Gundemxeber.az » Manşet » Səs-küy və antisanitariya: Gəncənin iki küçəsində nə baş verir?" - VİDEO
Gəncə şəhərinin Sabuhi Əliyev küçəsi yaxınlığında yerləşən "Füzuli" restoranının fəaliyyəti ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Yerli sakinlərin gundemxeber.org-a verdiyi məlumata görə, xüsusilə Cabbar Ələkbərov və Cahangir Axundov küçələrinin kəsişməsində ekoloji normalar və qida təhlükəsizliyi tələbləri kobud şəkildə pozulur.
Problem nədir?
Restorandan çıxan yoğun kabab tüstüsü bütün ətraf küçələrə yayılaraq sakinlərin mənzillərinə dolur və tənəffüsü çətinləşdirir.
Səkilər necə zəbt olunur?
Obyekt rəhbərliyi sakinlərin hərəkət etdiyi piyada səkilərində stollar yerləşdirib. Eyni zamanda, gələn müştərilərin avtomobilləri səkilərdə park edildiyi üçün piyadaların gediş-gəlişi məhdudlaşır.
İctimai qayda hansı halda pozulur?
Yol kənarında açıq havada təşkil olunan spirtli içki məclisləri, əhalinin sıx olduğu ərazidə ucadan söyüş söyülməsi və səs-küy yaşayış massivində narahatlıq yaradır.
Müraciətlər cavabsız qalır
Sakinlər bildirirlər ki, mövcud özbaşınalıqla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) dəfələrlə rəsmi müraciətlər olunub. Lakin çoxalmaqda olan şikayətlərə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən hələ də heç bir praktik tədbir görülməyib.
Ərazidə yaşayan əhali aidiyyəti dövlət orqanlarından məsələyə təcili müdaxilə etməsini, ekoloji və sanitariya normalarının bərpasını, eləcə də ictimai asayişin təmin olunmasını tələb edir.
Yazıda adıçəkilən obyektin və aidiyyatı üzrə rəsmi qurumların mövqeyini dinləməyə hazırıq.
Gundemxeber.org
21-06-2021, 14:23
27-07-2026, 08:11
15-02-2018, 11:33
11-04-2017, 16:05
27-12-2018, 14:32
Sorğu
Yeni dizaynımız necədir?