Gundemxeber.az » Manşet » "Çıraq" şadlıq sarayında biyabırçılıq: Qonaqlara xarab ət verilib — ŞOK VİDEO
Bakının 7-ci mikrorayon ərazisində yerləşən "Çıraq" şadlıq sarayında kütləvi zəhərlənmə təhlükəsi yaradan biyabırçı olay yaşanıb. Məclis zamanı qonaqların süfrələrinə kəskin qoxusu olan, xarab olmuş ət məhsulları təqdim edilib.
Yeməklərdən üfunət gəldiyini hiss edən dəvətlilər dərhal narazılıqlarını toy sahibinə bildiriblər. Gundemxebertv.com bildirir ki, vəziyyətin ciddiliyini görən toy sahibi məsələ ilə bağlı restoran rəhbərliyinə sərt iradını çatdırıb. Şikayətdən sonra restoranın xidmətçi heyəti biyabırçılığı ört-basdır etmək üçün ətlə hazırlanan yeməkləri süfrələrdən tələm-tələsik yığışdırmağa məcbur olub.
İnsanların sağlamlığını təhlükəyə atan və şadlıq evinin məsuliyyətsizliyini sübut edən həmin şok kadrları təqdim edirik:
Gundemxebertv.com
1-09-2015, 14:26
5-10-2015, 13:07
5-06-2013, 08:47
1-07-2017, 21:23
9-01-2014, 13:30
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?