GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

Tarix: 30-06-2026, 21:40 Bölmə :İqtisadiyyat Baxış: 9

Bahalı biletlər, yüksək qiymətlər:
Turizm və ictimai iaşə sektoru son illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas hərəkətverici sahələrindən biri kimi qiymətləndirilsə də, 2025-ci ilin nəticələri bu istiqamətdə gözləntilərlə reallıq arasında müəyyən fərqin olduğunu göstərir. Hesablama Palatasının qiymətləndirməsinə görə, sektor ötən ili 8,5 faiz real artımla başa vurub, amma bu göstərici həm ilkin, həm də sonradan yenilənmiş proqnozlardan geri qalıb.

Mütəxəssislər hesab edirlər ki, nəticələr bir tərəfdən sahədə müsbət dinamikanın davam etdiyini təsdiqləsə də, digər tərəfdən turizm potensialının tam reallaşdırılmasına mane olan amillərin hələ də qalmaqda olduğunu ortaya çıxarır.

Xatırladaq ki, may ayında Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində də Azərbaycanda turizm sahəsindəki mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər daxil edilib və ətraflı müzakirə olunub.

Bəs proqnozlarla faktiki nəticələr arasındakı fərq hansı səbəblərdən yaranıb?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

“Turistlər başqa ölkələri seçməyi üstün tuturlar”

İqtisadçı-ekspert Elmir Səfərlinin fikrincə, turizmdə artım tempinin aşağı düşməsinin əsas səbəblərindən biri ölkəmizdə təyyarə biletlərinin baha olması ilə bağlıdır: “Təyyarə biletləri baha olduğundan xaricdən ölkəmizə gələn turistlərin sayı azalıb. Turizm məhsulları, xidmətlər, ərzaq məhsulları ötən illərlə müqayisədə kəskin şəkildə artdığı üçün hər bir turistin xərclədiyi məbləğ də artır. Ona görə turistlər başqa ölkələri seçməyi üstün tuturlar”.

“Bütün hotellər, məişət-iaşə obyektləri 4-5 ulduza uyğun tikilir”

İqtisadçı artıma mane olan daxili faktorların olduğunu da bildirir: “Problem hotellərin, məişət-iaşə obyektlərinin qiymətlərinin baha olması, satınalma gücünə uyğun olmayan qiymətlərin formalaşmasıdır. Bütün hotellər, məişət-iaşə obyektləri 4-5 ulduza uyğun tikilir. Aşağı seqmentasiyada olan obyektlərin tikilməsi bizim sahibkarlar tərəfindən realizə olunmur. Ona görə də müəyyən seqment insanlar var ki, onların daxili turizmdə istirahət etməsi uyğun görünmür”.

Ekspertin fikrincə, turizmdə artımın olmaması hava şəraiti ilə də bağlı ola bilər: “Qış turizmi üçün qar olmaması, yayda dəniz mövsümündə havaların sərin keçməsi turist sayına təsir edir”.

İqtisadçının fikrincə, bölgələrdə yerləşən turizm obyektlərinə xüsusi vergi güzəştləri olmalıdır: “Nəticədə onlar da müəyyən qiymətləri aşağı salmaq imkanına malik olacaqlar. Müəyyən müddətdən sonra xidmət səviyyəsi artdığı üçün turizmin də daha sürətlə inkişaf etdiyini görə bilərik. Xüsusən hotel, məişət-iaşə obyektlərində bu sahədə təhsil almış mütəxəssislərin sayı azdır. Xarici ölkələrdə çalışan personallar hamısı təlimləndirilib. Bizdə bu cür peşə təlimləri həyata keçirilmir. Bu da turist sayına təsir edir”.

Bahalı biletlər, yüksək qiymətlər: Turistlərin ölkəmizdən üz çevirmələrinin SƏBƏBLƏRİ

“Turizm təkcə regionların təbiəti ilə məhdudlaşmamalıdır”

İqtisadçı bildirir ki, turizm təkcə regionların təbiəti ilə məhdudlaşmamalıdır. Turistlərə tarixi yerlər, incəsənət, musiqi, muzey, idman, sağlamlıq, elmi-mədəni və s. turizm də təklif edilməlidir: “Bu gün Naftalan sağlamlıq turizmi yetərli qədər potensiala malikdir. Amma xaricdən ora nə qədər turist cəlb edə bilirik? Bu, sual altındadır. Hər bir regionun xüsusiyyətlərinə xas turizm qurmaq mümkündür. O cümlədən, işğaldan azad olunan torpaqlarımızda turizmi inkişaf etdirmək, vahid işğal muzeyi yaratmaq olar”. E.Səfərli hesab edir ki, konkret artıma nail olmaq üçün turizmin strateji planı olmalıdır: “Dövlət Turizm Agentliyi və bu istiqamətdə fəaliyyət göstərən qurumların turizmin inkişafına dair strateji yol xəritəsi formalaşmalıdır. Buna əsasən, harada əskiklik varsa, aradan qaldırılmalıdır. Əks halda, turizmin inkişafından söhbət gedə bilməz”.

“Bu zərərdən Azərbaycana da pay düşür”

Turizmçi Rəhman Quliyevin fikrincə, dünyada baş verən geosiyasi dəyişikliklər, hərbi münaqişələr Azərbaycanda turist axınına da ciddi təsir göstərməkdə davam edir: “Dünya Turizm Şurasının açıqlamasına görə, körfəz müharibəsi dövründə beynəlxalq turizmə hər gün 600 milyarddan çox zərər dəyir. Təbii ki, bu zərərdən Azərbaycana da pay düşür. Nəzərə alsaq ki, ölkəmizə gələn turistlərin əksəriyyəti körfəz ölkələrindən – Səudiyyə Ərəbistanı, Qətər, Oman və digər ölkələrdən gəlir və ölkəmizə Asiyadan gələn turistlər körfəz ölkələri səmasından keçərək uçurlar, onda vəziyyət təsəvvür etmək çətin deyil. Aviareyslərin məhdud fəaliyyəti, hava limanlarının bağlanması turist axınına ciddi zərər vurur. Hava məkanlarının bağlı olması Asiyadan gələn aviareyslərin yolunu daha da uzadır və bu da əlavə xərclərin yaranmasına, biletlərin bahalaşmasına səbəb olur. Bu da özünü turistlərin hesab-fakturasında göstərir”.

Ekspert hesab edir ki, xaricdən gələn turistlərin azalması yerli daxili turizmin inkişafı üçün münbit şərait yaradır: “Biz statistikanı əsas götürməməliyik. Bəzən rəqəmlərdə də müəyyən yanlışlıqlar ola bilər. Yerli turistlər bölgələrə kütləvi surətdə axın edirlər. Bu zaman kənd turizmi də inkişaf edir. Bu gün regionlara gedən turistlərin 30 faizi yerli sakinlərin evini icarəyə götürür. Amma bunun statistikası aparılmır. Bu, əslində artımdır və turizmdə canlanmadır.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir: Prezident tənqid etsə də, qiymətlər ucuzlaşmayacaq

    Nazir: Prezident tənqid etsə də, qiymətlər ...

    28-09-2015, 14:17

  • 
  • Pandemiya nəticəsində turizm sektoruna dəyən ziyan açıqlandı

    Pandemiya nəticəsində turizm sektoruna dəyən ...

    25-08-2020, 14:23

  • 
  • Turizm sektoru nə zaman canlanacaq? - RƏSMİ MÖVQE

    Turizm sektoru nə zaman canlanacaq? - RƏSMİ MÖVQE ...

    23-04-2021, 15:20

  • 
  • Azərbaycana gələn turistlərin sayı ötən ilə nisbətən 24.5 faiz artıb

    Azərbaycana gələn turistlərin sayı ötən ilə ...

    13-06-2017, 13:02

  • 
  • Azərbaycanda iqtisadi və siyasi vəziyyət necədir? - TƏHLİL

    Azərbaycanda iqtisadi və siyasi vəziyyət necədir? ...

    10-03-2026, 11:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu