GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Tarix: 12-09-2026, 04:08 Bölmə :Manşet Baxış: 176

Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. 

Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə ünvanlayır. Amma xərçəng başqa şeydir. O, qapını döymədən gəlir. İcazə istəmir.

Sənin planlarını, arzularını, sabaha saxladığın işləri, sevdiklərinlə qurduğun xəyalları bir anda sual altına salır. Xərçəngə nifrət edirəm. Çünki insanın ən qiymətli sərvəti olan zamanını oğurlamaq istəyir.

Bir səhər adi görünür. İnsan işə gedir, telefon zənglərinə cavab verir, görüşlərə tələsir, sabah haqqında plan qurur. Sonra bir müayinə, bir analiz, bir həkim sözü və həyatın əvvəlki mənası bir anın içində dəyişir.

Bir fincan çayın dadı, bir dostun səsi, övladının gülüşü, həyat yoldaşının baxışı, pəncərədən işıq salan günəş… İnsan anlayır ki, həyat möcüzəni böyük hadisələrdə yox, hər gün təkrarlandığı üçün fərqinə varmadığı kiçik anlarda gizlədirmiş.

Xərçəngə nifrət edirəm, çünki o, insanı qorxudur. Amma qəribə olan odur ki, qorxduğun şey bəzən sənin içindəki gücü də oyadır, adam özünü ən zəif hiss etdiyi yerdə bəzən ən möhkəm dayanmağı öyrənir.

İnsan təkcə xəstəliklə mübarizə aparmır. O, həm də ümidsizliklə, qorxu ilə mübarizə aparır.

Mənim öz adım var, xərçəng deyil. Xəyallarım, sevdiklərim, yarımçıq qalan işlərim var. Görmək istədiyim yerlər, demək istədiyim sözlər, yaşamaq istədiyim günlər var. Ona görə də xərçəngə nifrət edirəm.

Amma həyatımı ona həsr etmək niyyətim də yoxdur. Çünki həyat xəstəlikdən çox böyükdür. Sabaha dair bir ümidin varsa, hələ yol var.

Mən xərçənglə dost deyiləm. Dost badalaq vurmaz. Dost insanı yarı yolda qoymaz. Dost bölüşər, dayaq olar. Xərçəng isə bölmək istəyir. Amma mənim həyatımı bölməsinə icazə verməyəcəyəm.

Xərçəngə nifrət edirəm, çünki o, insanın bədənindən əvvəl rahatlığını işğal edir, adamın həyatına kiçik bir şübhə kimi girir.

Bəzən bir nəfərin yanında olması yüz nəfərin “keçmiş olsun”undan qiymətlidir.

Səni gözləyən, zənginə cavab verən, xəstələnəndə narahat olan, susqunluğunu anlayan biri varsa, sən kasıb deyilsən. Bəlkə də insanın ən böyük sərvəti elə budur.

İllər əvvəl apardığım debatlarda qonaqlar belə deyirdilər: “Vaxtımı saxlayıram…”, “Vaxtımı dondururam…”

O vaxt bu ifadələr sadəcə efirdə səslənən sözlər idi. İndi isə həmin sözlər qulağımda tamam başqa cür səslənir.

Vaxtı saxlamaq… Vaxtı dondurmaq… İnsan sözün əsl mənasını bəzən onu yaşayanda anlayır. Mən də indi anlayıram ki, vaxtı saxlamaq nə böyük arzudur. Kaş mümkün olaydı. Elə bilirik ki, bu günün səhəri bir daha gələcək.

Ömrün uzunluğunu seçmək olmur, amma ona hansı ruhla sahib çıxacağını seçmək insanın əlindədir. Mən öz ömrümə sahib çıxacağam. Doğmalarımdan, dostlarımdan, sevdiyim həyatdan ayrılmaq fikrim yoxdur. Xərçəng qarşıma çıxan sınaqdır, taleyim isə ondan və bütün xəstəliklərdən böyükdür.

Xərçəngə nifrət edirəm. Çox. Amma vaxtı ondan geri alacam. Saxlamaq və ya dondurmaq üçün yox, yaşamaq üçün. Axı həyat efir deyil! Əgər bir gün həyat həqiqətən məndən son sözümü istəsə, onu da özüm deyəcəm. Çünki bu, həyatın debatıdır.

Son söz hələ də məndədir, mövzu mənəm!

Anar Yusifoğlu, Əməkdar jurnalist

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xərçəngə qarşı yeni bir ümid

    Xərçəngə qarşı yeni bir ümid ...

    5-12-2015, 13:23

  • 
  • Əsgər atası: "Oğulumun ölümü haqda xəbər yaymış blogerə nifrət edirəm"

    Əsgər atası: "Oğulumun ölümü haqda xəbər ...

    26-01-2017, 23:36

  • 
  • "İşə düzəlmək üçün rüşvət istəyirlər, həyata nifrət edirəm, ÖZÜMÜ ÖLDÜRƏCƏM" - QAZİNİN ETİRAZI

    "İşə düzəlmək üçün rüşvət istəyirlər, həyata ...

    4-05-2021, 12:29

  • 
  • Bakı ermənisi İrəvanı rüsvay etdi: "Nifrət edirəm..."

    Bakı ermənisi İrəvanı rüsvay etdi: "Nifrət ...

    29-01-2018, 13:43

  • 
  • Nadir Nailə Mirməmmədlinin ölümündən yazdı: “Sənə nifrət etdiyim qədər...”

    Nadir Nailə Mirməmmədlinin ölümündən yazdı: “Sənə ...

    5-01-2021, 15:45


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (556)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu