GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan böyük çətinliklərin qapısını döyür

Azərbaycan böyük çətinliklərin qapısını döyür

Tarix: 4-12-2013, 18:26 Bölmə :Manşet Baxış: 811
Azərbaycan böyük çətinliklərin qapısını döyür
Bizi gözləyən, yox, həm də gözləməyən, artıq haqlayan təhlükələr...

Azərbaycan tolerant ölkədir. Bu, bizim fəxrimizdir və əsas şüarlarımızdan biridir. Yəni biz ayrı-ayrı təriqətlərin, dinlərin, ideoloji cərəyanların ölkəmizdə qardaşcasına çiyin-çiyinə verib yaşamasına şahidlik etməkdəyik. Amma hələlik… Və üfüqdə də olsa, görünəni odur ki, bu qardaşlıq heç də möhkəm təməllər üzərində deyil. Elə bu günlərdə terrorçuların hədəfi olmaqdan yaınan Bakıdakı Məşədi Dadaş məscidinin imamı Hacı Haşinlə bağlı olay da belə deməyə əss yaradır.
Bəlkə də kimlər üçünsə bu, maraqlı deyil. Amma dövlət və dövlətçilik baxımından bu gün bir vətəndaşımızın digər bir vətəndaşımıza düşmən kimi baxması, onu məhz düşüncəsinə görə öldürməyə qalxma təşəbbüslərində bulunması… artıq böyük faciələrin astanasında olmağımızdan xəbər verməkdədir. Yəni bu gün Azərbaycan insanı digər bir Azərbaycan insanını fərqli düşündüyünə görə fiziki cəhətdən məhv etmək istəyir. Və bunda özünü haqlı da sayır. Çünki əqidəsi belədir.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunan vəhabilərin əqidəsinə görə, şiə imamı olan Hacı Şahin öldürülməlidir və bunun müqabilində həmin vəhabi cənnətə qovuşacaq. Yəni o, belə anlayır, belə qəbul edir. Əqidəsindən doğan qənaət onu bu addımı atmağa vadar edib. Çünki onun beynində başqa bir ideya - ən azından vətəndaşlıq duyğusu belə mövcud deyil. Halbuki ən əsas olanı da, birinci yerdə gələni də məhz budur: VƏTƏNDAŞLIQ İDEYASI… Həmin ideya isə Hacı Şahinin vuə digərlərinin fərqli düşündüyünə, fərqli inanc sisteminə malik olmasına görə öldürülməsini qadağan edir. Bunu «günah» yox, cinayət adlandırır.
Əslində İslam qanunlarının özü də bir insanın öldürülməsini, fərqliliyinə görə öldürülməsini GÜNAH VƏ CİNAYƏT elan edir… Amma indi kimdir burada nəyinsə əslinə varan?.. Hərənin bir inandığı, öz inandığı var. Və hələlik də bu şəraitdə çiyin-çiyinə, qardaşcasına yaşayırıq. Çünki tolerant ölkəyik. Çünki bir-birimizə ümumi mənada səbirliyik. Ara-sıra hacışahinləri və yaxud da əbusüfyanları öldürməyi ağlımızdan keçirsək belə, yenə də dözümlüyük… ümumi mənada…
Amma bu «ümumi mənanın» artıq dirəndiyi nöqtəyə doğru yetişməkdəyik. Yetərincə siqnallar almışıq da. Vaxtdır, Azərbaycan kifayət qədər parçalanıb, Azərbaycan insanlarını əqidə fərqliliyi ilə kifayət qədər parçalayıblar.
Kimi bu prosesdə maddi marağını güdür, kimi də mənəvi… İtirən isə bütünlükdə olaraq Azərbaycan türkü və onun güc-bəla ilə qurduğu, zar-zor yaşadaraq günümüzə qədər daşıdığı Azərbaycan dövlətidir… Bəli, itirən bizik və biz yetimlərin anası olan Azərbaycanımız!
Nə etməli? Təbii ki, demokratiya deyilən mərəzin şərtlərinə görə, hər kəs düşüncəsində, inancında azaddır. Yəni necə ki, hər kəs hansısa idman növünü seçərkən azaddır, müstəqildir, faili-muxtardır… eləcə də dinə baxışlarını, inanc sistemini müəyyən edərkən sərbəstdir. Amma bu sərbəstlik artıq Azərbaycanda özbaşınalıq həddinə çatıb. Yəni insanlar özbaşına buraxılıb. Bəlkə də bunun adına elə «demokratiya» deyirlər. Amma inanın ki, özünü demokratiyanın «beşiyi», «qucağı», «ocağı» adlandıran ölkələrdə belə bu şəkildə özbaşınalıq mövcud deyil. Bunu ki, bilirik…
Bunu ki yaxşı bilirik ki, bu gün Avropanın özündən deyən ölkələrində minarə yasacı var, məscid inşası məhdudlaşdırılır və s. Amerikanın isə demokratiyaya baxışından ümumiyyətlə, danışmağına dəyməz. Çoxdandır okeanın o tayındakı «demokratiya beşiyi» körpə nəcisindən üfunət qoxuyur…
Belə olan təqdirdə nədən bizlər bu qədər dözümlü, xoşgörülü, tolerant olmalıyıq. Hansısa beynəlxalq tədbirdə bir-iki əhsəni çırpışdırmaq üçünmü? Dəyərmi hansısa Conun alqışına bu boyda məmləkətin evini yıxmağa?..
Bəli, bu gün bizlər böyük bir təhlükənin astanasındayıq. Başımızı qaldırıb, baxmağımız yetərlidir. Bütün istiqamətlərdə bu təhlükə özünü gözə soxur. Bir yanda İranın qucağında oturub bizə ərəb çöllərinin dastanlarını anladırlar, Qarabağ boyda şəhidlik fürsətini sanki unudurlar, bir yanda Küveytin qucağında oturanlar saqqallarını uzadaraq gözümüzə soxub, qısa balaqları ilə dövlətimizin dibini qazmaqdadırlar, Suriyada insan başı kəsəcək qədər şərəfsizliyi Qarabağ uğrunda bir dənə də olsun güllə atmaqdan üstün tuturlar, başqa bir yanda isə bizlərə lahmacun yedirdib, xamırdan qat-qat olan qarnımızı ovuşdura-ovuşdura Səid Nursi-Kürdi adlı hansısa bisavad kürd millətçisinin uydurma ideyalarını sırımağa çalışırlar… Hələ küncdə-bucaqda oturub Yəhovaya şahidlik edərək ermənilərin qardaş olması barədə təhlükəli üfunəti püskürənləri, kilsədə şam yandırmağın cənnət naminə ehsan olduğunu təlqin edərək, sünnətliləri sünnətsiz həyata alışdıranları, bir mələfəyə bürünüb «Hare Rama» dedirdərək, insanlarımıza gözü bərələnə qədər ot yeməyi aşılayanları və digər bu kimiləri demirəm… Yəni yetərincə qarışmışıq, qarışığıq, tolerantıq…
Tən ortada isə biz qalmışıq. Sırası günü-gündən daralan, sayı günü-gündən azalan Azərbaycan türkləri, Azərbaycan vətəndaşları, Azərbaycan yetimləri…
Nə etməli? Bunu isə dövlət etməlidir. Artıq əl bulamağın, müdaxilə etməyin zamanı çoxdan yetişib. Daha kiminsə saqqalını yandırmaqla bizim tamamımızı atəşə qərq edəcək təhlükə alovunun qarşısını ala bilməyəcəyik. Saqqallar üzə, şalvarlar isə ayağa uyğunlaşdırılmalıdır. Başlar da dik tutulmalıdır. Azərbaycan naminə və Azərbaycan adına… Çıxış yolu da budur!!!

Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nədən İlham Əliyev belə bir risqə gedəsi oldu?

    Nədən İlham Əliyev belə bir risqə gedəsi oldu? ...

    29-11-2013, 17:29

  • 
  • Sədr Bakıdakı məscidin partladılmasından danışdı

    Sədr Bakıdakı məscidin partladılmasından danışdı ...

    25-11-2013, 12:34

  • 
  • “Saqqal saxlamağın Kançita ilə müqayisə edilməsi tərbiyəsizlikdir”

    “Saqqal saxlamağın Kançita ilə müqayisə edilməsi ...

    21-11-2014, 02:07

  • 
  • Əlixan Musayev Hacı Şahindən nə istəyir?

    Əlixan Musayev Hacı Şahindən nə istəyir? ...

    14-05-2014, 10:14

  • 
  • Hacı Şahin deputata cavab verdi

    Hacı Şahin deputata cavab verdi ...

    26-07-2014, 14:57


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu