Gundemxeber.az » Manşet » Dövlət İdarəsində Harınlıq və Mənəvi Məsuliyyət - ŞOK GÖRÜNTÜLƏR
Dövlət müəssisəsində baş verən və videoda aydın şəkildə əks olunan kadrlar sadəcə bir idarədaxili mübahisə deyil, cəmiyyətin mənəvi dəyərlərinə, ədalət prinsipinə və dövlətçiliyə qarşı böyük bir hörmətsizlikdir. General-mayor Natiq Əliyevin qızının dövlət idarəsində törətdiyi bu qalmaqal sadəcə bir özbaşınalıq deyil, bu torpaq üçün canını və sağlamlığını qoyan insanlara qarşı göstərilən açık-aşkar hörmətsizlikdir.
Videoda əks olunan kadrlar insanı dərin təəssüf və təəccüb hissi ilə baş-başa buraxır:
General-mayor Natiq Əliyevin qızı dövlət idarəsində özünü tamamilə qanunlardan və etik çərçivələrdən üstün tutur. Ətrafdakılara, məmurlara və xüsusilə də qaziyə qarşı amiranə, yüksək tonda və təkəbbürlü davranaraq atasının vəzifəsinə arxalandığını açıq-aşkar hiss etdirir. Hətta qazini videoya çəkərək şantaj etməyə çalışması, mühafizəçilərə əmr verib qazini oradan aparmağı tələb etməsi məmur övladının gəldiyi harınlıq həddini nümayiş etdirir.
Digər tərəfdə isə bütün bu təzyiqlərə, hədələrə və hörmətsizliyə ləyaqətlə sine gərən bir Vətən müdafiəçisi var. Bədənindəki qəlpələri, bu torpaq üçün keçdiyi ağır yolları xatırladan qazinin duruşu, təkəbbür qarşısında haqqın və ləyaqətin səsi olur.
Azərbaycan cəmiyyətində bu sualın cavabı çox aydın və qəti olmalıdır: Bu ölkədə haqqı olan vuruşub can verən qazilərdir, yoxsa atasının vəzifəsinə arxalanıb harınlayan məmur övladları?!
Dövlət idarələri hər bir vətəndaşa, xüsusilə də bu vətən üçün canını ortaya qoyan qazilərimizə xidmət etmək üçün vardır. Atasının rütbəsinə və vəzifəsinə güvenib dövlətin idarəsində özbaşınalıq edənlərə qarşı hüquqi və mənəvi müstəvidə ən sərt addımların atılması cəmiyyətdə ədalət hissinin qorunması üçün həyati əhəmiyyət kəsb edir.
Gundemxeber.org
2-07-2020, 12:20
30-05-2018, 12:27
3-02-2016, 20:46
17-08-2015, 21:57
20-06-2019, 12:41
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?