Gundemxeber.az » Manşet » Gəncə 3 nömrəli Xəstəxanasında ŞOK İDDİALAR: Həkimlərdən yığılan pul, satılan dərmanlar və “Özəl Qanunlar”
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli tibb müəssisəsi ilə bağlı ciddi şikayətlər və korrupsiya iddiaları "Gündəm Xəbər"ə gəlib.
2025-ci ildə sözügedən xəstəxanaya baş həkim təyin olunan Turanə Rüstəmovanın idarəçiliyi müəssisədə narazılıq dalğası yaradıb. İddialara görə, baş həkim TƏBİB-in təlimatlarını və mövcud qanunvericiliyi gözardı edərək tibb müəssisəsini şəxsi maraqlarına uyğun şəkildə idarə edir.
“Fond pulu” adı altında yığılan vəsaitlər və aptekə satılan dərmanlar
Məlumata görə, T.Rüstəmova şöbə müdirləri və həkimlər üçün aylıq mütləq ödənilməli olan "tas" (aylıq haqq) müəyyənləşdirib. Hər ay tibb heyətinin əməkhaqqından “fond pulu” adı altında böyük məbləğdə vəsait tutulduğu və mənimsənildiyi bildirilir.
Bununla yanaşı, xəstəxana üçün ayrılan pulsuz dərman preparatlarının kənardakı apteklərə satılaraq qanunsuz gəlir əldə edildiyi də irəli sürülən iddialar arasındadır.
“Ölü canlar” və olmayan dəftərxana ləvazimatları
Xəstəxananın Təsərrüfat şöbəsində də ciddi qanunsuzluqların olduğu vurğulanır. Belə ki, işə gəlməyən bəzi əməkdaşların əməkhaqqı kartlarının birbaşa baş həkimdə olduğu və bu yolla dövlət vəsaitinin mənimsənildiyi bildirilir.
Müəssisədə adi dəftərxana ləvazimatlarının, hətta A4 kağızının belə tapılmadığı qeyd olunur. Laboratoriya analizlərinin nəticələrini kağız şəklində ala bilməyən pasiyentlər məcburən cavabları telefonla çəkməli və ya “myGov” portalı üzərindən izləməli olurlar.
Tender var, mal-material yoxdur
Diqqətçəkən məqamlardan biri də təsərrüfat malları, tibbi avadanlıqlar, hətta tibbi əlcək, ağ xalat və süpürgə kimi ən adi ehtiyaclar üçün tenderlərin keçirilməsinə və maliyyə ayrılmasına baxmayaraq, xəstəxanada bu ləvazimatların heç birinin gözə dəyməməsidir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Mövzunu diqqətdə saxlayacağıq.
Ofeliya Davudqızı Gəncə üzrə xüsusi müxbir
Gundemxeber.org
20-02-2014, 23:31
31-10-2020, 15:35
18-02-2019, 11:00
8-07-2013, 14:40
12-01-2021, 11:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?