Gundemxeber.az » Manşet » Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vətəndaşı və jurnalisti təhqir etdiyinə görə vəzifəsindən azad edilib - FOTO/VİDEO
Gundemxebertv.com bildirir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad olunub.
Digər əmrlə bu vəzifənin müvəqqəti icrası Müşfiq Mehdixanova həvalə edilib. M.Mehdixanov bu təyinata qədər Şəmkir Maşın Kanalı və Nasos Stansiyalarının İstismarı İdarəsinin baş mühəndisi vəzifəsində çalışıb.
Qeyd edək ki, "MilliTv"də Alim Abbasovun vətəndaşı və jurnalisti təhqir etməsi ilə bağlı görüntülər yayılmışdı.
Gundemxebertv.com
28-01-2025, 11:00
14-02-2019, 11:16
27-04-2026, 17:58
29-11-2018, 13:52
12-02-2021, 15:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?