
1-06-2021, 14:19
4-04-2019, 15:25
2-11-2018, 13:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?