GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar

İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar

Tarix: 3-09-2026, 22:31 Bölmə :Manşet Baxış: 24


Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində vəziyyətlə bağlı redaksiyamıza daxil olan müraciət bir sıra ciddi iddiaları gündəmə gətirib. İddialar kollecdə idarəçilikdən tutmuş əməkdaşlar arasında münasibətlərə, maddi yardım və mükafatların bölüşdürülməsindən tələbələrin imtahan prosesinə, “Yay məktəbi”ndən kadr ixtisarlarına qədər bir çox məsələləri əhatə edir. Redaksiyamız məsələni yerində araşdırıb, Kollec rəhbərliyinin mövqeyini öyrənməyə çalışsa da, səsləndirilən iddiaların bir qismi ilə bağlı suallar açıq qalıb.

Redaksiyamıza müraciət edən şəxsin sözlərinə görə, yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra İnşaat Kollecində idarəçilik üslubunda ciddi dəyişikliklər baş verib. İddia olunur ki, kollecdə direktor Şəhla Abbasova, tədris işləri üzrə direktor müavini Sevda Həsənova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirovanın ətrafında müəyyən əməkdaşlardan ibarət qrup formalaşıb.

Şikayətçinin iddiasına görə, bunun nəticəsində kollektiv daxilində rəhbərliyə yaxın hesab olunan əməkdaşlarla digər işçilər arasında münasibətlərdə fərq yaranıb.

Məsələnin diqqət çəkən tərəfi isə ondan ibarətdir ki, redaksiyaya daxil olan müraciət yalnız kollektivdaxili münasibətlərdən ibarət deyil. Səsləndirilən iddiaların mühüm hissəsi kollecin maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlıdır.

 

Maddi yardım və mükafatlar: kimlər daha çox yararlanır?

Şikayətçinin ən ciddi iddialarından biri kollecin daxili büdcəsi hesabına əməkdaşlara maddi yardım və mükafatların verilməsi ilə bağlıdır.

İddia olunur ki, bəzi əməkdaşlara əməkhaqqının iki misli həcmində maddi yardım göstərilib. Bununla yanaşı, həmin şəxslərə müxtəlif vaxtlarda əlavə mükafatların da verildiyi bildirilir.

Şikayətçinin sözlərinə görə, bu ödənişlər direktorun imzaladığı xüsusi əmrlər əsasında həyata keçirilib.

Daha ciddi iddia isə ondan ibarətdir ki, kollecin büdcəsi hesabına maddi yardım və mükafatların əsasən rəhbərliyə yaxın olduğu bildirilən eyni şəxslər arasında bölüşdürüldüyü, digər əməkdaşların isə bu ödənişlərdən kənarda saxlanıldığı iddia olunur.

Redaksiyaya təqdim edilən məlumatlarda maddi yardım və mükafatların davamlı olaraq verildiyi iddia olunan şəxslərin siyahısında kollecin bir sıra rəhbər və məsul vəzifələrində çalışan əməkdaşların adları çəkilir.

Bu siyahıda Kollecin direktoru Şəhla Abbasova, direktorun tədris işləri üzrə müavini Sevda Həsənova, təlim-tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirova, hüquqşünas Aynurə Səlimova, Həmkarlar Təşkilatının sədri Səbinə Danyarbəyli, mühasib Elnarə Əliyeva, arxiv müdiri Könül Məmişov, sənədlərlə iş üzrə mütəxəssis Fatimə Şahmarova, Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Günay Məmmədova, İKT üzrə mütəxəssis İlkin Yusubov, hərbi hazırlıq üzrə mütəxəssis Şaiq Vəliyev, İctimai Əlaqələr bölməsinin rəhbəri Leyla Hüniyeva, metodist Zülfiyyə Əliyeva, operator Çinarə Məmmədova və psixoloq Günay Təhməzovanın adları qeyd olunur.

Şikayətçilnin bu şəxslərin kollecin büdcəsi hesabına mütəmadi maddi yardım və mükafat aldıqlarını iddia edirlər.

Müraciətdə diqqət çəkən digər məqam isə kollecin təchizat üzrə direktor müavini Həbib Dərgahovun bu ödənişlərdən kənarda saxlanıldığı barədə iddiadır.

Şikayətçinin təqdim etdiyi məlumata görə, rəhbərliyə yaxın olduğu bildirilən şəxslərin maddi yardım və mükafatlarla təmin edildiyi halda, Həbib Dərgahovun eyni imkanlardan yararlanmadığı iddia olunur.

Təbii ki, bu məlumatların həqiqiliyinin müəyyənləşdirilməsi üçün müvafiq maliyyə sənədlərinin və direktorun əmrlərinin araşdırılması vacibdir.

Əgər iddialar təsdiqini taparsa, burada söhbət artıq sadəcə əməkdaşlar arasındakı münasibətlərdən deyil, kollecin maliyyə vəsaitlərinin bölüşdürülməsi prinsiplərindən gedəcək.

“Yay məktəbi” və tələbələrdən alındığı iddia edilən 500-700 manat

Kollecdə vəziyyətlə bağlı müraciətdə tələbələrin imtahan prosesi ilə əlaqədar da ciddi iddialar səsləndirilir.

Şikayətçinin bildirdiyinə görə, qış sessiyasında imtahandan kəsilən tələbələr üçün fərdi qruplar yaradılıb. Daha sonra isə yay sessiyası çərçivəsində “Yay məktəbi” təşkil olunub.

İddia edilir ki, tələbələrdən bu proqramlarda iştirak üçün 500-700 manat arasında ödəniş alınıb.

Məsələnin daha diqqətçəkən tərəfi isə müəllimlərin bu prosesdə fəaliyyətinin necə rəsmiləşdirilməsi ilə bağlıdır.

Şikayətçi bildirir ki, fərdi qruplarda və “Yay məktəbi”ndə dərs deyən müəllimlərdən saat hesabı əməkhaqqı almadan, könüllülük əsasında işləmələri barədə ərizə alınıb.

İddialara görə, müəllimlərin gördükləri iş “könüllülük” kimi rəsmiləşdirilsə də, tələbələrdən alınan vəsait kollecin daxili büdcəsinə daxil edilən vəsait kimi rəsmiləşdirilib.

Daha sonra isə həmin vəsaitin müxtəlif formalarda, o cümlədən maddi yardım və mükafat şəklində müəyyən əməkdaşlara ödənildiyi iddia olunur.

Bu iddia xüsusilə ciddi araşdırma tələb edir. Çünki burada söhbət həm tələbələrdən alınan vəsaitdən, həm müəllimlərin əməyinin rəsmiləşdirilməsindən, həm də həmin pulların sonrakı istifadəsindən gedir.

Kollecdə kadr siyasəti də narazılıq doğurur

Redaksiyaya daxil olan müraciətdə kollecdə aparıldığı iddia olunan kadr dəyişiklikləri və ixtisarlarla bağlı da məlumatlar yer alır.

Şikayətçinin bildirdiyinə görə, direktor Şəhla Abbasovanın vəzifəyə təyin olunmasından sonra “islahat” adı altında bir sıra əməkdaşların işdən çıxarılması həyata keçirilib.

İddia olunur ki, bu proses nəticəsində altı əməkdaş ixtisar adı ilə işdən azad edilib.

Lakin müraciətdə bununla bağlı daha diqqətçəkən iddia da səsləndirilir. Bildirilir ki, işdən azad edilən əməkdaşların tutduğu vəzifələrə cəmi bir neçə gün sonra yeni şəxslər təyin olunub.

Əgər bu məlumat təsdiqlənərsə, ixtisarların real səbəbləri ilə bağlı ciddi suallar ortaya çıxır. Çünki hər hansı ştatın həqiqətən ixtisar edilməsi həmin vəzifəyə qısa müddət sonra yeni şəxsin təyin olunması ilə bağlı ziddiyyət yarada bilər.

Şikayətçinin sözlərinə görə, məsələ bununla da yekunlaşmayıb. Onun bildirdiyinə əsasən, sentyabr ayında daha səkkiz əməkdaşa ixtisarla bağlı xəbərdarlıq edilib.

