Gundemxeber.az » Manşet » “Uca İnşaat” şirkətinin rəhbəri haqqında cinayət işi yenidən gündəmdə: Zərərçəkənlərin sayı və dəymiş ziyan dəqiqləşdirilir
2024-cü ilin aprel ayında “Uca İnşaat” MMC-nin rəhbəri İsmayılov Fəzail Əkbər oğlunun vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinərək saxlanılması barədə məlumat verilmişdi. Mənzillərin təmiri adı altında müxtəlif şəxslərdən külli miqdarda pul alaraq öhdəliklərini yerinə yetirməyən şirkət rəhbəri ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan müraciətlər əsasında başlanılmış araşdırmalar çərçivəsində yeni təfərrüatlar ortaya çıxıb.
Proses yenidən aktivləşdi
Ötən müddət ərzində aparılan istintaq tədbirləri və hüquq-mühafizə orqanlarına edilən əlavə müraciətlər nəticəsində məsələ yenidən gündəmə gəlib. İlk vaxtlar 6-7 nəfər zərərçəkənin olduğu bildirilsə də, prosesin davamında aldadılan vətəndaşların sayının və onlara vurulan maddi ziyanın həcminin daha böyük olduğu üzə çıxıb.
Gundemxeber.org-a daxil olan son məlumatlara görə, F.İsmayılovun əməllərindən zərər çəkən şəxslərin şikayətləri əsasında istintaq prosesi genişləndirilib. Zərərçəkənlər şirkətlə müqavilə bağlayaraq əvvəlcədən böyük məbləğdə ödəniş etsələr də, təmir işlərinin ya yarıda saxlanıldığını, ya da heç başlamadığını bildirirlər.
İstintaq davam edir
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri intensiv şəkildə davam etdirilir. Hüquq-mühafizə orqanları dəymiş ziyanın tam məbləğinin müəyyən edilməsi və zərərçəkmiş şəxslərin hüquqlarının bərpası istiqamətində işləri sürətləndirib.
Qeyd: Azərbaycan Respublikasının Konstitusiyasına və cinayət-prosessual qanunvericiliyinə əsasən, şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilənədək o, təqsirsiz hesab olunur (təqsirsizlik prezumpsiyası).
Gundemxeber.org
9-04-2024, 13:11
1-06-2017, 21:00
25-04-2016, 14:42
31-08-2020, 15:27
3-09-2013, 17:55
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?