Gundemxeber.az » Manşet » ABB kart istifadəçilərini necə aldadır? - FAKTLAR
Azərbaycan Beynəlxalq Bankının (ABB) kart əməliyyatlarında ciddi və təhlükəli bir təcrübə ilə qarşılaşmışıq.
Əməliyyat zamanı pul eyni vaxtda başqa bir karta köçürülür və elə həmin anda dərhal geri qaytarılır. Nəticədə həm pulu köçürən, həm də qəbul edən şəxs aldanmış vəziyyətdə qalır.
Görünür, ABB-nin buradakı məqsədi yarı zarafat, yarı gerçəkdir: yəni müştəri fikir verib gördüsə – "zarafatdır", görmədisə – gerçək aldadıb mənimsəmək!
Vətəndaşlar ölkə qanunlarına riayət etmək və təhlükəsiz nağdsız ödənişlər etmək üçün banklara etibar edib şəxsi kartlar alırlar. Lakin təəssüf ki, hər an "ABB" kimi bir bank tərəfindən bu şəkildə aldadıla biləcəklərindən xəbərsizdirlər.
Fakt:
📌 Saat 17:40-a olan qəbzdə köçürmənin statusu: Uğurlu
📌 Həmin 17:40-a olan digər qəbzdə status: Geri qaytarma
Əgər anında karta nəzarət edilməsəydi, həmin 50 manatın nə izi qalacaqdı, nə də tozu...
Bu paylaşımı etməkdə əsas məqsədimiz vətəndaşları ayıq-sayıq olmağa səsləməkdir. Azərbaycan Beynəlxalq Bankı vasitəsilə əməliyyat apararkən son dərəcə ehtiyatlı olun və çeklərinizi anında yoxlayın!
Gundemxebertv.com
3-06-2016, 15:54
1-06-2026, 20:15
30-06-2026, 17:16
16-11-2015, 12:49
15-02-2022, 15:28
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?