GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Naxçıvanlı sahibkardan Vasif Talıbova şok məktub...

Naxçıvanlı sahibkardan Vasif Talıbova şok məktub...

Tarix: 6-09-2014, 14:04 Bölmə :Manşet Baxış: 713
Naxçıvandan olan bir sahibkar Moderator.az-a bir müdhiş şikayət məktubu göndərib.
Naxçıvanlı sahibkardan Vasif Talıbova şok məktub...
Daha doğrusu, sayt vasitəsilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib. Xatırladaq ki, o bir müddət öncə də Moderator.az və digər saytlar vasitəsilə öz narazılıqlarını dilə gətirmiş, indi həbsdə olan Sədərək gömrüyünün keçmiş rəisinin və onun ətrafındakıların başına hansı oyun açdıqlarını və qanunsuz olaraq həbsə atdıqlarını qeyd etmişdi. İndi də onun yazdıqlarını olduğu kimi təqdim edirik və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq:

NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ VASİF
TALIBOV YOLDAŞA


Müdrik kəlamlar

1.Sən niyə "Toyota" maşını sürürsən? Pulun çoxdu gətir ver bizə, ya da cənab sədrə. Sən get "Moskviç" min başın salamat olsun, nəvələrinin yanında ol! Qulu, Qasım, Vilayət.

2.Məmməd Qurbanov: Yoldaş prokuror, Sədərək polis şöbəsində 3 gündür bizə gecə-gündüz dözülməz işgəncələr verirlər. Bizə kömək et.
Sədərək rayon prokuroru Teymur Vəliyev: Mən Daxili İşlər Nazirliyinin daxili işlərinə qarışa bilmərəm. Mən öz işimi görürəm.
Yoldaş sədr, 26 aprel 2013-cü il tarixində təcridxanadan azad olandan sonra 1 ay istirahətdən edib öz çörəyimin arxasınca getmək istədim. Lakin buna imkan vermədilər, çünki artıq 6 ay idi ki, mənim “Danino” çörəyimi sizin kürəkəniniz Fəxrəddin özəlləşdirmişdi. Mən ona əngəl ola bilərdim.
Ad çəkmirəm, 10 iyun 2013-cü il tarixdə bir yüksək vəzifə sahibi məni kabinetinə çağırtdırdı.

“Biz hamımız bu kişinin çörəyini yeyirik” sözünü bir neçə dəfə təkrar etdi. Cəsarət tapıb deyə bilmədim ki, siz hamınız o kişinin çörəyini yeyirsiniz, ancaq mənə o kişinin çörəyini yemək heç zaman qismət olmayıb. Bircə dəfə 2005-ci il tarixdə ehsanını yemək qismət oldu, onu da elə həmin gün iş, çörək istədiyimə görə Ali Məclisin qarşısında təhvil verdilər polislərə, aparıb o qədər döydülər ki, verdikləri ehsan həzm edilməmiş burnumdan gəldi, 3 aydan artıq yorğan- döşəkdən ayağa qalxa bilmədim. Sonra mənə bildirdi ki, yaxın günlərdə səni yenidən başqa bir adla həbs edəcəyik.
Dedim axı mən ki, heç nə etmirəm, heç kimə bir söz demirəm. Dedi nə olsun ki, heç nə etmirsən, həbs edəcəyik. Soruşdum: bəs adını nə qoyacaqsınız?
Dedi: Adı elə biz qoyuruq, istəyirsən elə bu saat səni içəri atım.
Soruşdum: bunu necə edəcəksiniz?
Dedi: Düyməni basacağam, işçiləri kabinetə tökəcəyəm, deyəcəyəm ki, sən bu kişini söydün. Şəhadət barmağını başının üstündəki portretə tuşladı. Elə buradaca qollarını qandallayacaqlar, protokollaşdıracaqlar, gedəcəksən içəriyə.
Vəssalam: Kimə sübut edəcəksən? Sonra müdrik kəlam deyən insanlar kimi gözlərini gözümün içinə dikərək soruşdu. Edə bilərəm ya yox? Bir anlığa Namiq Şıxəliyevin şər-şantaj bir yumruq iddiası ilə başımıza gələn faciələr gözümün önündən keçdi. Düşündüm ki, gör portretə görə başımıza nə müsibətlər gələr. Dedim: Sən nə deyirsən edə bilərsən. Səninlə barışıram.
Onun kabinetindən çıxanda həyatımda ilk dəfə idi ki, qorxudan dilim tutuldu. Kimsəyə zəng edib bir şey deyə bilmədim. Bir başa yollandım aerokassaya və bir saatdan sonrakı reyslə Naxçıvanı tərk etdim. Qısa günlər içində bütün nəslimi Naxçıvandan çıxartdım.
Yoldaş sədr, bu cur misallardan çox çəkə bilərəm. Bu məsələni açıqlamaqda məqsədim kimisə ifşa etmək deyil, məqsədim onu çatdırmaqdır ki, bu məmləkətdə kiminsə həyatını məhv etmək, ömrünü həbsxanada çürütmək üçün hansısa cinayət etməsinə heç bir ehtiyac yoxdur. Sadəcə kiminsə istəyi yetərlidir. Kiminsə insanlıq adına xas olan keyfiyyətlərini itirməsi yetərlidir.
Gerçəklərdən azacıq açıqlama verdiyimə görə sizdən xahiş edirəm saxta ittihamlarla üzə dirənən məxluqları, şikayət etməmək üçün vətəndaşın, arvad-uşağının qarşısına başsız lüt şəkillər qoyub, onlara baş qoymaqla hədələyən, şantaj edən, həbsə atılmış vətəndaşın ailə-uşaqlarına gecə-gündüz maşınlara doluşub evinin önündə ətrafdan utanmadan, həya etmədən işıq atan, 9 nəfərlik arvad-uşaqdan ibarət ailəni Naxçıvandan Bakıya qaçmaq məcburiyyətində qoyan, cəmiyyət arasında vətəndaşın şərəf-ləyaqətini alçaldacaq özlərinəməxsus fikirlər, rəylər yaradan namuslu məmurlarınızı, saxta ittiham və saxta qərarlar verməklə qanun kitablarından qanun donu geyindirməklə qanunsuzluqları qanunla sığortalamaqla məşğul olan vicdanlı məmurlarınızı, dildə milli mənəvi dəyərlərdən, mentalitetdən danışan,əməldə isə bütün bu milli atributları zorlayan məmurlarınızı bizə qarşı səfərbər etməyəsiniz.
Mənə düşmən olan məmurların arxasında partiya, hakimiyyət, hökümət, dövlət və qərəzli niyyətlərə xidmət edən qanun kitabları var. Mən isə yalqız, gücsüz bir insanam, arxamda məni qoruyacaq nə hakimiyyət, nə hökümət, nə dövlət, nə də qanun yoxdur. Arxamda kölgəmdən başqa heç nə yoxdur. Mən sizdən nə çörək, nə də vəzifə istəmirəm. Zatən 13 il yüzlərla məktubla iş, çörək istədim vermədiniz. Istədiyim tək bir şey var.

1.Mənim əlimdən zorla alınıb kürəkəniniz Fəxraddinə verdiyiniz “Danino” çörəyimi onun əlindən alıb özümə qaytarasınız.

2.Mənə qarşı düşməncəsinə qəsb edilən, qəsd edilən külli miqdarda maddi zərərin ödənilməsini təmin edəsiniz.

3.Çörəyimizin, həyatımızın qarşısından uzaq durasınız.

4.Dediklərimi isbat etmək üçün şahidə ehtiyacım yoxdur. Naxçıvan MR-da gözü olan hər kəs Məmməd Qurbanovun çörəyi ilə kimin uşaqlarının böyüdüyünü görür.

VƏSSALAM.

HÖRMƏTLƏ: MƏCBURİ NAXÇIVAN QAÇQİNİ
MƏMMƏD QURBANOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun yas mərasimində olub

    Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun ...

    8-04-2016, 00:11

  • 
  • Vasif Talıbov öz “Coca-cola”sını yaratdı: “Naxçivan Cola” (FOTO)

    Vasif Talıbov öz “Coca-cola”sını yaratdı: ...

    1-08-2013, 19:29

  • 
  • Vasif Talıbovdan gözlənilməz mətbuat açıqlaması

    Vasif Talıbovdan gözlənilməz mətbuat açıqlaması ...

    24-07-2013, 12:10

  • 
  • Ərdoğan Vasif Talıbov haqda nələr deyib?

    Ərdoğan Vasif Talıbov haqda nələr deyib? ...

    9-04-2014, 10:40

  • 
  • Türkiyə Vasif Talıbovu bitirirmi? – Təhlil

    Türkiyə Vasif Talıbovu bitirirmi? – Təhlil ...

    20-12-2013, 14:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu