GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya “Ayının Dayısı”... Kimdir o?

Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya “Ayının Dayısı”... Kimdir o?

Tarix: 15-04-2014, 18:27 Bölmə :Manşet Baxış: 2 178
Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya “Ayının Dayısı”...  Kimdir o?
Ziya Məmmədovun oğlu prezidentə qarşı necə fəaliyyət göstərir - Nazir oğlunun BÖYÜK İDDİASI

Azərbaycanda məmur övladlarının “dəbdəbəli həyat hekayətləri” son vaxtlar tez-tez medianın gündəmini zəbt edir. Və maraqlıdır ki, bəzən bu informasiyalar yalan olmur, reallığı əks etdirmiş olur.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyatına baxdıqda ən azından bu xəbərlərə inanmamaq mümkün deyil. Bu şəxs gəncdir, həyat təcrübəsi də o qədər deyil. Orta statistik Azərbaycan gənci ilə müqayisədə isə “uğurlu karyeraya” sahiblənməsi aydın sezilir.

“Həyatın bir anı”... Və ya Anar Məmmədovun başına qonmuş dövlət quşu
Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya “Ayının Dayısı”...  Kimdir o?
“A.Məmmədov “uğurlu karyerasını” necə qurub” sualını ən sadə vətəndaşımıza ünvanlasaq, cavab birmənalı olaraq “atası nazirdir axı” olacaq. Bəli, bir göz qırpımında nazir atasının “milyardları” A.Məmmədovun karyerasına xeyli “uğur” gətirib, amma bu kömək bir çox hallarda normadan çox olub, deyəsən.Onun təhsilinə və ümumi fəaliyyətinə nəzər saldıqda qəribə mənzərə yaranır: “avtoş” ləqəbi ilə bütün şəhərdə ad qazanan pleyboy birdən-birə karyera barədə “düşünməyə başlayır”... Şirkət rəhbəri təyin olunur. Amma bununla da kifayətlənmir. O, özünü ictimai işlərdə də göstərmək istəyir. A.Məmmədovun adı Azərbaycanın xaricdə təbliğ edilməsi işində tez-tez çəkilir, özünün “Amerika-Azərbaycan Cəmiyyəti” adlı təşkilatı ilə gündəmə gəlmək istəyir... Lakin hər şeyə rəğmən, cəmiyyətdə onu nazir oğlu, özü də “ayı” yeyəcək qədər dəbdəbə içində yaşayan nazir oğlu kimi tanıyırlar. Xərclənən milyonlar bu imici dəyişmək gücündə deyil...

Gündəmdə və reallıqda olan Anar Məmmədov
Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya “Ayının Dayısı”...  Kimdir o?
Zaman-zaman gündəmə təbiətsevər, idmansevər, musiqisevər, Azərbaycansevər və... daha nələri “sevər” şəxs kimi düşməyə çalışan A. Məmmədov türklər demiş, maləsəf, reallığı əks etdirən düşüncələrdə fərqli obrazdadır. Türklərdən misal gətirmişkən, türk mediasının yazdıqları da ilgincdir: “Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Türkiyədə 40 milyona ada alıb. O, həm də “Çırağan” hotelində milyon dollarlıq ziyafəti ilə də yaddaşlarda iz buraxdı”.
DİA.AZ olaraq qeyd edək ki, bu xəbər Azərbaycan mediasında yayılsaydı, bəlkə də sifarişdir deyə düşünmək olardı. Amma söhbət A.Məmmədovla yaxından- uzaqdan əlaqəsi olmayan türk mediasından gedir.
Onun əmisi oğlu Aynar Məmmədovun “fironlar kimi” yaşaması isə dolayısı yolla Məmmədovların “təqdimatıdır”. Necə deyərlər, övladını göstər, kim olduğunu deyim...

Ağacları kəsib taxtadan restoran tikdirdi

Nazir oğlunun adı zaman-zaman “mahnı qalmaqalı” kimi yumşaq hadisələrdə hallanmaqla yanaşı, ağac kəsmək, adam döymək, sürücüləri incitmək, yetim-yesirin haqqını yemək kimi ciddi məsələlərdə də çəkilir. O, hətta o qədər “böyük” məsələlərə qarışır ki, dövlətin rəhbərliyindəki şəxsləri belə saya salmır desək, yanılmarıq. Misal üçün, dövlət səviyyəsində ağac kəsənlərlə bağlı ciddi məsələ qaldırılır, amma A.Məmmədov kəsdiyi ağaclardan “Bakı Beynəlxalq Avtovağzalı”nın yanında restoran tikdirir. Bu, elə bir restorandır ki, tikintidə bir dənə də daşdan istifadə edilməyib, başdan-ayağa “rus tipli” evlərə bənzər ağacdan inşa edilib.
Halbuki dövlət başçısı bu məsələni dəfələrlə qaldırıb və hamıya, xüsusən də məmurlara xəbərdarlıq edib. Görünür, nazir oğlu o qədər “böyük” iddialardadır ki, dövlət başçısının xəbərdarlığını da eşitmir və dövləti dəyərlərə qarşı çıxır. Xatırlayırsızsa, mərhum Prezident Heydər Əliyev “Bakıda ağac kəsən elə bil ki, mənim qolumu kəsir” demişdi. Məmmədovlar sülaləsi öz keçmişlərini unutduqları kimi, deyəsən, bu mötəbər kəlamı da çoxdan yaddan çıxarıblar...
Amma nazir oğlunun dövlətçilik əleyhinə fəaliyyəti təkcə bununla bitmir. A.Məmmədov bu istiqamətdə yeni kampaniyaya başlayıb.

Anar Məmmədovun yeni media qrupu... “hədəflər vurulacaq”

Bu yaxınlarda A.Məmmədov yeni media qrupu yaradıb. Buna qədər onun “media holdinqi” yaradacağı haqqında informasiyalar yayılırdı. Amma nazir oğlu fərqli xətt tutub. O, bir sıra media layihələrinin müəllifi olan jurnalist Elnur Baimovun rəhbərlik etdiyi saytları və sosial şəbəkələrdəki populyar səhifələri satın alıb. Hazırda həmin media qrupuna üzdə E.Baimov rəhbərlik etsə də, maliyyə və sifarişlər A.Məmmədovdan gəlir. A.Məmmədov E.Baimovu irəli buraxmaqla sanki bu media orqanlarının ona aid olmadığı görüntüsü yaratmağa çalışır. Amma bilən bilir ki, E.Baimov Nəqliyyat Nazirliyində işə düzəlməmişdən öncədən A.Məmmədovun media üzrə əsas məsləhətçisidir. Onun sifarişləri məhz E.Baimov vasitəsilə mətbuata ötürülür.
Nazir oğlunun media holdinqinə hazırda “News.az”, “Mugamradio.az”, “Marka.az”, “interpress.az”, “Qaynar.info”, “Auto FM”, həmçinin, reklam saytları – (bu saytlarda da lazım gələndə tanınmış şəxslərə qarşı yazılar yazılır) – “Turbo.Az”, “Boss.Az” və “Bina.Az” saytları daxildir. Nazir oğlunun hədəfində gun.az, eləcə də “Yurd TV”-nin olduğu deyilir.
Bu media holdinqin rəhbərliyinə Cəmil Rüstəmxanlının (Sabir Rüstəmxanlının oğlu – red.) gətiriləcəyi bildirilir. Bu “təyinatda” isə qohumluq əlaqələri önə çıxır. Belə ki, C.Rüstəmxanlı Ziya Məmmədovun qardaşı qızı ilə evlidir. “İnterpress.Az” saytının Vətəndaş və Həmrəylik Partiyasının Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşən baş qərargahının ikinci mərtəbəsinə köçürülməsi də bunu təsdiqləyir. Hazırda ofisin ikinci mərtəbəsində sayt üçün ayrılan otaqlarda təmir işləri aparılır, yaxın günlərdə köç reallaşacaq.

Nazir oğlu Prezidentə qarşı
Jurnalistikada özünü “sınayan” nazir oğlu və ya “Ayının Dayısı”...  Kimdir o?
Burda ortaya sual çıxır: “Uğurlu karyera” və təmin edilmiş həyata malik olan nazir oğluna bu media şəbəkəsi nə üçün lazımdır?Axı A.Məmmədov sıravi iş adamı olduğunu və siyasətə qarışmadığını deyir. O zaman bu qədər xəbər portalını, medianı nə üçün “qanadının altına” yığır?..
Sözügedən media orqanlarının tutduğu istiqamət suallara cavab tapmaqda kömək edir. Son dövrlər bu saytlarda əsas hədəfin Prezidentə sədaqətli olan məmurların və millət vəkillərinin üzərinə cəmləndiyi müşahidə olunur. Halbuki həmin şəxslər həqiqətən də dövlət başçısına və Azərbaycana sədaqətlidir, həmçinin nə özləri, nə övladları, nə də yaxınları Məmmədovlar kimi dəbdəbə içində yaşamır. Aydındır ki, bu, bir gözdənsalma kampaniyasıdır. Burda ən diqqət çəkən məqam nazir oğlunun (həm də nazirin özünün) dövlət rəhbərliyinə qarşı çıxmasıdır. Nə fərqi var, ağac kəsib restoran tikdirdin, Prezidentin seçiciləri olan bu ölkənin vətəndaşlarının incitdin, insanları döydürdün, yaxud Prezidentin komandasına qarşı kampaniyaya başladın...
Məkrli niyyət mediadan aşıq-aşkar görünür. Yuxarıdan da görünürmü?..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina edir? - Sensasion iddia

    Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina ...

    9-06-2016, 01:23

  • 
  • Nazir oğlunun Qəçrəşdəki villası söküldü

    Nazir oğlunun Qəçrəşdəki villası söküldü ...

    2-10-2015, 18:46

  • 
  • Ziya Məmmədovun oğlunun şirkəti bağlandı

    Ziya Məmmədovun oğlunun şirkəti bağlandı ...

    24-02-2016, 14:52


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu