Gundemxeber.az » Manşet » Frank Şvabe: "Tramp 'mavi möcüzə' ilə üzləşdi – Avtoritarizmə qarşı ümid qayıdır"
Almaniya Bundestaqının üzvü, AŞPA-dakı Sosial-demokratlar fraksiyasının rəhbəri Frank Şvabe ABŞ-da keçirilmiş seçkilərin nəticələrini böyük tarixi hadisə kimi qiymətləndirib.
"Tramp 'mavi möcüzə' ilə üzləşdi: ABŞ Demokratlarının aralıq seçkilərində (Midterms) qazandığı və tarixə "mavi dalğa" kimi düşən bu qələbə böyük sevinclə qarşılanır. Bu hadisə təkcə ABŞ demokratiyası üçün dəyil, bütün dünyada demokratiyanın gələcəyi adına böyük ümid yaradır.
Bəs bu nəticə Amerikada və Avropada tüğyan edən populist, sağ-avtoritar dalğanın qırılması deməkdirmi? Əlbəttə, hələ heç nə tam həll olunmayıb, lakin nikbin olmaq üçün yetərincə əsaslarımız var.
Braziliyada prezident Lula ifrat sağçı Bolsonaro klanına qarşı mübarizədə qalib gəldi. Avropada Macarıstanın avtokrat rəhbəri Viktor Orban məğlubiyyətə uğradı. İndi isə Serbiyada Aleksandar Vuçiçin hakimiyyəti süqut etdi. Siyasətə, məhkəmə sisteminə və cəmiyyətin bütün sahələrinə nüfuz edərək hər şeyi nəzarətə götürmüş bu avtoritar rejimləri məğlub edən güc isə gənclər oldu.
Bütün bunlar bir daha göstərir ki, tarix heç vaxt bitmir. Azadlıq, ədalət və demokratiya hər zaman yenidən qazanılmalı və qorunmalıdır. Və bu uğurda mübarizə aparmağa dəyər!
ABŞ-da Donald Trampın cəmiyyəti nə dərəcədə dərindən zəhərlədiyini, bunun nə qədər sürətlə baş verə bildiyini aydın gördük. Lakin eyni zamanda şahid olduq ki, insanlar başqa bir Amerika – azad, demokratik və korrupsiyasız ölkə uğrunda səfərbər olmağı bacarırlar. Hətta vaxtilə Trampın təsiri altında olan insanların, eləcə də Respublikaçılar Partiyasından olan siyasətçilərin mövqelərini dəyişməyə başladıqları görünür.
Beləliklə, işə başlamaq vaxtıdır! Demokratiya, hüquqi dövlət və insan hüquqları uğrunda mübarizəyə!"
Gundemxebertv.com
10-02-2020, 19:07
4-11-2020, 12:17
29-01-2017, 21:01
24-03-2018, 13:58
14-06-2019, 11:36
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?