Kollecdə kadr siyasətinin hansı prinsiplərlə həyata keçirildiyi və əməkdaşlarla əmək müqavilələrinə hansı əsaslarla xitam verildiyi də araşdırılmalı məsələlər sırasındadır.

 

Vəzifələr və faktiki görülən işlər

Müraciətdə bəzi əməkdaşların tutduqları vəzifələrə uyğun fəaliyyət göstərməməsi barədə də iddialar yer alır.

Belə ki, psixoloq vəzifəsində çalışdığı bildirilən Günay Təhməzovanın faktiki olaraq kollecdə katibə funksiyasını yerinə yetirdiyi iddia olunur.

Həmçinin hüquqşünas Aynurə Səlimovanın imtahan prosesində müəyyən texniki işlərə cəlb edilməsi barədə məlumat səsləndirilir.

Kollektivdə münasibətlər və Pedaqoji Şura ilə bağlı iddialar

Redaksiyaya daxil olan müraciətdə kollektiv daxilində münasibətlərlə bağlı da narazılıqlar ifadə olunur.

Şikayətçinin sözlərinə görə, Pedaqoji Şuranın bəzi iclaslarında əməkdaşlarla kobud şəkildə danışıldığı və hətta müəyyən şəxslərin təhqiramiz ifadələrlə hədəfə alındığı iddia edilir.

Belə iddialar təsdiqlənəcəyi halda, məsələ təkcə kollektivdaxili münasibət kimi qiymətləndirilə bilməz.

Çünki təhsil müəssisəsində rəhbərliklə əməkdaşlar arasındakı münasibət həm iş mühitinə, həm də təhsil prosesinə birbaşa təsir edən amillərdən biridir.

Qarşı tərəfin fikirini öyrənmək münasibəti ilə, Kollecin rəhbərliyə müraciət etsəkdə,                          lakin bütün cavabları ala bilmədik

Redaksiyamız səsləndirilən iddiaları yalnız müraciətçinin təqdim etdiyi məlumatlarla kifayətlənərək yayımlamaq niyyətində olmayıb.

Məsələni yerində araşdırmaq üçün İnşaat Kollecinə yollanılıb və rəhbərliklə görüş keçirilib.

Ünvanladığımız sualların bir qismini Kollecin hüquqşünası Aynurə Səlimova cavablandırmağa çalışıb.

Səlimova özü ilə bağlı səsləndirilən bəzi iddialara münasibət bildirsə də, direktor və direktor müavinləri barədə səsləndirilən iddiaların onların özləri tərəfindən cavablandırılmalı olduğunu bildirib.

Nəticədə redaksiyanın ünvanladığı bir sıra mühüm məsələlərə birbaşa cavab almaq mümkün olmayıb.

Bu isə araşdırmanın qarşısında yeni suallar qoysa da, əsas məsələ dəyişmir: səsləndirilən iddiaların əksəriyyəti sənədlər üzərindən araşdırılmalıdır.

Milli TV olaraq qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyamıza müraciət edən şəxsin iddialarıdır. Redaksiyamız bu iddiaları əvvəlcədən təsdiqlənmiş fakt kimi təqdim etmir.

 

TAM ƏTRAFLI VİDEO REPORTAJDAN BAX  

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı İdarəetmə və Texnologiya Kollecində nə baş verir?

    Bakı İdarəetmə və Texnologiya Kollecində nə baş ...

    2-03-2017, 23:34

  • 
  • Humanitar Sosial İqtisad Kollecində «Əliyeva bacıları»nın birgə «əməliyyatı»

    Humanitar Sosial İqtisad Kollecində «Əliyeva ...

    9-02-2016, 16:54

  • 
  • Gəncə Dövlət Universiteti ilə bağlı ciddi iddialar: professor-müəllim heyəti nazirlərə müraciət edib

    Gəncə Dövlət Universiteti ilə bağlı ciddi ...

    28-07-2026, 08:02

  • 
  • Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA

    Bakı İqtisadiyyat və Humanitar Kollecində ...

    13-11-2019, 13:58

  • 
  • Sumqayıt Texniki Kollecində nə baş verir?

    Sumqayıt Texniki Kollecində nə baş verir? ...

    7-04-2016, 14:40


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (571)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu