GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycana gizli yolla çoxlu pul daxil olur: - Xarici qrantların qarşısı niyə alınır?..

Azərbaycana gizli yolla çoxlu pul daxil olur: - Xarici qrantların qarşısı niyə alınır?..

Tarix: 31-08-2021, 14:39 Bölmə :İqtisadiyyat Baxış: 2 343


Bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri son vaxtlar maliyyə çatışmazlığı ucbatından səmərəli fəaliyyət göstərə bilmədiklərini deyirlər. Onların bir çoxu vəsait çatışmazlığına görə Maliyyə Nazirliyini ittiham edir.
2021-ci il üzrə dövlət büdcəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinə 6 milyon 316 min vəsait ayrılıb. Bunun da 4 milyon 395 min manatı qrant layihələrini maliyyələşdirmək üçün nəzərdə tutulub.

Təşkilatların rəhbərləri Maliyyə Nazirliyini ittiham edərək bildirir ki, nazirlik büdcədə nəzərdə tutulmuş vəsaiti ayırmır. Nəticədə müxtəlif QHT-lərə Dövlət Dəstəyi Agentliyi də qrant müsabiqəsi elan etmir, təşkilatlar pulsuzluq ucbatından işləyə bilmir.

Maliyyə Nazirliyi isə bu ittihamla razılaşmır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qrant layihələrinin maliyyələşdirilməsi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyindən sifariş daxil olmalı, bundan sonra vəsait köçürülməlidir. Hələ ki, sifariş daxil olmayıb: “Cavabdeh qurum tərəfindən Maliyyə Nazirliyinə sifariş daxil olan kimi ayrılacaq vəsaitin icrası qununvericiliyə uyğun olaraq, xəzinədarlıq orqanları tərəfindən həyata keçiriləcək”.

Azərbaycanda xüsusən 2000-2012-ci illərdə QHT-lər böyük inkişaf yolu keçdi. Bu müddətdə ölkədə xeyli xarici təşkilatlar fəaliyyət göstərdi, yüzlərlə layihələr icra olundu. Eyni zamanda, bir sıra xarici donorlar Azərbaycandakı təşkilatlara layihələrin icrası üçün milyonlarla vəsait ayırdı. Amma 2012-ci ildən başlayaraq, hökumət QHT-lərin fəaliyyətini məhdudlaşdıran addımlar atmağa başladı. Qanunvericiliyə dəyişiklik etməklə, xarici donorlardan maliyyələşmənin qarşısı alındı. 2014-cü ildə xeyli tanınmış QHT rəhbərləri mənimsəmə, israfçılıq, vergidən yayınma kimi ittihamlarla həbs olundu. Onlar əsasən hökumətin fəaliyyətini tənqid edən, seçki prosesində, məhkəmə sistemində və s. monitorinqlər aparıb, qanunsuzluqları üzə çıxaran və hesabat şəklində yayan təşkilat rəhbərləri idi. Məhkəmənin hökmüylə onlara uzunmüddətli həbs cəzaları kəsilsə də, heç biri sona qədər həbsdə saxlanmadı. Sözügedən QHT rəhbərlərinin hamısı onlar haqqında çıxarılmış hökmlərdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdilər. Avropa Məhkəməsi onların hamısının işində Avropa Konvensiyasının 18-ci (Konvensiyadan kənar səbəblərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanımaqla, bu təşkilat rəhbərlərinin siyasi motivlərlə həbs olunduğunu bəyan etdi. Hökumətin üzərinə onların hər birinə əsassız həbsdə saxlanmaya görə kompensasiya ödəmək öhdəliyi qoyuldu. Avropa Məhkəməsinin daha bir tələbi isə həmin şəxslərin işinə yenidən baxılması idi. Kompensasiyalar ödənilsə də, işə yenidən baxılması öhdəliyi yalnız Bakı İnsan Hüquqları Klubunun təsisçisi Rəsul Cəfərova münasibətdə yerinə yetirildi. Ali Məhkəmənin Plenumu Rəsul Cəfərov haqqında hökmü, həmin hökmün qüvvədə saxlanmasına dair yuxarı instansiya məhkəmələrinin qərarlarını əsassız hesab etdi. Onun haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verildi. Üstəlik, Avropa Məhkəməsinin müəyyənləşdirdiyi kompensasiyadan əlavə, Ali Məhkəmənin Plenumu da Rəsul Cəfərova 58 min manat təzminat ödənilməsinə qərar verdi.

QHT rəhbərlərilə bağlı məhkəmə prosesləri bir sıra təşkilatların fəaliyyətində yeyinti və səhlənkarlıq hallarının mövcudluğunu ortaya qoydu. Təsadüfi deyil ki, bəzi ekspertlər 2014-cü ildə QHT sektorundakı həbsləri hökumətin “bir güllə ilə iki dovşan vurmaq” cəhdi kimi qiymətləndirirdi. Hökumət bir tərəfdən tənqidçilərini həbs etməklə susdurur, digər tərəfdən isə cəmiyyətə göstərir ki, məni korrupsiya və başqa qanunsuz əməllərdə ittiham edənlərin özləri də şəffaf işləmir. Beynəlxalq təşkilatların ayırdığı vəsaitlər bir çox hallarda mənimsənilir.

Lakin nəzərə almaq lazımdır ki, hökumət tətbiq etdiyi məhdudiyyətlərlə səmərəli fəaliyyət göstərən xeyli beynəlxalq təşkilatları da ölkədən “qaçırdı”. Bir çox sahələrdə layihələrin icrası dayandırıldı. Bu həm də həmin layihələrdə çalışıb, gəlir əldə edən vətəndaşlara da zərbə idi. Müxtəlif səfirliklər, xarici təşkilatların maliyyə dəstəyilə bölgələrdə xeyli sosial layihələr həyata keçirilirdi. Məsələn, məktəb tikintisindən tutmuş, su xətlərinin çəkilməsinə qədər...

QHT-lərə Dövlət Dəstəyi Şurası çoxlu sayda təşkilata kiçik həcmli qrantlar ayırırdı. Amma bu layihələrin bir qismi səmərəli olurdu. 2021-ci ilin aprelində Prezident İlham Əliyevin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edildi. Onun əsasında hüquqi varisi kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradıldı.

Agentliyin Müşahidə Şurasının üzvlərindən biri - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyir ki, xaricdən maliyyələşmənin qarşısını almaq üçün atılan addımlar məqsədinə çatmayıb. Onun sözlərinə görə, yenə də xarici donorlardan Azərbaycana maliyyə gəlir, amma qeyri-leqal şəkildə: “NED-in (National Endowment for Democracy) 2020-ci il üzrə maliyyə hesabatından məlum olur ki, ötən il Azərbaycandakı təşkilatlara nə qədər maliyyə ayrılıb. Kifayət qədər böyük məbləğdir. Təhlükəsizlik baxımından maliyyə alan təşkilatların adı açıqlanmayıb. Amma bu, sübut edir ki, xaricdən maliyyənin qarşısı alınmayıb. NED-in illik hesabat təqdim etmək öhdəliyi var, ona görə açıqlayır. Amma bir çox təşkilatlar heç bunu açıqlamır. Deməli, qeyri-leqal şəkildə xarici donorlardan onsuz da maliyyə daxil olur. Bunun üçün müxtəlif yollar var: Gürcüstan modeli, nağdlaşma və s. Qeyri-leqal qrantların hesabatlılığı da olmayacaq”.

Günel Səfərovanın sözlərinə görə, Azərbaycanda faydalı layihələr həyata keçirə biləcək xeyli xarici təşkilatlar var və onları küsdürmək doğru deyil. Ona görə də qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər veriblər: “Həqiqətən ehtiyacımız olan sahələrdə iş görə biləcək təşkilatları Azərbaycandan küsdürməkdənsə, mexanizm qurub, onlarla işləmək lazımdır. Elə bir mexanizm qurulmalıdır ki, Azərbaycanda qeydiyyat məsələsi sadələşsin. Qanunda sadədir, amma reallıqda yubadırlar. Demək istədiyim budur ki, əsas niyyətdir, siyasi iradədir. Vətəndaş cəmiyyəti sektorunu addım-addım dirçəltmək istəyirik. Əvvəl beynəlxalq təşkilatların burada işləməsinə imkan verilsin, vəziyyətə baxılsın, sonra da xaricdən maliyyələşmə məsələsinə də diqqət yetirmək olar. Deyirlər ki, dövlət maraqları əleyhinə işlər gedir, əlimizdə faktlar var. Qoy, özləri nəzarət eləsin, amma bu proses başlasın. Vətəndaş cəmiyyəti ancaq dövlətin büdcəsinə “yüklənə” bilməz. Ümid edirik ki, Milli Məclisin payız sessiyasında təkliflərimiz nəzərə alınar, qanun dəyişər”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elan etməməsi, Maliyyə Nazirliyinin vəsaiti köçürməməsi məsələsinə gəlincə, Müşahidə Şurasının üzvü deyir ki, yubanma onlardan asılı səbəblərdən deyil: “Bur çoxları Agentliyə ancaq qrant verən qurum kimi baxır. Amma o, yalnız qrant verməyəcək. Təkcə bilik və bacarıqların inkişafı yox, ümumiliyyətlə, dövlətin donorçuluq siyasətini formalaşdıracaq. Ayrı-ayrılıqda qrant verən nazirliklər, komitələr də o meyarlardan istifadə edə biləcək. Bunun gecikməsini Agentliyin fəaliyyətinin gecikməsi kimi qiymətləndirmək doğru deyil. Hamı bilir ki, meyarların seçilməsi, istiqamətlərin müəyyənləşdirilməsi və s. məsələlər Nazirlər Kabineti tərəfindən də təsdiq olunmalıdır. Bu, bir şəxsdən asılı deyil, struktura bağlı prosedurdur. O demək deyil ki, Agentlik işləmir. Agentlik işləyir, sadəcə, yekun strukturun formalaşması, büdcənin təsdiqi zaman alır. Dövlət qurumlarında bu məsələlərin müzakirəsi zaman alan işdir”.//Bizimyol.info//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • Maliyyə Nazirliyinin açıqlaması həqiqəti əks etdirmir - Bürokratiya, yoxsa məsuliyyətsizlik? - ƏTRAFLI

    Maliyyə Nazirliyinin açıqlaması həqiqəti əks ...

    27-08-2021, 13:52

  • 
  • Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

    Azay Quliyev: "Xarici QHT-lərə vəsait ...

    26-01-2018, 14:05

  • 
  • Deputatlar dövlət büdcəsindən necə pul çıxarır?-SIYAHI

    Deputatlar dövlət büdcəsindən necə pul ...

    22-03-2019, 15:43

  • 
  • MTN Prezident yanındakı QHT Şurasını da, öz poliqonuna çevirib

    MTN Prezident yanındakı QHT Şurasını da, öz ...

    20-11-2015, 18:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu