Gundemxeber.az » Manşet » Mətbuat Şurasının IX qurultayı ətrafında gəzən şayiələrə CAVAB: Həqiqət və Peşəkarlıq Meyarı
Mətbuat Şurasının IX qurultayından sonra media məkanında səslənən bəzi iddialar və müxtəlif mülahizələr fonunda obyektiv reallığı diqqətə çatdırmaq zərurəti yaranır.
Orxan Əflatun oğlu Amaşov jurnalistika sahəsində özünü hərtərəfli savadlı, geniş dünyagörüşünə malik və son dərəcə perspektivli bir kadr kimi təsdiqləmiş ziyalılarımızdandır. Məhz bu potensialına görə bir çoxları onun Mətbuat Şurasının sədri vəzifəsinə seçiləcəyini gözləyirdi. Qurultayın qərarı ilə o, Şuranın İdarə Heyətinin üzvü seçildi. Şuranın yeni seçilmiş rəhbərliyinə hörmətlə yanaşmaqla bərabər, qeyd etməliyik ki, Orxan bəy öz bilik və bacarığı ilə bu quruma rəhbərlik etməyə tam layiq bir şəxsiyyətdir.
Xüsusilə vurğulanmalıdır ki, Orxan Amaşov iştirak etdiyi mühüm beynəlxalq platformalarda və nüfuzlu tədbirlərdə Azərbaycan jurnalistikasının səviyyəsini, eləcə də dövlətimizin milli maraqlarını və haqlı pozisiyasını hər zaman layiqincə təmsil edib. Bir neçə xarici dili yüksək səviyyədə və səlis bilməsi ona ölkəmizin səsini qlobal media məkanında daha batıcı və təsirli şəkildə çatdırmaq imkanı verir. O, həm də köklü, hörmətli bir ocağın tərbiyəsini görmüş, dəyərlərinə sadiq bir ziyalıdır.
Təəssüf ki, bu gün Orxan bəyin sahib olduğu intellektual potensialın və peşəkarlığın kiçik bir zərrəsinə belə malik olmayan, vaxtilə qeyri-peşəkarlığına görə televiziya ekranlarından uzaqlaşdırılan bəzi şəxslər onun əleyhinə əsassız danışmaqdan çəkinmirlər. Lakin unudulmamalıdır ki, qərəzli yanaşmalar və şəxsi ambisiyalar gerçək peşəkarlığa və xalqın rəğbətinə kölgə sala bilməz.
Orxan Amaşov kimi kadrlar Azərbaycan mediasının beynəlxalq müstəvidəki ən böyük üstünlüklərindən biridir və bu reallığı heç bir əsassız söz-söhbət dəyişdirə bilməz.
Şirin Cəfəri
5-11-2015, 19:13
9-04-2016, 14:36
13-11-2017, 17:32
18-09-2015, 13:14
11-07-2013, 13:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?