Gundemxeber.az » Manşet » "Şantaj mexanizmləri, saxta imic və tikinti fırıldaqləğı" — "XLESTAKOV"UN SƏRGÜZƏŞTLƏRİ"
(Əvvəli ötən sayımızda)
Ziyalı müəllimin Aydəm (Adəm) İsmayılov barəsində təqdim etdiyi faktların davamı:
"Aydəm İsmayılovun əsas iş metodlarından biri ünsiyyətdə olduğu şəxslərin gizli səs yazılarını aparmaq və bunlardan şantaj vasitəsi kimi istifadə etməkdir. Bu şəxs yay aylarında — 40 dərəcə istidə belə daim pencəklə gəzir və ya onu qoltuğunda daşıyır. Çünki pencəyində xüsusi səs yazan cihaz yerləşdirilib. Məhz bu səbəbdən onunla təmasda olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir: görüşlərdə və qəbullarda telefonlar təhvil verilsə də, söhbətlər həmin gizli cihaz vasitəsilə lentə alınır.
Saxta eynək, 211-lə nömrə və Qoqolun "Müfəttiş" obrazı
Aydəm İsmayılov ictimaiyyət arasında "ciddi iş adamı" və "siyasi analitik" imici yaratmaq üçün müxtəlif visual və sosial atributlardan ustalıqla yararlanır:
Taxdığı eynəyin nə plyusu var, nə de minusu. Bu, sadəcə görüşlərdə və fotoçəkilişlərdə "ziyalı" görünmək üçün istifadə olunan aksessuardır.
Vaxtilə Rabitə Nazirliyinin "MTN işi"ndə həbs edilmiş rəhbər şəxslərindən birinin vasitəsilə əldə olunduğu bildirilən "050 211 ...." nömrəsi qarşıdakı insanlarda etibar qazanmaq məqsədi daşıyır.

Bu vəziyyət rus dramaturqu Nikolay Qoqolun "Müfəttiş" əsərindəki Xlestakov obrazını xatırladır: geyim, kostyum və saxta imiclə rola girərək insanları aldadır, sonda isə onları acınacaqlı və gülünc vəziyyətdə qoyur.
Zərərçəkənlərin axtarılıb tapılması mexanizmi
Aydəm İsmayılov əsasən sosial problemləri olan, tikintilərdə mülkünü itirən və ya ailəvi çətinliklərlə üzləşən insanları, xüsusilə qadınları hədəf seçir. Problemli tikintilərdə zərər çəkən şəxsləri şəxsən taparaq özünü "hər şeyi həll edə bilən nüfuzlu iş adamı" kimi təqdim edir. Kövrək vədləri ilə onların etibarını qazanaraq yeni dələduzluq sxemlərinə cəlb edir. Yeni Yasamalda tikintidən aldadılan şəhid ailələri və digər zərərçəkənlər məhz bu sxemin qurbanına çevriliblər.
Yasamal rayonundakı 1,1 milyonluq tikinti fırıldağı
Ciddi məsələlərdən biri Yasamal rayonu ərazisində — Statistika Komitəsinin arxasında, Uşaq Nevroloji Xəstəxanasına bitişik tikilən 4 bloklu yaşayış binası ilə bağlıdır. Hadisələrin inkişaf ssenarisi belə olub:

Aydəm İsmayılov Beynəlxalq Bankın keçmiş yetkililəri vasitəsilə rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla görüşməyə müvəffəq olub.
Görüşdə özünü Finlandiya və Baltikyanı ölkələrdə böyük tikinti layihələri həyata keçirən iş adamı kimi qələmə verib.
İcra başçısının güvənini qazanaraq tikintinin 50%-lik şərikinə çevrilib, layihənin bütün idarəçiliyini və şirkətin möhrünü ələ keçirib.
Tikintini aparmaq əvəzinə, payını 10%, 15%, 20%-lərlə başqa şəxslərə satmağa başlayıb. İcra başçısı fırıldağın üstünü açdıqdan sonra "Etibar-İnşaat" MTK-nın sənədlərini və idarəçiliyini Aydəm İsmayılovun qardaşından geri ala bilib. Məsələ ilə bağlı zərərçəkmiş vətəndaşların şikayəti əsasında Yasamal Rayon Polis İdarəsində təhqiqat və istintaq aparılıb (həmin vaxt verdiyi izahatın fotosu redaksiyamıza təqdim olunub).

Lakin Yasamal Rayon Polis İdarəsində araşdırma aparılsa da, vətəndaşın 179 min manatının mənimsənilməsi faktı hələ də öz həllini tapmayıb.
Təhlükənin miqyasını nəzərə alaraq icra başçılarına, tikinti sektoru üzrə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə, iş adamlarına və xüsusilə işğaldan azad olunmuş ərazilərdə tikinti aparan xüsusi nümayəndələrə xəbərdarlıq edilir: Bu adamdan son dərəcə ehtiyatlı olun! Əks halda Yasamal rayon icra başçısının düşdüyü vəziyyətlə üzləşə bilərsiniz."
(Ardı var...) Gundemxeber.org
P.S. "Yeni Yasamal yaşayış massivində tikintisi yarımçıq qalan "Qlobal-SF" MTK tərəfindən pulu alınmış vətəndaşların məhkəməyə çoxsaylı müraciətlərinin qarşısını almaq üçün Adəm İsmayılov (Xlestakov) Ali Məhkəmənin sədri İnam Kərimovun adından istifadə edir. Onunla yaxınlığını və vaxtilə eyni nazirlikdə işlədiklərini bildirərək məhkəmə işlərini öz xeyrinə həll etməyə müvəffəq olur" - deyə Ziyalı müəllim bildirib.
10-08-2026, 20:20
18-12-2020, 16:36
26-11-2018, 16:47
5-05-2015, 22:09
19-10-2018, 15:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?