GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Hakimiyyət yeni kursa, açılıma başlayır?"

"Hakimiyyət yeni kursa, açılıma başlayır?"

Tarix: 24-11-2013, 20:24 Bölmə :Manşet Baxış: 711
"Hakimiyyət yeni kursa, açılıma başlayır?"
"Hakimiyyət yeni kursa, açılıma başlayır?"
Konspektsiz danışırdı. Aramla, sakit səslə, pafossuz, ancaq təsirli. Əslində prezident Azərbaycan mediasının rəhbərlərinə brifinq verdi. Mənim üçün ilk idi. Ölkə prezidentini yaxından görüb, dinləmək, ona sual vermək, danışmaq, əl sıxmaq imkanım olmamışdı...

Dedikləri bizim demokratik düşərgənin hər hansı bir təmsilçisinin söylədiklərindən heç nə ilə fərqlənmirdi. Vizyonu, media ilə bağlı baxışları, verdiyi mesajlar dünya standartları səviyyəsində sayıla bilər. “Bəs, biz niyə əziyyət çəkirik, deyə düşündüm, prezidenti dinlərkən...” Bu cümlə də prezident danışa-danışa Facebook profilimə yazdığım fikirlərdəndir. Doğrudan da, nə baş verir? Azərbaycan respublikasının prezidenti sürətlə dəyişən dünyada və Azərbaycanda, informasiya əsrində medianın önəmini, rolunu, dövlət və millət üçün əhəmiyyətini hətta bəzi demokratlardan da yaxşı deyir: “Müstəqil mətbuatın səviyyəsi həmin ölkənin inkişaf səviyyəsini göstərir”, – sitat İlham Əliyevdəndir; lakin ölkənin önəmli media quruluşları problem içərisindədir. Biz dövlətdən ciddi dəstək alırıq. Yazılı mətbuatın yaşaması üçün cəmi iki qaynaq var: KİV DF və satışdan gələn vəsait. İndi onun birini - satışı demək olar ki, qapadıblar. Bu da qəzetlərin dayanması gerçəkliyini ortaya çıxarıb, bizi şikayətçi duruma salıb. Və belə bir məqamda prezidentin yanında görüş olur, önəmli mesajlar verilir... (Ümid edək ki, bu görüş üzərindən verilən mesajlar, deyilən fikirlər yaxın gələcəkdə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq.)

Oxucularımız bilir ki, neçə gündür dövlətin zirvəsindən görüş istəməkdəyəm. Administrasiyanın rəhbəri Ramiz Mehdiyevə, onun müavini Əli Əsədova, PA-nın məsul əməkdaşı Əli Həsənova, Daxili İşlər naziri Ramil Usubova görüş üçün dəfələrlə müraciət etdim. Nəhayətdə, bir neçə gün öncə ölkənin prezidenti İlham Əliyevə məktub yazdım. Yayımda yaranan son problemi onun diqqətinə çatdırdım. Şənbə günü qəfildən “Prezidentin yanında görüş olacaq, Sizi də dəvət edirik”, çağırışını aldım və hesab etdim ki, bu, mənim müraciətlərimə, müstəqil media və demokratik düşərgə ilə birgə apardığımız sistemli işə reaksiyadır. Buna etiraz edənlərlə, “yox” deyənlərlə də mübahisə etmək niyyətim yoxdur: mənim düşüncəm budur. “Jurnalistlərin dostu” nominasiyası üzrə təqdimat adətən ilin sonlarında olurdu; bunun bu qədər önə çəkilməsi, qəfildən baş verməsi olduqca maraqlı, həm də ümidverici hadisədir; xoş məramın göstəricisidir.

Bu görüşdən iki gün əvvəl AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə sərəncamın verilməsi, ardınca bu görüş və orada ölkə müxalifətinin ünvanına yumşaq göndərmələrin səsləndirilməsi, etiraf edək ki, düşündürücü hadisələrdir. Az qala iddia edəsən ki, hakimiyyət yeni kursa, açılıma başlayır; güman ki, belədir... Lakin bu dəfə bir qədər səbr edək və davamını gözləyək...

Prezident müxalifətə münasibətdə dedi ki, fikirlərdə, düşərgələrdə fərqlilik mümkündür, lakin biz hamımız bir vətənin övladlarıyıq. Bütün məsələləri, problemləri öz aramızda danışıb, həll etməliyik. O dedi ki, Azərbaycanın bütün siyasi qüvvələri ümumi inkişaf istiqamətləri üzrə demək olar ki, eyni fikirdədirlər. Ölkə prezidentinin seçki prosesinə münasibəti də maraqlı oldu - dedi ki, seçki prosesi göstərdi ki, Azərbaycanda siyasi mədəniyyət xeyli inkişaf edib... Həmin məqamla bağlı gözlənilən aqressivlikdən əsər belə olmadı... Prezident siyasətindəki prioritetləri də sadaladı: müstəqil, kimsəyə boyun əyməyən, güclü, çağdaş, inkişaf etmiş demokratiyaya malik, ərazi bütövlüyünü təmin etmiş bir ölkə... ”İqtisadi islahatlarla bərabər, ictimai-siyasi sahədə də islahatlara ehtiyac var, biz bunu edirik və edəcəyik”, mesajı da səsləndirilən fikirlər arasındaydı.
****
Hər bir halda, problemli bir qəzetin redaktoru olaraq mən istəyimə yetişdim və dövlətin bir nömrəli şəxsinə mətbuatın dərdlərinin bir qismini - yayımla bağlı olanları çatdırdım. Bir bazar günü mətbuatın önünə çıxıb, vacib hesab etdiyi mesajları vermək, bizləri də dinləmək, görünür, prezident üçün də mühüm olub.

Qaldırdığım məsələlərə münasibəti normal oldu. Yeni köşklərlə bağlı tənqid söyləyəndə isə gülümsədi - bunun səbəbini sonradan, yekun çıxışında bildim: “Onları mən gətizdirdim, amma sonra gördüm orada bazar açıblar”, dedi...

Ümumilikdə isə “ kim qəzet satışını məhdudlaşdırırsa, buna yol vermək və dözmək olmaz”, söylədi. Göstərişini verdi. Bundan sonrasını izləyək - göstəriş nə zaman həyata keçəcək...
****
Görüşdə “Azadlıq” qəzetinin olmaması, əlbəttə üzücü və bu görüşün əhəmiyyətini təsirləndirən hadisə idi. Bunu kimlərin nədən etdiyini anlamıram - lakin heç doğru saymıram.

Lakin ümid edirəm ki, fürsət tapıb, qaldırdığım və prezident səviyyəsində dəstək aldığım məsələ “Azadlıq” qəzetinin də problemlərinə faydalı olacaq.
****
Düz 12 il əvvəl qəzet redaktorları olaraq mərhum prezident Heydər Əliyevin yanında toplaşdıq. O zaman da medianın ölüm-qalım məsələsi gündəmdəydi. Görüşdən sonra vəziyyət dəyişdi və indi məlum olur ki, bugünə qədər var olma, dözüb gələ bilmə səbəblərimizdən biri də məhz həmin görüşdür.

Ümid edək ki, qəzetlər daha bir 12 il də yaşayacaq və sonradan belə məlum olacaq ki, 2013-cü ildə bir bazar günü prezident İlham Əliyevlə onun dənizkənarı rezidensiyasında toplanıb, danışmasaydıq, Azərbaycanın yazılı mətbuatının davam gətirməsi, oralara (2025) qədər yaşaması çətin olardı...

P.S. Görüş zamanı həm də reportyor kimi işlədim. Facebook-a status yazdım, sayta şəkil və xəbər yolladım. İlk xəbəri və şəkilləri də musavat.com yaydı. Üstündən 7-8 saat keçsə də, tədbirdən hələ də bircə dənə rəsmi foto yayılmamışdı...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Bu da Günayın sevgilisi - FOTO

    Bu da Günayın sevgilisi - FOTO ...

    25-07-2016, 00:25

  • 
  • Prezident İlham Əliyev "Formula One Management"in prezidentini qəbul edib

    Prezident İlham Əliyev "Formula One ...

    16-06-2016, 14:00

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevə bir cümlə ilə cavab verdi

    Cəmil Həsənli Fərhad Əliyevə bir cümlə ilə cavab ...

    25-08-2013, 20:05


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (15)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu