GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Azərişıq”da 5 milyondan çox vergi borcu olan “Smart Energy Services” MMC-ni kimlər “qalib” çıxarır – Vüqar Əhmədov, yoxsa Kamil Hüseynov

“Azərişıq”da 5 milyondan çox vergi borcu olan “Smart Energy Services” MMC-ni kimlər “qalib” çıxarır – Vüqar Əhmədov, yoxsa Kamil Hüseynov

Tarix: 18-05-2026, 20:12 Bölmə :Manşet / GündəmXəbər Baxış: 31


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Göygöl rayonu ərazisində yeni 110/35/10 KV-luq 2X40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, 110 kV-luq “Daşkəsən 1-2” hava xəttindən budaqlanma ilə işlərə dair 16.01.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “SMART ENERGY SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti seşilib və tərəflər arasında 26.478.341,87 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 15.05.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, “SMART ENERGY SERVİCES” “Azərişıq” ASC və xüsusən də qurumun rəhbər vəzifəli şəxslərinə yad şirkət deyil. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlimata görə 27.05.2022-ci ildən 12.06.2025-ci ilə qədər, yəni iki il ərzində “Azərişıq” sözügedən şirkətlə ümumi dəyəri 103 715 133 manat olan 16 satınalma müqaviləsi bağlayıb. Bağlanılması nəzərdə tutulan müqavilənin qiymətinin də əvvəlkilərin üstünə gəldikdə bu 13o 193 474 manat dəyəri olan dövlət sifarişi deməkdir.

İndi gəlin görək “Azərişıq” ASC-nin son iki il ərzində 130 milyon manat dəyərində müqavilə bağladığı “Smart Energy Services” MMC barəsində rəsmi və qeyri rəsmi nə kimi məlumatlar var. 

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “SMART ENERGY SERVİCES”  (VÖEN: 1504953841) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.01.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, HƏSRƏT AĞAMALIYEV (RƏSULZADƏ QƏS.), ev.10, m.25, qanuni təmsilçisinin isə Tinayev Anar Nemət oğlu olduğu qeyd edilib. MMC-nin hazırkı günə 5 413 018.52 manat vergi borcu var.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Vergi ödəyicisinin tarixçəsi” məlumatlarında “Smart Energy Services” QSC barəsində əvvəlki məlumatlar mövcud deyil. Medianın 2024-cü ildə yaydığı məlumata görə “Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğluhəm də  “R and X” adlı MMC-nin qanuni təmsliçisi olub.

Qeyd edək ki, “R and X” adlı MMC 2017 ci ildə yaradılmasına baxmayaraq 2019-cu ilə qədər adı bir sıra dövlət qurumları ilə müxtəlif lotlar üzrə bağlanmış şübhəli müqavilələrdə hallanıb.Bu MMC-nin də hazırda 244 640.89 manat vergi borcu var.

“SMART ENERGY SERVİCES” MMC haqqında olan rəsmi məlumatlar bu qədərdir. Göründüyü kimi Dövlət Vergi Xidməti də MMC-nin rəsmi, lakin şübhəli tarixçəsini silib.

Bəs “Smart Energy Services” MMC haqqında qeyri-rəsmi mənbələrdə nə kimi məlumatlar var?

Medianın yaydığı məlumatlara görə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində satınalmalara nəzarət birbaşa Kamil Hüseyinovun nəzarətindədir. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun həm müşaviri, həm də tələbə yoldaşı olan Kamil Hüseyinovun “özfəaliyyət”i dövlətin milyonlarla vəsaitini müxtəlif tenderlər və birbaşa müqavilələrlə “buxarlandırmasından” ibarətdir. Bu məqsədlə müxtəlif illərdə müxtəli adlarla MMC-lərin təsis olunması və böyük məbləğdə tenderlərdə “qalib olması” kimi ənənəvi taktika xatırlanır.

Mediada xatırladılır ki, Kamil Hüseynov hazırkı vəzifəsinədək “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyib. İnternet üzərindən apardığımız araşdırmalarla məlum olur ki, məhz bu zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilib. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Hətta bu faktın “Akkord”un çöküşündə başlıca amil olduğu da deyilir…
Bu hadisədən sonra Kamil Hüseynov “sudan quru çıxmağı” bacarmış və tələbəlik dostu Vüqar Əhmədovun yanında yer ala bilmişdir.

Kamil Hüseynova bağlılığı ilə tanınan “iriçaplı” şirkətlərdən biri də, “Smart Energy Services” MMC-dir. Bu şirkətin “Azərişıq” ASC-dən başqa heç bir dövlət qurumunun satınalmalarında iştirakçı olmadığını, yalnız “Azərişıq” ASC-nin tenderlərini “udması” MMC-nin birbaşa Kamil Hüseynova bağlılığını birbaşa təsdiq edir. Bu həm də “Azərişıq” da tenderlərin formal keçirildiyini, qalibin əvvəlcədən bəlli olduğunu da təsdiqləyir. 

Xatırladaq ki, “Azərişıq” ASC-nin daimi işbirliyində olduğu “Enerji Constraction”MMC-nin təsisçisi olmuş Yusif Yusifli hələ 2023-cü ildə “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata açıqlamalar vermişdi. “Enerji Construction” QSC-nin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC  tərəfindən pullar ödənilmir.

Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında həmçinin “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi.

İndi kim zəmanət verə bilər ki, “Azərişıq” ASC-nin rəsmiləri, daha dəqiq Kamil Hüseynov eyni metodla, əvvəlcədən görüşüb, razılaşdıqdan sonra “Smart Energy Services” MMC-ni bu tenderlərin qalibi çıxarmayıb?

Göründüyü kimi “Azərişıq” ASC dövlətə 5 413 018.52 manat vergi borcu “Smart Energy Services” MMC ilə satınalma müqaviləsi bağlayıb. Maraqlıdır, “Smart Energy Services” MMC-nin bu qədər vergi borcu haradan yaranıb? Təbii ki, “Azərişıq” ASC-nin verdiyi sifarişlərdən. Yuxarıda qeyd etdiyimiz kimi, çünki “Smart Energy Services” MMC son iki ildə ancaq “Azərişıq” ASC-nin sifarişlərini yerinə yetirib. Elə vergi borcu da oradan yaranıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü Maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin Maddənin 23.3.5. Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması: 23.3.5.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması;

Göründüyü kimi “Azərişıq” ASC-ninrəsmiləri Qanunun tələblərini pozaraq “Smart Energy Services” MMC ilə 26 milyon manat dəyəri olan müqavilə bağlamağı planlaşdırır? Bu işlərin başında isə ya “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, ya da sədrin müşaviri  Kamil Hüseynov dayanır. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə bunalara göz yumur./aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baba Rzayevin "Azərişıq"dakı LƏPİRLƏRİ... - Tender-mender oyunu...

    Baba Rzayevin "Azərişıq"dakı ...

    9-06-2021, 14:39

  • 
  • 10 manatlıq “Şans Construction” MMC “Azərişıq”dan 32 milyonluq tenderləri necə uda bilib?

    10 manatlıq “Şans Construction” MMC “Azərişıq”dan ...

    10-06-2024, 20:29

  • 
  • Qanla azad olunan torpaqlarda “Azərişığın” tender qanunsuzluqları - ŞOK FAKTLAR

    Qanla azad olunan torpaqlarda “Azərişığın” tender ...

    27-07-2024, 13:54

  • 
  • “Azərişıq”dan 800 minlik şübhəli müqavilə – ASC inşaat şirkətindən yük maşını icarəyə götürür

    “Azərişıq”dan 800 minlik şübhəli müqavilə – ASC ...

    10-06-2021, 12:03

  • 
  • “Azərişıq” ASC-nin tenderlərində “KAMİLlik" faktları – Vüqar Əhmədov müşavirini durduracaqmı?!

    “Azərişıq” ASC-nin tenderlərində “KAMİLlik" ...

    28-10-2022, 11:37


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu